Gündəm

  • " width="300" height="266" />
    Ərdoğandan ticarətlə məşğul olanlara xəbərdarlıq:"Bunun əksinə cəhd edənlər əvəzini ödəyərlər"
  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

12 Yanvar 2018 - 21:00

MÜSƏLMANLAR ÜÇÜN ƏN PİS İL –Trampın "müsəlman qadağası"nın təsirləri

Ötən il ABŞ prezidenti Donald Tramp altı müsəlman ölkəsindən ziyarətçilərin və potensial qaçqınların gəlməsini məhdudlaşdıran "müsəlman qadağasını" elan etdi. Qərarın tənqidçiləri onun ABŞ-da əlavə islamofobiya dalğasına yol açacağından narahat idilər. Belə bir dalğa onsuz da mövcud idi və bəllidir ki, Tramp öz seçki kampaniyasını antiislam hissləri üzərində qurmuşdu.

“Vox” nəşrinin yazarı Zak Beauşamp bu addımı "islamofobiyanı Amerikanın immiqrasiya siyasətinin rəsmi mayakına çevirmək" tələsi adlandırmışdı. Onun sözlərinə görə, Tramp bu yolla hakimiyyətə gəlmək üçün gen-bol yararlandığı ksenofobiya və rasizmi qanuniləşdirmək və sistemləşdirmək istəyir. Bir çox məqamlarda Trampın bu strategiyası uğurlu olub. Həm bu qadağa, həm də ümumilikdə Trampın prezidentliyi ABŞ-da yeni islamofobiya insidentləri dalğasının baş qaldıracağından xəbər verir.

MÜSƏLMANLAR ÜÇÜN ƏN PİS İL

Amerika İslam Münasibətləri Şurası (CAIR) bildirir ki, 2017-ci il Amerika müsəlmanları üçün ən pis illərdən biri olub. Bu il ərzində müsəlmanlar zorakılıq və nifrət çıxışları ilə üzləşiblər. Belə çıxışların sayı hətta 11 sentyabr hücumlarından sonrakı 2002-ci ildəkindən də artıq olub.

Ancaq Political Behavior jurnalının bu həftə dərc etdiyi araşdırmada iddia edilir ki, Tramp-n müsəlman qadağası, əslində, gözlənilməyən müsbət nəticə verib.

Məqalənin müəllifləri Riversayddakı Kaliforniya Universiteti, Miçiqan Dövlət Universiteti və Delaver Universitetindən politoloqlar Loren Collingwood, Nazita Lajevardi və Kassra A.R. Oskooiidir.

Məqalədə deyilir ki, müsəlman qadağasından narazılıq, liberal və meynstrim medianın bu siyasətin "Amerika dəyərlərinə" zidd olduğunu qabartması bəzi respondentlərin qadağaya yanaşmasını dəyişib. Nəticə etibarilə, əvvəllər bu qadağanı dəstəkləyən, yaxud ona neytral yanaşan bir çox amerikalı indi ona qarşıdır.

Tədqiqat komandası 2017-ci ilin əvvəlində, Trampın qadağanı imzalamasından bir həftə öncə və bir həftə sonra 423 nəfər arasında sorğu keçirib. Araşdırmanın müəlliflərinin gəldiyi qənaətə görə, medianın bu qadağaya kəskin reaksiyası və ictimai müzakirə bir çox sorğu iştirakçılarının məsələyə münasibətinin dəyişməsinə yol açıb. Qərardan bir həftə öncə və bir həftə sonra keçirilən sorğunun nəticələrinin müqayisəsi üzə çıxarıb ki, sorğu iştirakçılarının 30 faizdən çoxu, qadağaya öncəkindən daha mənfi münasibət bəsləməyə başlayıb.

AMERİKA DƏYƏRLƏRİ

Tədqiqatın müəllifləri bildirirlər ki, ictimai fikirdə belə ciddi sürüşmə nadir haldır. Bundan başqa, fikirləri ən kəskin dəyişən şəxslər öz kimliklərini "amerikalı" kimi göstərənlərdir. Bu isə onu göstərir ki, ictimai müzakirənin bu qadağanın qeyri-amerikan xarakter daşıması ətrafında qurulması bu dəyişikliyə təsir edib. "Qeyri-amerikan" dedikdə əsasən, onun, xaricilərə açıqlıq, qonaqpərvərlik kimi Amerika dəyərlərinə zidd olması nəzərdə tutulur.

"Qadağa ilə bağlı qərarın verilməsindən sonrakı saatlar və günlər ərzində biz həmçinin başqa xəbərlər fonunda məhz bu məsələyə fokuslanan informasiya mühitinin onu "qeyri-amerikan" qərar kimi təsvir etməsinə diqqət yetirmişik. Qadağa çoxsaylı təzyiqlərlə üzləşdi. Etirazçılar, media şərhçiləri və elita davamlı və açıq şəkildə onun fundamental Amerika dəyərlərinə zidd olduğunu vurğuladılar", – məqalədə deyilir.

Başqa sözlə, media mühitinin Amerika dəyərlərinə fokuslanması respondentlərin "amerikalı olmağın" təcridi yox, inklüzivliyi əhatələdiyini daha yaxşı anlamasına yol açıb.

Məqalə müəllifləri yazırlar ki, Trampın vətənpərvərliyə "Amerika dəyərləri" deməsi onun şovinist və ksenofob məqsədlərini irəli aparmağa kömək etsə də, əslində Amerika dəyərləri daha çox şey deməkdir. (Amerikanın Səsi)