Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Putini noyabrda cəzalandıracaqlar” –Ukrayna Rusiyanı tələyə salan yem olacaqmı? - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ramil Quliyev iddialara cavab verdi:"Bu uğuru Azərbaycanda qazanmağım mümkün deyildi"
  • " width="300" height="266" />
    Fransa səfiri xanım Orelia Buşez:“Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına dəstək göstərməyə hazırdır” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Gülər Əhmədova:“İnsan özü ilə xoşbəxt deyilsə, heç kimlə də xoşbəxt olmayacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “Qarabağın 18-ci əsrədək olan etnik tərkibi və əhali sayı barədə dəqiq məlumatlar yoxdur” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    50 yaşlı Elçin Mirzəbəyli:“Mənim kimi adamlar, adətən, ayaq üstə ölürlər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Qəzada ölən 74 yaşlı kişinin oğlu:"Əli Həsənov və onun ailəsindən heç kəs bizə zəng etməyib"
  • " width="300" height="266" />
    “Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar…” –Qəzada ölən gəncin anasından fəryadlı açıqlamalar
  • " width="300" height="266" />
    Sürət Hüseynov adının qəsdən gündəmə gətirildiyini açıqladı:"Bütün bunları Sinan edib" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni politoloqdan xoflu bəyanat:“Türkiyə S-400-ü Naxçıvanda yerləşdirsə, Azərbaycan İrəvanı və bütün Ararat vadisini təhdid etməyə başlayacaq"

Qaynar Qazan

  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO
  • " width="300" height="266" />
    Azərbaycanın Rusiyadakı keçmiş səfirindən maraqlı açıqlamalar:“İlham Əliyev Rusiyaya qarşı bizdən yaxşı siyasət aparır”-VİDEO
  • " width="300" height="266" />
    “Qaynar Qazan”da Elşad Musayev:"Vahid namizəd kənardan gətirilə bilər" (VİDEO)
  • " width="300" height="266" />
    İsa Qəmbər bəzi sirlər açdı:"Qurban Məmmədovun baş prokuror olmasını Elçibəy məsləhət bilmədi"-VİDEO
  • " width="300" height="266" />
    İsa Qəmbər 24 il əvvəlki həbsindən danışdı:"...onda bildim ki, məni həbs edəcəklər"-VİDEO

Qapalı Mövzu

  • " width="300" height="266" />
    MTN Antiterror Mərkəzinin həbsdə olan sabiq rəisi:“Elə çıxır ki, hər şeyi mən etmişəm, məndən yuxarıda heç kim olmayıb”  
  • " width="300" height="266" />
    “Eldar Mahmudov bura gəlsin, dindirilsin” –Generalların məhkəməsində sensasion faktlar açıqlandı
  • " width="300" height="266" />
    “O ev mənə yox, bacıma məxsus olub” –Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verdi
  • " width="300" height="266" />
    “Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar var, niyə cinayət işi açmırsız?” –Çovdarovdan ilginc açıqlamalar
  • " width="300" height="266" />
    Baş mühasib 567 min, aparat rəhbəri 2 milyon ödədi… –Həbsdəki rabitəçilərdən yeni xəbər
  • " width="300" height="266" />
    “Onların Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim və…” –Generalın “Vosmoy bazarı” üzrə ifadəsi
  • " width="300" height="266" />
    General məhkəməyə gəldi, jurnalistlərin sualından yayındı –VİDEO, FOTOLAR
  • " width="300" height="266" />
    General Hilal Əsədovun arvadı Çovdarovun məhkəməsində ifadə verdi:“Atam bazarı mənə bağışladı”
  • " width="300" height="266" />
    “Məni şəhərə gətirib Əli Abbasovla üzləşdirdilər…” –Rabitəçilərdən şok ifadələr
  • " width="300" height="266" />
    Eldar Mahmudovun dəstəsi MTN polkovnikini niyə intihara sövq edib? –Kərəm Həsənovun adı keçən işdə heyrətamiz faktlar üzə çıxır


Vəkil Bürosu

Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

22 Avqust 2017
21 Avqust 2017

14 May 2017 - 16:31

Vətəndaş müraciətlərinə baxılması, şərəf və ləyaqətin müdafiəsi hüquqlarının təminatı haqda –Hüquqşünas baxışı

 

Zakir ŞİRİYEV,

hüquqşünas

 

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə yazılı cavab verilməlidir.

“Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının 19 iyun 1997-ci il tarixli Qanunu qüvvədə olduğu müddətdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsiplərinə riayət olunub. Lakin həmin qanunvericilik aktının təkmilləşdirməsinə zəruri ehtiyac duyulduğundan, 30 sentyabr 2015-ci il tarixdə vətəndaşların müraciətləri haqqında yeni Qanun qəbul edilib.

Həmin qanuna əsasən, bütün hallarda vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirərkən, digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdırlar. Eyni zamanda vətəndaşların müraciət etmək hüququnun məhdudlaşdırılması qanunvericiliklə qadağan edilir.

Vətəndaşlar öz müraciətlərini təklif, ərizə və şikayət formasında edə bilərlər.

Həmin Qanunun 3.0.3-cü maddəsinə əsasən, təklif qanunlarının və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyeklərin fəaliyyənin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquqi, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət hesab edilir.

Ərizə isə hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət hesab edilir (Qanun 3.0.4)

Şikayətə gəldikdə isə, o, pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət sayılır (Qanun 3.0.5).

Yeni qanunvericilik aktında müraciətin baxılması aşağıdakı müraciət formalarına bölünür:

1. Şifahi müraciət  vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektiv nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciəti xidməti vasitəsilə edilən müraciət hesab edilir.

2. Yazılı müraciət – kağız üzərində  və ya elektron formada tətbiq edilmiş müraciət hesab edilir.

3.  Elektron müraciət – müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət hesab edilir.

4. Kollektiv müraciət  eyni məsələyə dair akt və ya daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciət hesab edilir.

5. Təkrar müraciət müraciətin bu qanunla müəyyən edilmiş baxılma müddəti bitdikdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektiv və ya onun vəzifəli şəxsin göndərdiyi növbəti müraciəti hesab edilir.

6. Anonim müraciət müraciətə baxan subyektiv və ya onun vəzifəli şəxsin vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adi və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciəti hesab edilir.

Qanunun 3-cü maddəsində qeyd edilən müraciət formalarından hər hansı birinə baxılarkən, vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərinə riayət edilməlidir. Belə ki, Qanunun 4-cü maddəsinə müvafiq olaraq müraciətlərə baxılarkən, bütün hallarda qanunçuluq, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şərait yaradılması, müraciətlərə dair tələblərin vahidliyinə qanuni mənafelərinin qorunması, bütün hallarda ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, şəffaflığın təmin edilməsi və vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması təmin edilməlidir.

Vətəndaşların müraciətlərinə baxılmasında istisnalıq da vardır. Belə ki, həmin Qanunun 5.2-ci maddəsinə müvafiq olaraq, bu qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir.

Bundan əlavə, həmin Qanunun 5-ci maddəsinə əsasən, aşağıda qeyd edilən müraciətlərin baxılması digər normativ aktlarla təmin edilir:

1. Hərbi qulluqçuların xidmətlə əlaqədar müraciətləri Respublika Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi və İntizam Nizamnaməsi ilə tənzimlənir;

2. Referendumun və seçkilərin bilavasitə təşkili və keçirilməsi ilə əlaqədar müraciətlərin edilməsi  və onlara baxılması qaydası Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir;

3. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə vəkilinə (Ombudsmana) İnsan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi və bu şikayətlərə baxılması qaydası “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə vəkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu ilə tənzimlənir;

4. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir;

5. Məişət narazılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılması qaydası “Məişət narazılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir;

Qeyd etmək lazımdır ki, təhqiqat və istintaq orqanlarına edilən müraciətlərə baxılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə tənzim edilir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu qanunun müddəaları əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətlərinə şamil edilir (Qanunun 5.9-cu maddəsi).

