XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

21 İyul 2019 - 09:30

UKRAYNADA İMPERİYA TƏRƏFDARLARININ REVANŞI –Ali Rada təslimçilərin əlinə keçir - TƏHLİL

Andrey Pionkovski

“Obozrevatel”, Ukrayna, 19 iyul 2019-cu il

 

22 iyul səhəri Ukrayna xalqı gözünü tamamilə başqa bir ölkədə açacaq. Çünki Ali Radada (Ukrayna parlamenti – tərc.) təslimçilər əksəriyyət təşkil edəcək. Zelenski ilə birlikdə göstərilən bu fokus nəticəsində imperiya tərəfdarlarının dövlət çevrilişi baş tutacaq.

Ukraynada həmişə Boyko Medvedçukun ardınca gedə biləcək əhəmiyyətli səviyyədə (bu, ən çoxu, 25% ola bilər) təslimçi azlıq mövcud olub. Lakin bu təslimçi azlıq indi parlamentdə çoxluq əldə edəcək.

Boyko-Medvedçuk partiyasından əlavə, “Xalqın xidmətçisi” partiyasında da Yanukoviçin administrasiyasından olan adamlar var. Bax, elə bütün oliqarxların vəkili və Portnovun yaxın dostu olan Boqdanı götürək. O, özünü necə xarakterizə edir?

Sadəcə paradoksal vəziyyət yaranacaq, Ukrayna xalqınınn əksəriyyəti parlamentdə təmsil olunmayacaq. Düşünürəm ki, insanlar bunu bir neçə gün və ya həftə ərzində dərk edəcəklər. O zaman ən əsas sual bu olacaq: Ukrayna cəmiyyəti, siyasi təbəqəsi və xalqı bu durumu qəbul edəcəkmi? Və ən başlıcası, bu durumda etiraz hərəkatına liderlik edə biləcək şəxslər tapılacaqmı?

Əgər Ukrayna təslim olacaqsa, Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyalar götürüləcək, Putinin özü isə ali dünya birliyinin tamhüquqlu üzvü olacaq.

Yalnız Ukrayna uğrunda mübarizə başlamayıb. Bu, xeyir və şər arasında gedən ən prinsipial mübarizədir.

Axı bu Qərb fahişələrinin hamısı küləyin istiqamətinə baxırlar. Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi Ukrayna xalqının dostlarının apardığı nəhəng işin nəticəsidir. Prezident Tramp bunun əleyhinə idi. Avropada da Putin Rusiyasında pul qazanmaq istəyən qrupun çox böyük müqaviməti vardı. İndi bütün bu adamların hamısı Kreml tərəfdarı olanların revanş ala biləcəyi haqqında Ukraynadan gedən siqnalları hiss ediblər.

Ona görə də, Rusiya nümayəndə heyətinin, – hansı ki, öz təcavüzkar hərəkətlərilə yalnız hər şeyi ağırlaşdırır, – Avropa Şurası Parlament Assambleyasına qaytarılması Ukraynanın Luqandoniya (Donbasın müvəqqəti işğal altında olan ərazisi – tərc.) ilə ərazicə saxta – yalançı birləşdirilməsinin ilk siqnalı hesab edilə bilər.

Əslində isə bu, xərçəng şişinin Ukraynaya yeridilməsi və onun ölkənin bütün ərazisinə yayılması olacaq. Və əgər Ukrayna siyasi elitası, hər halda, onun əhəmiyyətli bir hissəsi, belə işlərlə məşğul olursa, onda alman iş adamları və ya amerikan siyasətçiləri nə üçün Ukraynanın müstəqilliyinin böyük tərəfdarları olmalıdırlar?

Tərcümə Strateq.az-ındır

 





Yuxarı Əvvələ Ana Səhifə