XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

14 Mart 2019 - 14:44

Tramp 500 milyon dollara Maduronu “dəfn” edə biləcəkmi? –Növbə Kuba və Nikaraquanındır - TƏHLİL 

Stiven Lendman

Global Research (ABŞ), 14.03.2019

 

ABŞ dövlət katibi Mayk Pompeo martın 11-də keçirilən mətbuat konfransının gedişində bildirib ki, Ağ Ev Konqresdən “Venesuela iqtisadiyyatının bərpasına və özünü prezident elan etmiş Xuan Quaydoya yardım kimi 500 milyon dollar ayırmağı” xahiş edib. Pompeo Venesuela hökumətinin devrilməsi və ABŞ-a tabe olan tiraniyaya əvəzləmək üçün Amerika planının ayrıntılarına varmayıb. Sərt xətt tərəfdarları Venesuelanın neft, qaz, qızıl və başqa dəyərli resursları üzərində nəzarət əldə etmək istəyirlər. Quaydo Venesuelanın və xalqının satqını, ABŞ-ın nəzarətində qəsbçi roluna iddia edən oyuncaqdır.

ABŞ-ın 2020-ci il büdcəsi Dövlət Departamenti xərclərinin 23% azaldılmasını nəzərdə tutur. USAID-in maliyyələşdirilməsinin 52 milyard $-dan 40 milyard $-adək azaldılması və Latın Amerikası ölkələrinə müxtəlif yardım proqramlarının 27% (116 milyon $-a qədər)  azaldılması da nəzərdə tutulub. Eyni zamanda ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuelada rejimin dəyişdirilməsinin maliyyələşdirilməsinə yarım milyard dollar almağı planlaşdırır. Yəqin ki, administrasiya sonra Kuba və Nikaraquada çevrilişləri maliyyələşdirmək üçün vəsait almaq istəyəcək. Amma ABŞ büdcəsi layihəsində göstərilməyib ki, Venesuelada yaranmış duruma görə xeyli dərəcədə məhz Vaşinqton sorumludur. Qanunsuz iqtisadi savaşı o açıb. Pompeo ABŞ-ın qalan diplomatik əməkdaşlarının Venesueladan çıxarılması haqda bildirərək uğursuzcasına vurğulayıb ki, onların orada olması Amerika siyasəti yolunda maneədir. Ehtimal ki, bu, münaqişənin planlaşdırılmış yayılmasına işarə edir. ABŞ-ın Venesuela rejiminin  əvəzlənməsi üzrə özəl təmsilçisi Elliott Abrams Pompeonun bəyanatını tamamlamağı qət edərək bildirib ki, “Bu adamları çıxarmaq səmərəlidir”, çünki onların iştirakı ABŞ-ın Venesuela xalqına dəstəyə yönəlmiş fəaliyyətini çətinləşdirir.

Amerikanın müvəkkil şəxslərilə savaş hələ qabaqdadır. Pentqaonun birbaşa hərbi müdaxiləsi baş verməsə, gözləməyinə dəyər ki, Vaşinqton Venesuelanın Amerikanın sərt xətt tərəfdarlarının ən çirkin işləri etibar edə biləcəyi əsil başkəsənlərin daxil olduğu antihökumət güclərinə hər bir yardımı edəcək.

Tramp, Pompeo və Abrams ABŞ-ın Venesuelaya mümkün hərbi müdaxiləsi haqda suala həmişə eyni cavabı verirlər – guya Vaşinqton mümkün bütün variantlara baxır. Başqa sözlə, onlar öz hədəflərinə yetmək üçün hər şeyə getməyə hazırdırlar. Abrams bildirib ki, Tramp administrasiyası “ən yaxın günlərdə” Venesuelaya qarşı “olduqca ciddi”, Venesualaya əl uzadan maliyyə müəssisələrinə zərbə vurası yeni sanksiyalar qoymaq niyyətindədir. ABŞ Venesuelada çevrilişə qarşı çıxış edən Çin, Rusiya, Türkiyə və başqa ölkələrə basqı edir, amma Vaşinqton siyasətinə qarşı çıxanlar hələlik önəmli uğurlara yetişə bilməyib. Dünyanın 50-ə yaxın ölkəsi Venesuelada çevrilişi dəstəkləyir, dünyanın qalan ictimaiyyəti və BMT qarşı çıxır.

ABŞ Dövlət Departamenti bu həftə martın 12-də Amerika vətəndaşlarını Veneseulaya səfərdən imtinaya çağırıb: “Velesuelada yaşayan, ya da turist vəsiqəsilə gələnlər bu ölkəni tərk etməlidirlər”.

Vaşinqton Karakasda daha konsul xidmətləri göstərmir. Ola bilsin, Dövlət Departamenti istəyir ki, ABŞ vətəndaşları Venesuela prezidenti Nikolas Maduronun hökumətini devirməyə yönələn planlaşdırılmış eskalasiya başlanana qədər Venesuelanı tərk etsinlər.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, Pompeo və Abrams antihökumət koalisiyası formalaşdırmağa çalışırlar. Bolton bildirib ki, Vaşinqton hakimiyyətin Ağ Evin Venesuelanın “qanuni” prezidenti saydığı Quaydoya dinc yolla verilməsinin təminatı üçün maksimal geniş koalisiyanın dəstəyini əldə etməyə can atır.

Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriges martın 12-də çərşənbə günü məlumat verib ki, ölkənin bütün ərazisində elektrik təchizatı praktik olaraq tam bərpa olunub. Bunun nə qədər çox çəkəcəyi bəlli deyil. Tamamilə mümkündür ki, Venesuelanın elektrik şəbəkəsi infrastrukturuna gələcək kiberhücumlar Trampın iqtisadi savaş planına daxildir. Maduro həmin gün BMT, Rusiya, Çin, İran və Kubanı Venesuelanı bundan sonrakı elektrik enerjisinin ayrılmasına yönəlmiş kiberhücumlardan qorumağa çağırıb. Maduro qeyd edib ki, ölkənin bütün ərazisində elektrik enerjisini bərpa etmək mümkün olub, amma Venesuelanın dəstəyə ehtiyacı var.

Tərcümə Strateq.az-ındır.

 

 





Yuxarı Əvvələ Ana Səhifə