Gündəm

  • " width="300" height="266" />
    İtaliya prezidenti:“Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir”
  • " width="300" height="266" />
    ATƏT PREZİDENT SEÇKİSİ İLƏ BAĞLI YEKUN RƏYİNİ AÇIQLADI:“Seçki Məcəlləsi dəyişdirilsin, komissiyaların tərkibinə yenidən baxılsın...”  
  • " width="300" height="266" />
    “ABŞ PREZİDENTİ AVROPANI ALÇALDIR” –İspaniya KİV-ləri Tramp – Putin görüşünü şərh edib
  • " width="300" height="266" />
    Trampdan Rusiya ilə bağlı gözlənilməz açıqlama:"Kəşfiyyatın rəyini qəbul edirəm, lakin sövdələşmə olmayıb”
  • " width="300" height="266" />
    “TRAMP PUTİNİN AYAĞI ALTINA QIRMIZI XALI SƏRDİ”- Almaniya mətbuatı ABŞ prezidentini "topa tutdu"
  • " width="300" height="266" />
    “Strateji Yol Xəritəsi”ndə mühüm dəyişikliklər –Prezident hansı nazirlik və qurumlara yeni vəzifə verdi? + DETALLAR
  • " width="300" height="266" />
    “Minsk qrupunun statusunda dəyişiklik üçün heç bir səbəb görümürəm” –Amerikalı diplomat
  • " width="300" height="266" />
    Allahşükür Paşazadə Gəncədə bəyanat verdi:"Bu hadisələrdə qonşu dövlətlərin, xüsusən də Ermənistanın əli var"
  • " width="300" height="266" />
    “Gərgin iş gedir…” –Səfir prezident İlham Əliyevin Rusiyaya səfərindən danışdı
  • " width="300" height="266" />
    Ermənistan müdafiə naziri də Paşinyanın yolunu təkrarladı –Oğlunu Qarabağa hərbi xidmətə yola saldı

Müsahibə

  • " width="300" height="266" />
    EKS-SPİKER RƏSUL QULİYEV:"Bu hadisələrin ruslarla heç bir əlaqəsi yoxdur" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTATDAN DAHA BÖYÜK TƏXRİBATLARIN OLA BİLƏCƏYİ HAQDA XƏBƏRDARLIQ:"Özünü quldurbaşı kimi aparanlar hakimiyyətdən qovulmalıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “Ən yaxşı mühəndis”dən enerji böhranı ilə bağlı şok açıqlamalar –"Sistemi cəmi iki saata bərpa etmək mümkün idi..."
  • " width="300" height="266" />
    EKS-PREZİDENT AYAZ MÜTƏLLİBOV DA DANIŞDI:“Daxildən Rusiya ilə yaxınlaşmağımıza qarşı çıxan qüvvələr tapılacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN STRATEQİNDƏN SENSASİON AÇIQLAMA:“Sarkisyan 5 rayonu qaytarmağa hazırlaşırdı...” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əli Məsimli:“Məmurların gəlirlərini yoxlayan xüsusi qurum yaradılmalıdır”(MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:"ABŞ-ın Rusiyaya güzəştə getməsi mümkün deyil..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ƏBÜLFƏZ ELÇİBƏYİN OĞLU:“Mən də ata sevgisi görə bilərdim...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:“Qarşıdakı görüş göstərəcək ki, Ermənistan buna hazırdır, ya yox” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Heydər Əliyevin sabiq köməkçisi Gəncədəki sui-qəsddən danışdı:“İdarəetmə sistemində nəzarət funksiyası artıq yoxdur” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

19 İyul 2018
18 İyul 2018

Digər Xəbərlər

14 Yanvar 2018 - 00:48

Suriyada nələr olur? –Rus bazasına hücumu kimin təşkil etdiyi müəmma olaraq qalır - TƏHLİL

Sərdar Turqut

“Habertürk”ün Vaşinqton təmsilçisi

 

İŞİD-ə qarşı hərbi mübarizə səviyyəsinin aşağı salındığı, ölkənin gələcəyinin Vaşinqton və Moskvada masaya yatırıldığı Suriyada Rusiya və ABŞ-ın son günlərdə maraqlı manevrlər etməyə başladığı xəbərləri gəlir.

Bax, bu səbəbdən, Vaşinqtonda milli təhlükəsizlik sahəsində yazan və mütəxəssis olan dostlarla hər həftə keçirdiyimiz görüşün budəfəki mövzusu “Suriyada nələr olur?” idi. Həmişə görüşdüyümüz yerdə etdiyimiz söhbətdən aldığım qeydlər aşağıdakılardı.

 

İdlib nə üçün hərəkətləndi?

 

1. Əsəd rejiminin İdlibdəki müxalifətçilərə qarşı başlatdığı əməliyyatlar üçün rəsmi olaraq göstərilən səbəb – Suriya rejiminin nəzarəti altında olan bölgədə yerləşən rusların Xmeymim hava bazasına son günlərdə edilən hücumlardır. Dostlar bu hücumların arxasında kimin olduğu məsələsi ilə bağlı Vaşinqtonda bir qeyri-müəyyənlik olduğunu söyləyirlər.

