Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Məmurları haqq-nahaqq çox tənqid edirlər, amma o insanlar bu cür işləyirlər…” –Akif Əlidən müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov:“Türkiyənin çökdürülməsindən sonra növbə digər  müsəlman dövlətlərə çatacaq” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “AZƏRBAYCAN ABŞ VƏ İSRAİLİN YANINDA YER ALACAQ” –Sülhəddin Əkbərdən maraqlı analiz
  • " width="300" height="266" />
    ADP SƏDRİ SƏRDAR CƏLALOĞLU:"Tramp Türkiyə ilə uzun müddət düşmənçilik apara bilməyəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:"Ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq..."
  • " width="300" height="266" />
    “YAXIN 6 AYDA AZƏRBAYCANDA DEVALVASİYA GÖZLƏNİLMİR”Ekspert Rövşən Ağayev manatın yalnız bir halda ucuzlaşacağını deyir (Müsahibə)
  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO
  • " width="300" height="266" />
    Əbülfəz Elçibəyin 80 illik yubileyi-TAM VİDEO
  • " width="300" height="266" />
    “Elçibəyin kor bağırsağı partladı, həkimlər dedilər ki…”-Qardaşı oğlundan Elçibəy haqda xatirələr - VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin qardaşı oğlu meydan oxudu:“Hünərləri var çıxıb “rədd olsun fars və rus şovinizmi!” desinlər”-VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

20 Avqust 2018
19 Avqust 2018

Digər Xəbərlər

14 İyun 2018 - 17:14

XƏZƏRİN YENİ ÇAĞIRIŞLAR YARADAN STATUSU –Rusiya məmurları danışıqlardan niyə narazıdırlar? - TƏHLİL

Viktoriya Panfilova

“Nezavisimaya gazeta”, 14.06.2018

 

Xəzər dövlətləri başçılarının avqustda Aktauda baş tutacaq beşinci yubiley sammitində Xəzərin statusu üzrə Konvensiyanın imzalanması nəzərdə tutulub. Saziş Mərkəzi Asiya karbohidrogenlərinin Azərbaycana və sonra Avropaya daşınmasını təmin edəcək Xəzər boru kəmərləri layihələrinin inşasına imkan açır. Hesab olunur ki, bu layihələr Rusiya maraqlarına qarşıdır.

Moskvanın Xəzər məsələsində üzüyolalığını ekspert dairələrində Ankaranın mümkün mövqeyi ilə izah edirlər – Avropanın qaz təchizatı məsələsi onunla duetdə həll olunur.

Daha həqiqətvari izahat – Rusiya sovetsonrası məkanda qəti liderliyi saxlamaq vəzifəsini icra edərək tərəfdaşların maraqları ilə getdikcə daha çox hesablaşmalı olur.

Xəzərin statusunun müəyyən edilməsi üzrə çoxillik marafon – sənəd üzərində 20 ildən çox iş gedib – sona yaxınlaşır. Su hövzəsinin statusu üzrə sənədin mətni “Xəzər beşliyi”nin bütün ölkələrilə razılaşdırılıb. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. Onun sözlərinə görə, indiki anda “konvensiyanın imzalanması üçün dövlətlərdaxili prosedurlar həyata keçirilir”. Onun sözlərinə əsasən, eyni zamanda Xəzəryanı ölkələr son mübahisəli məsələlərin uzlaşdırılması qəsdilə ikitərəfli görüşlər, məsləhətləşmələr keçirir. O qeyd edib: “İkitərəfli danışıqların haçan bitəcəyini söyləmək çətindir. Bu iş Xəzərin hüquqi statusu üzrə Konvensiyanın müəyyən edilməsinə paralel aparılır və ondan asılı deyil. Bu, ayrıca danışıqlar formatıdır”.

Xəzər dənizinin statusu asılı halda qalanadək Mərkəzi Asiyanı Avropayla bağlayan energetika layihələri haqda söhbətlər hipotetik xarakter daşıyırdı. Rəqiblərin  meydana çıxmasında maraqlı olmayan karbohidrogen sahibləri – Rusiya və İran, bir qayda olaraq, məsələni uzatmaq üçün səbəblər tapır, yeri düşəndə dünyanı inandırırdı ki, hətta Avropanın qaz təchizatı kimi “yükəsək məqsəd” naminə də Xəzərin kövrək ekologiyası ilə risk etmək olmaz. Lakin heç bir danışıq sonsuzadək uzana bilməzdi. Xüsusən də indiki çalpaşıq mədəni şəraitdə. Neft Araşdırmaları Mərkəzinin (Bakı) rəhbəri İlham Şaban hesab edir ki, sensasiya baş verməyib. Ekspert yada salır ki, RF xarici işlər naziri Sergey Lavrov hələ keçən il deyib ki, konvensiyanın mətni praktik olaraq imzalanmağa hazırdır. Azərbaycan eksperti “NG”-yə deyib: “Sənədin qəbul edilməsinə görə ləngimə problemi dənizin şəkli dəyişilmiş orta xətt üzrə bölünməsi prinsipinə qarşı çıxış edən İranın mövqeyi ilə bağlıydı. Tehran su hövzəsini bərabər sektorlara bölməyi təklif edərək anlayır ki, bu cür bölgü heç vaxt olmayacaq. Bu,  Türkmənistanla Azərbaycan arasında Xəzərin dibiylə boru kəmərinin inşasına mane olmaq üçün edilirdi”.

