Gündəm

  • " width="300" height="266" />
    İtaliya prezidenti:“Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir”
  • " width="300" height="266" />
    ATƏT PREZİDENT SEÇKİSİ İLƏ BAĞLI YEKUN RƏYİNİ AÇIQLADI:“Seçki Məcəlləsi dəyişdirilsin, komissiyaların tərkibinə yenidən baxılsın...”  
  • " width="300" height="266" />
    “ABŞ PREZİDENTİ AVROPANI ALÇALDIR” –İspaniya KİV-ləri Tramp – Putin görüşünü şərh edib
  • " width="300" height="266" />
    Trampdan Rusiya ilə bağlı gözlənilməz açıqlama:"Kəşfiyyatın rəyini qəbul edirəm, lakin sövdələşmə olmayıb”
  • " width="300" height="266" />
    “TRAMP PUTİNİN AYAĞI ALTINA QIRMIZI XALI SƏRDİ”- Almaniya mətbuatı ABŞ prezidentini "topa tutdu"
  • " width="300" height="266" />
    “Strateji Yol Xəritəsi”ndə mühüm dəyişikliklər –Prezident hansı nazirlik və qurumlara yeni vəzifə verdi? + DETALLAR
  • " width="300" height="266" />
    “Minsk qrupunun statusunda dəyişiklik üçün heç bir səbəb görümürəm” –Amerikalı diplomat
  • " width="300" height="266" />
    Allahşükür Paşazadə Gəncədə bəyanat verdi:"Bu hadisələrdə qonşu dövlətlərin, xüsusən də Ermənistanın əli var"
  • " width="300" height="266" />
    “Gərgin iş gedir…” –Səfir prezident İlham Əliyevin Rusiyaya səfərindən danışdı
  • " width="300" height="266" />
    Ermənistan müdafiə naziri də Paşinyanın yolunu təkrarladı –Oğlunu Qarabağa hərbi xidmətə yola saldı

Müsahibə

  • " width="300" height="266" />
    EKS-SPİKER RƏSUL QULİYEV:"Bu hadisələrin ruslarla heç bir əlaqəsi yoxdur" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTATDAN DAHA BÖYÜK TƏXRİBATLARIN OLA BİLƏCƏYİ HAQDA XƏBƏRDARLIQ:"Özünü quldurbaşı kimi aparanlar hakimiyyətdən qovulmalıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “Ən yaxşı mühəndis”dən enerji böhranı ilə bağlı şok açıqlamalar –"Sistemi cəmi iki saata bərpa etmək mümkün idi..."
  • " width="300" height="266" />
    EKS-PREZİDENT AYAZ MÜTƏLLİBOV DA DANIŞDI:“Daxildən Rusiya ilə yaxınlaşmağımıza qarşı çıxan qüvvələr tapılacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN STRATEQİNDƏN SENSASİON AÇIQLAMA:“Sarkisyan 5 rayonu qaytarmağa hazırlaşırdı...” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əli Məsimli:“Məmurların gəlirlərini yoxlayan xüsusi qurum yaradılmalıdır”(MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:"ABŞ-ın Rusiyaya güzəştə getməsi mümkün deyil..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ƏBÜLFƏZ ELÇİBƏYİN OĞLU:“Mən də ata sevgisi görə bilərdim...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:“Qarşıdakı görüş göstərəcək ki, Ermənistan buna hazırdır, ya yox” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Heydər Əliyevin sabiq köməkçisi Gəncədəki sui-qəsddən danışdı:“İdarəetmə sistemində nəzarət funksiyası artıq yoxdur” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

19 İyul 2018
18 İyul 2018

Digər Xəbərlər

13 Fevral 2018 - 12:10

Böyük dövlətlərin Suriya razılaşması məzara gömülür:"Bölgədə uzunmüddətli barış mümkün görünmür" – Təhlil

 

Əbdərrəhman ər-Rəşid

Asharq Al-Awsat (Səudiyyə Ərəbistanı), 12.02.2018

 

Suriya döyüşçüləri iki həftəyə yaxın bundan qabaq Rusiyanın Su-25 qırıcısını, kürdlər Afrin üzərində səmada türk helikopterini, iranlılar isə İsrailin iki döyüş təyyarəsini vurublar. Bu toqquşmalardan sonra nə olacaq?

Suriya torpağında üç qarşıdurma seyr edirik: ABŞ Rusiyaya, İsrail İrana, “Hizbullah”a və başqa silahlı qruplar “Azad Suriya Ordusu”na qarşı. Ən təhlükəlisi İran-İsrail qarşıdurmasının eskalasiyası perspektividir, çünki Türkiyə eskalasiyaya getməz və onunla hərbi əməliyyatlar zonasında münasibət qurmaq olar. Ola bilsin, bu günlərdəki hadisələr sırası qarşıdurma qaydalarını dəyişib. İsrail iranlıları bombalayıb və öldürüb, sonra isə “Hizbullah” döyüşçüləri və başqa qruplar tərəfindən qisas gözləyib.

