XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

10 Sentyabr 2019 - 19:43

Paytaxt polisindən küçə ticarəti ilə bağlı açıqlama:"Ərazi səliqəyə salınıb"

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində küçə ticarəti ilə bağlı yeni şərait yaradılıb. 

Bakı Şəhər Baş Polis İdarəsindən Strateq.az-a verilən məlumata görə, əvvəllər pərakəndə şəkildə satışın olduğu ərazilərdə müasir formada mağazalar tikilib, ərazi səliqəyə salınıb.

Köşk və mağazaların tikilməsi ilə ərazidə pərakəndə şəkildə ticarətlə məşğul olanların fəaliyyətində dönüş yaranıb.

Metronun “Həzi Aslanov” stansiyasının çıxışlarında açılan mağazalar gəliş-gedişin də asanlaşmasına səbəb olub.