Onun sözlərinə əsasən, magistral boru kəmərlərinə gəlincə, ilk gündən Kremlin də öz maraqları var idi. İlham Şaban qeyd edir: “Məsələn, yataqlar üzrə mübahisəli məsələləri tənzimləmək mümkünsüz görünür”.

Politoloq, sovetsonrası məkan üzrə ekspert Arkadi Dubnov “NG”-yə deyib ki, İran güzəştə getməli olub. Dubnov bildirib: “Lakin Tehranın məhz nədə güzəştə getdiyi avqustun 16-da Aktauda baş tutacaq sammitdə bilinəcək”.

Xəzərin statusu Xəzərin dibiylə Transxəzər qaz kəmərinin inşasına girişmək imkanı verir. Brüssel Türkmənistan qazının Avropaya tədarükü üzrə son illər boyu Aşqabadla danışıqlar aparır. Türkmənistan Rusiyaya qaz tədarükü kəsiləndən sonra Avropaya ildə 40 milyard kubmetrədək qaz tədarük etməyə hazır olduğunu bildirib. O bu məqsədlə Cənubi Yolotanyanın böyük yataqlarını Xəzər sahiliylə birləşdirən “Şərq-Qərb” qaz kəmərini müstəqil şəkildə çəkib.

“Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə hesab edir ki, Xəzərin statusu üzrə Konvensiya imzalandıqdan sonra Türkmənistanın əl-qolu açılacaq. O, “NG”-yə deyib ki, Xəzərin hüquqi statusu haqda Konvensiya layihəsinə əsasən, Xəzəryanı ölkələr bir-birinin suverenliyi, müstəsna hüquqları, yurisdiksiyasını tanıyır və deməli, konvensiya imzalanandan sonra Aşqabad ancaq Bakı və Tehranla dil tapmalı olacaq.

Türkmənistan qazının Cənub Qaz Dəhlizi (CQD) üzrə Avropaya tədarükü üçün Azərbaycanın həm siyasi iradəsi, həm də texniki imkanları var. Bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov CBS teleşirkətinin efirində deyib. Nazir bildirib: “Türkmənistan CQD-yə maraq göstərir, Azərbaycan öz tərəfindən bu yöndə Aşqabadla əməkdaşlıq etməyə hazır olduğunu artıq bəyan edib. Bizdə bu cür tədarüklərin həyata keçirilməsi üçün həm texniki imkanlar, həm də siyasi iradə var”.

Orta Şərq üzrə ekspert İqor Pankratenkonun fikrincə, sənəd imzalanacağı halda bölgədışı oyunçuların Xəzərə marağı çoxalacaq ki, bu da yeni çağırışlar doğurur – indiki anda bu çağırışlara cavabın konkret mexanizmləri yoxdur, buna görə də mümkündürsə, ən yaxşısı, durumu dondurmaqdır. Bu, cavab formalaşdırmaq üçün İran və Rusiyaya taktiki pauza verir, Rusiya üçün obyektiv rəqib transsərhəd layihələrə problemlər yaradır və həmin Bakı, Aşqabad və Astananı özlərinin Xəzər layihələrində  Moskva və Tehranın mövqeyini daha çox nəzərə almağa vadar edir.

Rusiyalı politoloq anonimlik şəraitində “NG”-yə deyib: “Baş verənlər Kremldə maraq oyadırsa, onda duruma məmurlar, daha doğrusu, orta manqa məmurları tərəfindən dövlət maraqlarının bayağı şəkildə satılması baxımından yanaşmaq lazımdır”.

O bununla yanaşı istisna etmir ki, Xəzərin statusu üzrə müqavilənin imzalanması boru kəmərlərinin inşası planında heç nəyi dəyişmir – “hər şey mətni hələlik məlum olmayan və Xəzəryanı beş dövlətin hamısının razılığı olmadan yan keçilməsi mümkünsüz ekoloji risklərin nişanlandığı konkret “böyük müqavilə”dən asılıdır”.

NG”-nin həmsöhbəti deyir: “Əlbəttə, Türkiyə öz ərazisi üzrə Avropaya böyük həcmdə qaz tranzitində maraqlıdır. Lakin ona Rusiya qazı da gərəkdir və hələ start götürməmiş Xəzər layihələrindənsə Türkiyə-Rusiya layihəsi yekunlaşmağa daha yaxındır. Amma bunu da unutmaq lazım deyil ki, Türkiyə türkdilli (mətndə bu cürdür, amma “türk” olmalıdır-red.) dövlətlərin alyansında rola iddia edir, buna görə də Xəzər boru kəmərinin və sözügedən alyansda özünün liderlik rolu xatirinə Moskva ilə layihənin taleyi ilə “oynaya” bilər. Ancaq bütün bunlar hələlik nəzəriyyədir. Bəs əslində nə baş verir – görünür, demək olar, on-layn rejimdə nəzərdən keçirilməyə başlanacaq”.

Tərcümə Strateq.az-ındır.