Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Cahangir Hacıyev həbsxanadan Samir Şərifovu ittiham etdi:“Devalvasiyanın günahkarı banklar yox, maliyyə naziridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə Şeyxin müdafiəsinə qalxdı:“Ona qarşı danışanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Lapşin Akif Çovdarovla həbsxanadakı görüşündən danışdı:"Hakimiyyəti söyürdü..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Allahşükür Paşazadənin qudası olan sabiq deputat:"Şeyx cavan adamdır, nə istefa, nə bir şey!"
  • " width="300" height="266" />
    XİN rəsmisi:"ÜAK-ın ləğvi barədə qərar ciddi sual və dərin təəssüf doğurur"
  • " width="300" height="266" />
    İraq Kürdüstanı politoloqu İqbal Dürrə:“Kərkük Kürdüstanın ürəyidir, onu heç kimə vermərik” – Müsahibə
  • " width="300" height="266" />
    Rəsul Quliyev yeni neft sazişinin görünməyən tərəflərindən danışdı:"Azərbaycan buna məcbur edildi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Fazil Mustafa:"Rusiyaya nökərlə dost arasındakı fərqi çatdırmağa çalışmalıyıq"
  • " width="300" height="266" />
    Rəsul Quliyev 2005-ci illə bağlı sensasion faktlar açıqladı:"Saakaşvili Gürcüstana gəlməməyimi tələb etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“İlham Əliyev iqtidar daxilində yeganə birləşdirici fiqurdur” – MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

23 Sentyabr 2017
22 Sentyabr 2017

13 Sentyabr 2017 - 19:05

Əsəd ordusu Deyr-əz-Zorda kürdlərlə döyüşə hazırlaşır –Təhlil

Vladimir Muxin

ng.ru,12.09.2017

 

Bəşər Əsəd qoşunlarının Rusiya hərbi aviasiyası və xüsusi təyinatlılarının dəstəyi ilə Deyr-əz-Zora uğurlu hücumunun mühüm strateji önəmi var. Lakin bu fakt heç də bildirmir ki, Suriya ərazisində hərbi əməliyyatlar sona yaxınlaşır.

Hökumət qüvvələri və ABŞ-ın başçılığı ilə koalisiya güclərinin ərəb respublikasının şərqində İŞİD döyüşçülərinə qarşı silahlı mübarizəsi bir tərəfdən Suriya ilə Rusiya, digər tərəfdən kürd dəstələri və Pentaqon hərbçiləri arasında hərbi əməliyyata keçmək təhdidi yaradır.

Ərəb KİV-ləri dünən məlumat verib ki, Yaxın Şərqdəki Amerika koalisiyası qoşunlarınn baş komandanı, general-mayor Robert Cons Suriya hökumət qoşunlarına Deyr-əz-Zorda Fərat çayını keçmək imkanı verməyəcəyini bildirib. Guya, Cons Fəratı keçmək cəhdi halında Suriya Ərəb Ordusunun (SƏO) istənilən bölməsini məhv etmək hədəsi gəlib. Bu mövzuda rəsmi məlumat daxil olmayıb. Amma bu məlumata tam inanmaq olar, çünki Əsəd qoşunları və ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri”nin (SDQ) fəaliyyət məntiqi hazırda İŞİD yaraqlılarının əldə saxladığı eyni ərazinin azad edilməsini nəzərdə tutur. Dəməşq artıq bütün Deyr-əz-Zorun terrorçulardan tezliklə təmizlənməsi və Fəratı keçdikdən sonra əyalətin əsas neft sahələrinin yerləşdiyi cənubi-şərq istiqamətində hücum haqda bildirib. Görünür, amerikalılar da əsasını kürd özünümüdafiə dəstələrinin təşkil etdiyi SDQ-nin yardımı ilə bu ərazilərə tələsməyə, “islamçıları ərazilərdən Fəratın şərqi və şimalına sıxışdırmağa” başlayıblar.

Kürd KİV-ləri xəbər verir ki, Deyr-əz-Zora can atan SDQ dəstələri “SƏO döyüşçüləri ilə döyüşə girişmək istəmir. Amma ehtiyac yaransa, atəşlə cavab verməyə hazırdır”.

Güman etmək olar ki, Əsədin qoşunları da eynisini edəcək. Beləliklə, Dəməşqin SDQ dəstələri ilə münaqişəsnin kəskinləşməsi tamamilə mümkündür.

SDQ-dəki kürdlər ABŞ dəstəyi ilə faktiki olaraq daha çox təcavüzkarlıq sərgiləməyə başlayıblar. Dəməşq cavab tədbirlərinə hazırdır. Rusiya isə öz mövqeyini hələlik ifadə etməyib. Hərbi ekspert, general-leytenant Yuri Netkaçyevin fikrincə, bu vəziyyət “Vaşinqtonun uzağa gedən məqsədləri ilə bağlıdır”.