Təbii, kimsə “Rusiya bazasına hücumun ABŞ kəşfiyyatı və ona yaxın güclər tərəfindən Rusiya və Türkiyənin arasını pozmaq məqsədilə təşkil edilmiş ola biləcəyini” açıqca söyləməsə də, bu məsələdə bir şübhənin olduğunu da söyləməliyəm. Pentaqon bu məsələ ilə bağlı iddiaları rəsmi olaraq rədd edib.

Vaşinqtona gələn məlumatlar Rusiya hava bazasına hücumun PUA-larla edildiyini göstərir. Bu hücuma cavab vermək üçün əməliyyatlar keçirməyə başlayan Suriya rejimi PUA-ların hazırda əməliyyatların hədəfi olan müxalifət gücləri tərəfindən təşkil edildiyini söyləyir. Ancaq Vaşinqtondakı kəşfiyyat dairələri bunun imkansız olduğunu, çünki sahədəki müxalifət güclərinin texniki qabiliyyətinin ancaq 1-2 km uçuş məsafəsi olan PUA-lar hazırlamağa yetdiyini, bu üzdən Rusiya hava bazasına hücum təşəbbüsünün kənardan yardım alınmadan keçirilmiş olmasının imkansız olduğunu söyləyirlər.

Vaşinqtonun gəldiyi nəticə hücumda istifadə edilən bu PUA-ların 50-100 km uçuş məsafəsinə malik olmasıdır. Bu səbəblə, hücumun arxasında kəşfiyyat təşkilatlarının ola biləcəyini söyləyirlər. Ayrıca, dostlarda hücum təşəbbüslərinin olduğu saatlarda eyni hava sahəsində bir ABŞ “Poseidon” kəşfiyyat təyyarəsinin davamlı olaraq dolaşmaqda olduğu məlumatı da vardı.

Nəticədə, Vaşinqtonda Türkiyə ilə Rusiya və İranın münasibətlərini gərginləşdirən və rejimin İdlibə yönəlik hərəkətə keçməsinə yol açan rus hava bazasına hücumun arxasında kimin, ya da kimlərin olduğu hələ dəqiqləşdirilməmiş olaraq görünür. Ancaq müəyyən olan bir şey varsa, dostların dediyinə görə, o da bunun bir kəşfiyyat əməliyyatı olması həqiqətidir.

 

YPG-də son durum necədir?

 

2. “Milli təhlükəsizlik masamız”da İdlibdən başqa, ABŞ-ın dəstəyilə Suriyanın şimalında öz hakimiyyətini möhkəmləndirən PYD/YPG də müzakirə edildi.

Vaşinqtonda İŞİD-lə mübarizənin bitməsindən sonra Suriyadan çıxması gözlənilən ABŞ-ın bölgədə daha uzun müddət qalmağa yönəlik çalışmalarını artırdığı söylənilir. Vaşinqton, PYD/YPG-yə verdiyi dəstəyi gücləndirərək, qarşıdakı günlərdə Suriya və Əsədin gələcəyinin müzakirə ediləcəyi masada YPG-nin gücünü “kozır” olaraq önə sürmək istəyir. Buna yönəlik olaraq, Vaşinqtondakı qurumlarda ABŞ silahlarıyla gücləndirilən YPG qüvvələrindən bir sərhəd mühafizə birliyinin yaradılması fikri gündəlikdədir. Milli təhlükəsizlik sahəsində mütəxəssis olan jurnalist dostlarım diqqəti bunun YPG-nin nizamlı ordu yaratması planının bir parçası ola biləcəyinə çəkirlər.

 

Əsədin gələcəyi

 

3. Ayrıca, Suriyanın, xüsusilə də Əsədin gələcəyi haqqında çalışan Vaşinqton-Moskva xəttinin son dərəcə hərəkətli olduğu da söylənilir. Bu anda ortada aydın bir ortaq mövqe olmasa da, bu mövzunun ilin ilk 6 ayı içində gündəliyin birinci sıralarında olması gözlənilir. Toplantımızda Əsəd məsələsində hər iki ölkənin mövqeyinin qarşıdakı günlərdə bir-birinə daha yaxınlaşması ehtimalı da danışıldı. ABŞ-ın bu məsələdəki qərarını Əsədin şimali Suriyaya yönəlik mövqeyina baxaraq müəyyən edəcəyi də bildirildi.

 

İrana yönəlik sanksiyalar

 

4. Görüşümüzdə bu anda şəhərdəki bürokratiyanın ən qaynar mövzusu olan İrana yönəlik sanksiyalar da müzakirə edildi. Vaşinqtonda ümumi sanksiya səviyyəsinin yüksəldilməyəcəyi, ancaq hədəfi aydın və açıq olan sanksiyaların (targeted sanctions) təsirli şəkildə istifadə ediləcəyi söylənilir.

Tərcümə Strateq.az-ındır