XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 12:04

İRANA QARŞI YENİ İTTİHAMLAR:"Rəsmi Tehran nüvə silahına dair qlobal müqaviləni pozub"

Brayant Harris

“Əl-Monitor”, 18.04.2019

 

Donald Tramp administrasiyası nüvə proqramına əsasən İrana qarşı yeni hücuma başlayaraq maksimum təzyiq kampaniyasını genişləndirməyə davam edir.

Dövlət Departamentinin illik hesabatında rəsmi Tehran 1970-ci ilin Nüvə Silahlarının Yayılmaması üzrə Müqaviləni (NSYM) ehtimala görə pozmaqda ittiham olunur.

Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAGATE) əksini isbatlayan hesabatına baxmayaraq, bu iddialar həm də İranın 2015-ci ilin nüvə razılaşması şərtlərini pozmasını irəli sürür.

Yeni iddialar, əsasən, İsrail kəşfiyyatının ötən il İranın nüvə arxivindən “oğurladığı” sənədlərə əsaslanır. İsrail baş naziri Binyamin Netanyahu həmin materiallara istinadla, Tehranın nüvə materialları və avadanlıqlarını qoruduğunu irəli sürüb.

Hazırda İranın nüvə razılaşmasının hüdudlarından kənara çıxması iddiası qırğı respublikaçılar, həm də Dövlət Departamenti üçün prioritetə çevrilib.

Dövlət Departamentinin hesabatında İranın gələcəkdə nüvə silahı proqramının elementlərini bərpa etmə ehtimalının qaldığı iddia olunur. Qeyd olunur ki, bununla bağlı “bütün müvafiq məlumatlar diqqətlə qiymətləndirilib”.

ABŞ Dövlət Departamentinin yeni iddiaları 2005-ci ildə oğul-Corc Buş administrasiyası dönəmində də gündəmə gətirilmişdi. Bununla birlikdə, 2007-ci ildə ABŞ kəşfiyyat xidməti İranın nüvə silahı yaratma proqramını hələ 2003-cü ildə dayandırıldığını bildirmişdi.

Kapitoli Təpəsindəki bəzi demokratlar dəyişikliyə şübhə ilə yanaşırlar.

Xarici Əlaqələr Komitəsinin üzvü senator Ceff Merklinin sözçüsü bildirib: “Builki hesabat inam doğurmur. Administrasiya reallığı öz siyasi gündəminə uyğunlaşdıra bilməz”.

Senatın Xarici Əlaqələr Komitəsinin altı respublikaçı üzvü, o cümlədən Ted Kruz, Marko Rubio isə keçən həftə prezident Trampa məktub yazaraq, builki hesabatda “nüvə arxivinə dəqiq istinad”ın təmin edilməsini xahiş ediblər. Yəni Dövlət Departamentinin İranın NSYM-i poza biləcəyinə dair iddialarının əsasını. “Arxivlərin hesabata daxil edilməsi administrasiyanızın beynəlxalq arbitraj tələb edən yaymama məsələsini rəsmiləşdirərdi”, – deyə məktubda qeyd olunur.

Dövlət katibinin silahlara nəzarət üzrə köməkçisi İlim Poblete də qınayıcı bəyanat verib. Poblete ötən il Senatda İranı dəfələrlə NSYM və Barak Obama dövrünə aid nüvə müqaviləsini “marginal pozuntular”da günahlandırıb. Onun iddiasına görə, İran hələ nüvə razılaşmasının imzalanmasından əvvəl “zəmanətlər sövdələşməsini pozub” və “NSYM-yə xilaf addımlar atıb”.

Aprelin 18-də “Reuters” hesabatın Dövlət Departamentində fikir ayrılıqları meydana gətirdiyini bildirib.

Bəzi nüvə ekspertlərinin sözlərinə görə, İranı keçmiş proqramı ilə əlaqədar fərziyyələr əsasında NSYM-i pozmaqda ittiham etmək qeyri-ciddilikdir.

Obama administrasiyası yanında Dövlət Departamentinin baş məsləhətçisi Aleksandra Bell deyib: “İranla yeganə işimiz onun 2015-ci ildəki nüvə sazişinə əməl edib-etməməsi olmalıdır”.

ABŞ-ın kəşfiyyat cəmiyyəti də İranın müqaviləyə “texniki uyğunluğu”nu təsdiqləyib.

Martın sonlarında MAGATE Tehranın öhdəliklərini yerinə yetirməyə davam etdiyini bildirib.

Tərcümə: Strateq.az