Birləşmiş Ştatlar da İran milis dəstələrinin 100 nəfərini öldürüb, çünki onlar Amerikayönlü kürd könüllüsünün üstünə hücum ediblər. Görünür, Rusiya və İran yeni oyun qaydaları çərçivəsində İsrailə zərbə endirmək istəyib. İranınn kiçik pilotsuzu İsrailin hava məkanına daxil olarkən o, qəzəblənib və İsrailin iki təyyarəsini vurmağa cürət etmiş İslam İnqilabı Keşikiçiləri Korpusu üzvlərinin mövqeyini bombalamaqla cavab verib. Vaşinton öz müttəfiqlərinin hərəkətlərindən xəbərdar olduğunu inkar etdiyi kimi Moskva da inkar edib ki, İsrailin iki təyyarəsinin fəlakətiylə bağlı insidentdə müəyyən rol oynayıb! Bu, mümkün deyil.

Bu gün Vaşinqton, Moskva, Təl-Əviv və Tehran arasında bağlı qapılar arxasında böyük diplomatik iş aparılır: iştirakçılar ya fikir ayrılıqlarını tənzimləməyə və oyun qaydalarını təsbit etməyə və bununla da hərbi qarşıdurmanın genişlənməsindən yayınmağa çalışır, ya da İran və İsrail arasında birbaşa qarşıdurmanın başlanmasını istəyirlər. İran İsraildən zəifdir və onu enə bilməz, ancaq ona ciddi ziyan vurmağa qabildir. Onun sərəncamında xüsusən də Tehranın döyüşə atmağa hazır olduğu yeni əcnəbi əsgərlər var. Onların sayı 50 min nəfərdən çox dəyərləndirilir, bunlar Livan, İraq, Əfqanıstan və başqa ölkələrdən gəlmədirlər.

İsrail də Türkiyə kimi müdaxiləyə gecikib və “eyvan siyasəti” – qonşu Suriyada vətəndaş müharibəsinin onun düşmənlərini taqətdən salacağını güman edərək etinasız müşahidəyə görə bədəl ödəyir. O da Türkiyə kimi İrana öz nüfuzunu genişləndirmək, bazalar salmaq, silahlı dəstələri inkişaf etdirmək və havadan Rusiya dəstəyindən faydalanmaq  imkanı verib. İndi isə İsrail və Türkiyə gileylənir ki, müharibə onların güvənlik və sabitliyini təhdid etməyə başlayıb. Biz Suriyada uzunmüddətli sükutun təminatı imkanlarını görmürük: müxtəlif qüvvələr arasında toqquşmalar daha ağlabatandır. Durum elə şəkildə biçimlənib ki, hər bir oyunçunun oyundan itkisiz çıxması çox çətin olacaq. İran könüllüləri hər yerdədir və getdikcə güclənirlər. Onlar hərbi gücünün və güvənlik sahəsində sabitsizliyin böyük hissəsini itirmiş Əsəd rejiminin zəifliyindən yararlanaraq Suriyanı yönəltmək istəyirlər.

Demək olmaz ki, indiki durum İsrailin iki təyyarəsinin düşməsinin ardınca gələn bəyanatlar fonunda fövqəlsəciyyə alıb​.

Xatırlayaq ki, Təl-Əviv danışıqlar aparır, Suriyada İran işğalı haqda fəaliyyət planı işləyir və bu məsələ son bir neçə ayda İsrail rəsmilərinin Rusiya və Amerika məmurları ilə görüşlərində əsas müzakirə predmeti olub.

Nə deyirlər- desinlər, baş verənlər gözlənilməzlik deyildi və təyyarələrə qarşılıqlı zərbələr böyük və orta dövlətlər arasında həm Suriya ərazisinə, həm də ölkənin hava məkanına toxunan münaqişə çərçivəsində həyata keçirilir. Hamı inkar edir, amma həqiqətdə hər şey başqa durumdadır. Suriya silahlı müxalifəti doqquz gün qabaq İdlib üzərində Rusiya təyyarəsini vuranda Pentaqon təmsilçisi bildirib ki, Birləşmiş Ştatların bunda əli yoxdur və Suriyadakı müttəfiqlərinə “yer-hava” sinifli raketlər tədarük etməyib. Rusiya da İsrail qırıcılarının fəlakətinə hər hansı dəxli olduğunu inkar edir. İran İsrail hava məkanına pilotsuz göndrədiyini inkar edib və bildirib ki, bunu Suriya rejimi qüvvələri edib və İsrail qırıcılarını vuran raketləri də onlar buraxıblar.

Məsələ burasındadır ki, hər biri bu savaşın iştirakçısıdır və bütün bu hadisələr Soçi konqresinin nailiyyətlərini məzara gömür. Suriyada problemin həlli bundan ibarətdir ki, İran rejimi qüvvələri və dəstələri ölkədən çıxarılsın, habelə savaşanm bütün tərəflər üçün məqbul siyasi həll tapılsın.

Tərcümə Strateq.az-ındır.