XƏBƏR LENTİ

22 Mart 2019

Digər Xəbərlər

10 Yanvar 2019 - 15:34

BOLTON İŞSİZ QALA BİLƏR– Bu, Ərdoğanın Trampa bircə zəngindən asılıdır - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi,

9 yanvar 2019-cu il

 

Bu günlərdə Türkiyədə olan Con Bolton uzun bir fasilədən sonra, Trampın seçilməsi ilə birlikdə yenidən ortaya çıxmışdı. Bir ara xarici işlər naziri vəzifəsinə gəlməsi düşünülürdü.

O, Vaşinqtonda qeyri-adi davranışları, aqressiv mövqeləri ilə diqqəti cəlb edir, burada sayları xeyli azalmış olan ciddi adamları təəccübləndirirdi.

Tramp dövründə belə qəribə şəxsiyyəti və davranışı ilə öz ətrafını narahat etməyi bacarırdı.

Yəqin xarici siyasət və milli təhlükəsizlik siyasəti məsələlərində ən radikal, ən sərt mövqeləri tutarsa, ön plana çıxacağını düşünürmüş ki, faşizmə yaxınlaşan mövqeləri olanların belə düşünmədiyi radikal təkliflər həmişə ondan gəldi.

Türkiyə düşməni

İslamofobiyası xeyli yüksəkdir.

Prezident Ərdoğandan xoşu gəlmədiyini heç vaxt gizlətmədi.

Onun liderlik etdiyi Türkiyəyə daima düşmən duyğularla yanaşdı.

“Müsəlman Qardaşları”na qarşı əməliyyat düşüncəsi

“Müsəlman Qardaşları”nı qlobal terror təşkilatı elan etmə fikri ondan çıxdı və bu məsələ ilə bağlı hazırlıq gördürdü. Düşünürdü ki, bunu edə bilərsə, Türkiyəni də hədəfə qoyacaq. Özü kimi yevangelist-sionist, Türkiyə düşməni olan Demokratiyaların İnkişafı Fondu (Foundation for the Development of Democracies – FDD) ilə birlikdə hərəkət edərək, bu Türkiyə düşmənləri ilə birlikdə irəliləməyə çalışır.

Vaşinqtonda belə çox sevilmir

Bolton öz hərəkətləri və davranışları ilə Vaşinqtonda əməlli-başlı yalnızlaşmış və çox nüfuzu qalmamış bir insandır. O da istəyəni çox az olduğuna görə kimsə ilə toplantı keçirmək istəmir. Hər bir məsələni yalnız başına, mütəxəssisindən fikir soruşmadan həll edə biləcəyinə inanır. Ən yaxınında olmalı olan Prezident belə onu çox dinləmir. Belə ki, Bolton “Hələ uzun müddət Suriyada olacağıq” deyərək, müsahibə verdikdən həmən sonra Prezident Tramp hərbçilərin geri çəkilməsi haqqında verdiyi qərarını açıqlayaraq, onu Vaşinqtonda rəzil etdi.

“Get, Türkiyəni gör” təlimatı

Sonra da Tramp “O qədər əleyhinə danışdığın Türkiyəyə bir get, əleyhinə danışdığın yer haqqındakı həqiqətləri gör” deyər kimi, ani təlimatını verdi və onu xüsusilə seçib göndərdi.

Xeyli çaşmış halda səfərə çıxan Bolton yəqin yevangelist olduğuna görə İsraildə duyğulandı, daha da çaşdı və Ankarada tənqid eşitməsinə səbəb olacaq şəkildə düşüncəsiz danışdı. Nəticədə Prezident Ərdoğanın çox haqlı “Mən onu niyə görüm ki?” mövqeyi ilə qarşılaşdı.

Bolton hazırda uzun müddət öz adı ilə xatırlanacaq diplomatik rüsvayçılıq yaşayır. İnşallah, bu rüsvayçılığın onun karyerasını bitirə biləcəyinin fərqindədir.

Əgər, gözlənildiyi kimi, Prezident Ərdoğan qısa müddət ərzində Prezident Trampla telefonla danışarsa, Vaşinqtonda Boltonun karyerasının çox uzunmüddətli olacağına şübhə ilə yanaşılır.

Xülasə, Bolton Ankaradan dönən kimi işsiz də qala bilər.