“Vətəndaşların müraciətləri haqqında” Qanunda müraciətlərə baxılması, aidiyyəti üzrə göndərilməsi və həllində süründürməçiliyə yol verilməməsi müraciətlərə təxirəsalınmaz qaydada baxılmasının təmin edilməsi məqsədini güdür.

Nəzərə almaq lazımdır ki, Qanunun 7.12-ci maddəsinə müvafiq olaraq vətəndaşın müraciətində göstərilən məsələlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir.

Həmin Qanunun 8-ci maddəsinə əsasən, müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır:

1. Bu qanunun tətbiqi dairəsinə dair 5-ci maddəsinə uyğun olaraq müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda;

2. Müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

3. Vətəndaşların təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda;

4. Həmin qanunun 6.9-cu maddəsinə əsasən, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir. 

Əgər belə hal olarsa, müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə;

5. Müraciət etmiş şəxs bu qanun 14.02-ci maddəsinə uyğun olaraq (müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək) ərizə ilə müraciət etdikdə;

6. Bu qanun 8.1-ci maddəsində göstərilən hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə 5 iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verilməlidir və s.

Nəzərə almaq lazımdır ki, müraciətin baxılmamış saxlanılmasına əsas verən hallar aradan qaldırıldıqda müraciətə baxan şəxs ona baxılmasını təmin etməlidir.

Korrupsiya ilə əlaqədar hüquq pozmaları barədə müraciətlərə baxılması həmin Qanunun 9-cu maddəsi və “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 13 yanvar 2004-cü il tarixli Qanunu ilə tənzim edilir. Belə ki, korrupsiya ilə əlaqədar hüquq pozmaları barədə müraciət daxil olduqda dövlət orqanın rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir və həmin orqanın təşkilatın nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müdətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanın rəhbərinə təqdim olunmalıdır. Lakin zərurət olduqda (əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda) dövlət orqanın rəhbəri bu müddəti 10 iş günü uzatmaq hüququ vardır.

Müraciətin baxılma nəticəsi barədə dövlət orqanın rəhbəri aşağıda qeyd edilən qərarlardan birini qəbul edir:

1. Müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Azərbaycan Respublikası Mülki Məcəlləsinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olan hüquq pozmalar aşkar edildikdə, müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edir;

2. Müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilir; 

3. Müraciətin əsaslı olduğu təsdiq edilmədikdə şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir.

Qeyd etmək lazımdır ki, bütün hallarda vətəndaşın dövlət orqanı rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət vermək hüququ vardır. Lakin qeyd edilənlərlə yanaşı, vətəndaşın dövlət orqanı rəhbərinə qərarından məhkəməyə şikayət vermək hüququ da vardır.

Həmin Qanunun 10-cu maddəsinə əsasən, müraciətlərə ən geci 15 iş günü müddətində cavab verilməlidir. Lakin əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi hallarında müraciətə baxılma müddəti 30 iş günü uzadıla bilər.

Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Vətəndaşların müraciətlərinə baxılarkən bütün hallarda müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılması təmin edilməlidir.

Qeyd edilən Qanunun 14-cü maddəsinə əsasən, müraciətinə baxılan vətəndaşın aşağıdakı hüquqları vardır:

1. Müraciətin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin əldə edilməsinə müraciətə baxan subyektdən xahiş etmək;

2. Müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək;

3. Təkrar yazılı müraciətə ilkin müraciətə baxılmasının nəticəsi barədə sənədləri əlavə etmək;

4. İctimai informasiya və fərdi məlumatların əldə edilməsi məqsədi ilə sorğu vermək;

5. Müraciətə baxılmasına dair sənədlərin və materialların və digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunulmaması və ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edilməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq;

6. Müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək;

7. Müraciətin məzmununda vətəndaşın ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək və s.

Qeyd etmək lazımdır ki, Qanunun 15-ci maddəsinə əsasən, canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən şifahi müraciət üzrə əlavə araşdırma aparmadan izah verilməsi mümkün olduqda müraciətə baxan subyektin həmin proqramda iştirak edən nümayəndəsinin qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq hüququ vardır. Əgər bu, mümkün deyildisə, bütün hallarda qanunun 7-ci maddəsinə əsasən, vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydasına əsasən icra edilir.

Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi qəbulu, qeydiyyatı və cavablandırılması bu Qanununtələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Qüvvədə olan həmin Qanunda müraciət edən vətəndaşla müraciət edilən subyekt arasındakı münasibətlərdə də qanunçuluğun aliliyinə və konstitusion prinsiplərə ciddi əməl edilməsi tələb edilir. Belə ki, Qanunun 6.9-cu maddəsinə əsasən, müraciətdə edilən təklif  və ya tələb aydın ifadə edilməli, müraciətin mətnində təhqir və ya böhtana yol verilməməlidir.

Eyni zamanda bu Qanun (16-cı maddə) tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki İnzibati Xətalar və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Lakin həmin Qanununun 16-cı maddəsində birmənalı olaraq "məsuliyyət daşıyan şəxslər" anlayışı, fikrimcə, mübahisə doğura bilər. Belə ki, burada söhbət əsasən vəzifə səlahiyyətlərindən sui-istifadədən getdiyindən, “şəxs” anlayışının “vəzifəli şəxs” kimi qeyd edilməsi məqsədəmüvafiqdir. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə dair 308-ci maddəsinin “Qeyd” hissəsində vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərin dairəsi ətraflı qeyd edilmişdir.

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 iyul 2013-cü il tarixli Plenum Qərarına əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcbur olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar.

Eyni zamanda dövlət və bələdiyyə, müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.

 “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanun ilə yanaşı sahibkarlıq subyektlərinin şikayətlərinə baxılması ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında 3 fevral 2016-cı il tarixli Əsasnamədə qəbul edilmişdir.

“Yerli İcra hakimiyyəti Orqanlarının Apellyasiya Şuraları haqqında” 3 fevral 2016-cı il tarixli Əsasnamənin 1-ci maddəsinə əsasən, yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları sahibkarlıq fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı İcra hakimiyyəti Orqanlarının sərəncamından, əmrindən hərəkət və ya hərəkətsizliyindən (Korrupsiya ilə əlaqədar hüquq pozamalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan və ictimai əsaslarla fəaliyyət göstərən Kollegiya orqanıdır.

Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünü idarəetmə orqanları və yerli hökümət təşkilatları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir. (1.4-cü)

Həmin Əsasnamənin 4.1-ci maddəsinə əsasən, Apellyasiya Şurasının tərkibi (Sədr və digər 6 üzvü) yerli icra hakimiyyəti orqanın rəhbəri tərəfindən təsdiq edilir. Həmin şuranın sədri yerli icra hakimiyyəti orqanı başçısının müavinlərindən biri olmalıdır.

Lakin qeyd edilən Əsasnamədə Şuranın üzvlərinin kimlər ola biləcəyi qeyd edilməmişdir.

Eyni zamanda sahibkarlıq subyekti yerli icra hakimiyyəti orqanlarının sərəncamından, əmrindən hərəkət və ya hərəkətsizliyindən təkrar şikayət verirsə və şuranın sədri icra hakimiyyəti başçısının müavinlərindən biri təyin edilirsə, maraqların toqquşması və icra başçısının müavini olan şuranın sədrinin icra hakimiyyətinin mənafeyini müdafiə edəcəyi istisna deyildir.

Yerli icra hakimiyyəti orqanlarının internet saytlarındakı qanunvericilik bazasında Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında” əsasnamələrin tam mətni və Apellyasiya Şurası haqqında Əsasnamədən əlavə heç bir normativ aktlar yoxdur.

Halbuki vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və təminatının bütün müddəalarını əks etdirən “Vətəndaşların müraciətlərinə baxılması haqqında” 15 sentyabr 2015-ci il tarixli Qanununda dərc edilməsi də zəruridir.  