General hesab edir ki, birincisi, kürdlər SƏO-u qabaqlamağı və Deyr-əz-Zor əyalətinin böyük qismini azad etməyi bacarsalar, “bu, Birləşmiş Ştatların ölkənin neft və qazla zəngin bölgəsi üzərində faktiki nəzarət qurduğunu bildirəcək”.

İkincisi,bu, kürdlərə İraq Kürdüstanının hazırda məşğul olduğu kimi, Suriyanın əsas ərazisindən ayrılmağa iqtisadi əsas verəcək”.

üçüncüsü, ABŞ İŞİD döyüşçülərinin öncül dəstələrinin daldalandığı Deyr-əz-Zoru tutaraq hazırda kürd könüllü yığmasına kütləvi şəkildə təslim olan terrorçuların MDB-dən çıxan əsas hissələrinə təsir edə bilər. Netkaçyev qeyd edir: “Onların vətənə – Qafqaz, Volqaboyu, Mərkəzi Asiyaya göndərilməsi bu bölgələrdəki durumun sabitsizləşdirilməsi ilə təhlükəlidir”.

NG”-nin həmsöhbətinin fikrincə, Deyr-əz-Zorda kürdlərin uğurlu hücumuna bir sıra amillər mane ola bilər. Bunlardan başlıcası SƏO-nun hətta Amerika kolasiyasının fəal dəstəyi müqabilində SDQ-dən güclü olduğu ilə bağlıdır. Ekspert əmindir: “ABŞ-ın Suriya ərazisindəki fəaliyyəti legitim deyil. Əsəd qoşunları öz ərazisində harada istəsə, hücum edə bilər. Amerikalılar mane olsalar, beynəlxalq qalmaqal təhlükəsi var. Həmçinin Dəməşqi dəstəkləyən Rusiya da sərt cavab verə bilər”.

ABŞ eyni zamanda qeyri-hərbi başqa addımlar da atır ki, Əsəd hakimiyyətini zəiflətsin. Ərəb KİV-lərinin xəbər verdiyi kimi, Suriya kürdləri ABŞ dəstəyi ilə bu il sentyabrın 22-də kommuna deyilən sovetlərə seçkilər keçirməyə hazırlaşırlar. Artıq 2018-ci ilin yanvarında bunun əsasında altı kantonun (bölgənin) hər birində Suriya kürdlərinin icra hakimiyyəti qurumlarını formalaşdırmalı olan ümumi muxtar parlamentə bölgə seçkiləri planlaşdırılıb. Hələlik Suriyadan tam ayrılmaq planlaşdırılmır. Lakin bu seçkilərin Dəməşqlə razılaşdırılmadan keçirilməsi suallar doğurur.

Qeyd edək ki, Suriyada İŞİD yaraqlılarının tam məhvi məhz 2017-ci ilin axırına planlaşdırılır. Və Suriyada muxtar hakimiyyət qurumlarının formalaşdırılması məhz bu vaxta nəzərdə tutulub. Əgər bu, baş versə, muxtar Suriya Kürdüstanı Suriya ərazisinin demək olar, üçdə birini tutacaq və vaşinqtonlu dostlarının köməyi ilə ölkənin karbohidrogen yataqlarının yarıdan çoxuna nəzarət edəcək. Perspektivlər Dəməşq, həmçinin kürdlər üçün hər cür muxtariyyətin qəti əleyhdarı Türkiyə və İran üçün o qədər də fərəhli deyil.

Rusiya kürd xalqı ilə əməkdaşlıq və həmrəylik cəmiyyətinin prezidenti Yuri Nəbiyev hesab edir: “Suriya dövləti de-fakto mərkəzsizləşdirilib. Suriya kürdləri müxtəlif səviyyəli seçkilər keçirəndə özünü idarə edən ərazilərinin faktiki legitimliyini təmin edəcəklər”.

Rusiya strateji araşdırmalar İnstitutu Yaxın və Orta Şərq Mərkəzinin rəhbəri Vladimir Fitin onunla razılaşmır: “Kürd muxtariyyətlərinin böyük perspektivləri hələlik görünmür. Kürd muxtariyyətlərinin yaradılmasını İsraildən savayı rəsmən heç kim dəstəkləmir – nə Vaşinqton, nə də Moskva. Həm də ən sərt xətti Türkiyə, İran və İraq tutub”.

Düşünmürəm ki, ABŞ kürd muxtariyyətinin əleyhinədir. O, ikibaşlı oyun aparır və Yaxın Şərqdə Dəməşqlə Moskvanın mövqeyini zəiflətməkdən ötrü hər şeyi edir, – Yuri Netkaçyev qeyd edir. – ABŞ HHQ-nin 2017-ci ilin avqustunda Deyr-əz-Zor rayonunda hərbi helikopterlərlə Suriyanın şimalına 20-dən yuxarı səhra komandiri və onlara yaxın İŞİD döyüşçülərini təxliyə etdiyi haqda informasiya nəyə desən, dəyər”.

Tərcümə Strateq.az-ındır.