Belə ki, yerli İcra hakimiyyətinə müraciət etmək istəyən vətəndaş həmin qanunla məlumatlandırılanda bu müraciətlərin təyinatı üzrə verilməsi və mərkəzi İcra hakimiyyətinin və digər dövlət qurumlarının təkrar şikayətlərlə yüklənməsinin qarşısını almaq mümkün olardı.

Qeyd etmək istəyirəm ki, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının 19 iyun 1988-ci il tarixli (əlavə və dəyişikliklərlə bir yerdə)  Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

Həmin Qanuna uyğun olaraq məlumat azadlığının təmin edilməsi, həmin məlumatların açıqlığı və mübadilə edilməsinin azadlığı, həmin məlumatın tamlığı və obyektivliyinə riayət edilməsi, hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanılması, şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması və sair prinsiplərə ciddi riayət edilməlidir (Qanunun 5-ci maddəsi).

Həmin Qanunla Konstitusiya müddəaları da  əsas götürülməklə məlumatın əldə edilməsi üçün təminat verilmişdir.

Məlumatın mənbəyinə gəldikdə isə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, kütləvi informasiya vasitələrinin məlumatları, açıq çıxışlar məlumatın mənbəyi hesab edilir.

Eyni zamanda həmin Qanunun 10-cu maddəsinə uyğun olaraq dövlət, peşə (vəkil, notariat, bank, kommersiya, istintaq və məhkum sirləri, şəxslərin şəxsi və ailə həyatının təkrar aksiyalarına və s.) məlumatlar məhdudlaşdırılmış məlumatlar hesab edilirlər.

Qeyd etmək zəruridir ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli (əlavə və dəyişikliklərlə bir yerdə) Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququnu dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Qeyd edilən Qanunun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq mövcud konstitusiyalı dövlət quruluşunu  zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların sirri və həyatını alçaldan şaiələr, yalan və qərəzli yazılar,  poliqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanuna zidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.

Qanunun 10.1-ci maddəsinə əsasən, gizli aidio və video yazılardan, kino və foto çəkilişindən istifadə etməyə və ya hazırlanmış məlumat və materialları yaymağa yalnız aşağıdakı hallarda yol verilir:

1. Şəxsin və vətəndaşın bu barədə yazılı razılığı varsa, habelə kənar şəxsin Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının pozulması üçün zəruri tədbirlər görülmüşdürsə;

2. Məhkəmə qərarı ilə nümayiş etdirilirsə.

Bu maddənin tələblərini pozaraq gizli aidio-video yazılardan, kino-foto çəkilişindən istifadə olunması və onun yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyətə səbəb olur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 1 hissəsinə əsasən, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir (24-cü mad II hissə).

Eyni zamanda Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında  bərabərdir.

Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır (25-ci mad. I hissə).

Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (25-ci mad. II hissə).

Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasını əsas verə bilməz.

Bunları qeyd etməkdə məqsəd odur ki, müraciət edən hər bir şəxs müraciətində nöqsanları qeyd edə bilər, tənqid edə bilər. Lakin bütün hallarda müraciətdə heç kəsə böhtan ata bilməz və ya təhqir edə bilməz.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasına görə böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə və ya kütləvi informasiya vasitələrində yayma başa düşülür.

Cinayət Məcəlləsinin 147.2.-ci maddəsində ağırlaşdırıcı hal kimi ağır və ya xüsusilə ağır cinayətlərdə ittiham etməklə böhtan atma hesab edilir.

Burada cinayətlərin ağırlıq dərəcəsinə görə təsnifatının şərh edilməsinə ehtiyac vardır.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin əsas xarakterindən və ictimai təhlükəsizlik dərəcəsindən asılı olaraq cinayətlərin təsnifatı aşağıdakı qruplara bölünür:

1. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə Cinayət Məcəlləsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər;

2. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayət hesab edilir;

3. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddi səkkiz il, yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayət hesab olunur;

4. Cinayət Məcəlləsi ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayət hesab olunur.

Elə hal ola bilər ki, vətəndaş müraciətlərində şəxs haqqında bilə-bilə yalan xəbərçilikdə onu ittiham etsin. Belə halda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 214-222-ci maddələrinə əsasən, ibtidai araşdırma aparılır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcələsinin 296-cı maddəsinə əsasən, cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə faktı olduqda həmin cinayət tərkibi yaranır. Eyni zamanda Cinayət Məcəlləsinin 296.2-ci maddəsinə əsasən eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə ağırlaşdırıcı hal kimi nəzərdə tutulmaqla təqsirkar şəxs 3 ildən 7 ilədək müddətdə azadlıqdan məhrum edilmə cəzası ilə cəzalandırılır.

Belə halda işin hallarının tam və hərtərəfli araşdırmaq məqsəd ilə ilk növbədə şikayət edəndən bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət daşıyacağı barədə iltizam alınmalı, ilkin araşdırmada şikayət edənin şəxsiyyəti, həyat tərzi, işin halları aydınlaşdırıldıqdan sonra şikayətçinin bilə-bilə yalan xəbərçilik edib ağır və ya xüsusilə ağır cinayətdə ittiham etdiyi şəxsin ətraflı izahatı alınmalıdır. Nəzərə almaq lazımdır ki, şikayət edəndən iltizam alınması və birbaşa şikayət edənin dindirilməsi prosessual pozğunluq hesab edilməklə həmin şəxsin şərəf və ləyaqətinə də zərbə vurulmuş olunur.

Müraciətdə tənqid əvəzinə təhqirə gəldikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin 1.hissəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə və ya kütləvi informasiya vasitələrində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma nəzərdə tutulur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxs və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında  təkzib olunmasını tələb edə bilər. Bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

Faktiki məlumatlar  natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qaydalar tətbiq edilir. Maraqlı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda tərtib qaydasını məhkəmə müəyyənləşdirir.

Eyni zamanda Mülki Məcəllənin 23.3-cü maddəsinə əsasən, kütləvi informasiya vasitələrində hüquqlarını və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır.

Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfi, ləyaqəti və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini də tələb etmək hüququ vardır.

Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin (MM-nin 23.5-ci).

Qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 23-cü maddəsində fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar  nüfuzunun müdafiəsinə də tətbiq edilir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Plenum Qərarına və Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı Mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik  hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənəvi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib olan halların nəzərə alınması zəruridir və bu  hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Konstitusiya Məhkəməsinin həmin Plenum qərarında konkret olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

“Mənəvi zərərin ödənilməsi barədə qanununvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Plenumunun 7 N-li qərarının 4-cü maddəsinə əsasən, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.

Zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. İddiaçı məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat edərsə, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən, həmin iş üzrə icraata xitam verilməlidir.

İddiaçının xeyrinə mənəvi zərərin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdə və o, həmin məbləği alana kimi vəfat etdikdə bu tələb vərəsəlik üzrə keçir.

Mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia  ərizəsində konkret göstərilməlidir. Buna əməl olunmaması Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsasdır.

Həmin Plenum qərarının 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.

Bunları geniş qeyd etməkdə məqsəd odur ki, maddi-mənəvi zərərin mahiyyəti, maddi və mənəvi zərəri fərqləndirən bütün hallar tam aydınlaşdırılmalıdır.

Fikrimcə, mənəvi zərərdə ziyanın təyini nisbətən müəyyən çətinliklər törədir. Belə ki, insanların mənəvi hissləri ölçüyə-çəkiyə gəlmir. Ona görə də mənəvi zərər çəkmiş şəxs işin bütün hallarını nəzərə alıb iddia ərizəsində bunu qeyd edə bilər.

İddia müddətinə gəldikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən, müddət mülkü hüquq və vəzifələri əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.

Mülki Qanunvericiliyə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM-nin 372-ci mad).

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il müəyyən edilib.

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Plenum qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq edilir.

Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər.

Bütün hallarda qanunun aliliyinə hörmətlə yanaşmaq tələb edilir…