Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    İqtisadçı alim Qubad İbadoğlu:"İlin sonunda Azərbaycan valyuta bazarında gərginlik artacaq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN TƏHLİLÇİSİ POL QOBL:"Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək"
  • " width="300" height="266" />
    Britaniyanın Cənubi Qafqazdakı hərbi attaşesi:"Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

29 Sentyabr 2017 - 19:43

Vəkildən Cinayət Məcəlləsinə dəyişiklik təklifi:"Bu məhkumlar üçün həbsin bir günü iki gün hesablanmalıdır”

“İnsan hüquqlarının qorunması və ədalətli tarazlığa nail olunması üçün hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə dəyişiklik edilməlidir”.

Strateq.az bildirir ki, bu təkliflə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil İlhamə Həsənova çıxış edib.

Vəkilin sözlərinə görə, prezident İlham Əliyevin bu il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladığı sərəncam bu baxımdan mühüm sənəddir.

İ.Həsənova qeyd edib ki, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin  69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan mərhumetmə müddətinə bir günə bir günlə hesablanır. Vəkilin fikrincə, bu isə az ağır və ağır cinayət törədərək cəzasını ümumi rejimli cəzacəkmə müəssisələrində və ya məntəqə tipli koloniyalarda cəkməli olan şəxslərə münasibətdə insan hüquqlarının pozulması ilə nəticələnir: “Şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində və ya məntəqə tipli koloniyada çəkməlidirsə, o, bu müəssisə ərazisində sərbəst hərəkət edir, qohumları ilə ildə 48 dəfə qısamüddətli, 4 dəfə uzunmüddətli görüş hüququ, həftədə iki dəfə 15 dəqiqəlik telefon danışığı hüququ əldə edir, tədris alır. Ən azından o, cəzaçəkmə müəssisəsi ərazisində münasibət qurmaq istədiyi insanlar dairəsini seçə bilir”.

İ.Həsənovanın sözlərinə görə,  istintaq təcridxanasında isə həmin şəxs məhkum hesab olunmasa da, qapalı şəraitdə – kamerada saxlanılır, gündə yalnız 2 saat havaya çıxarıla bilər, qohumları ilə uzunmüddətli görüşdən məhrumdur, qısamüddətli görüş yalnız müstəntiqin icazəsi ilə verilir, münasibət saxlamaq istədiyi şəxslərin dairəsini seçə bilmir, tədris ala bilmir:  “Təcridxanada uzun müddətli saxlanılanların ailə bağlantıları kəsilir, qısa müddətli görüşlər və telefon danışıqları belə ancaq işi aparan müstəntiqin icazəsi ilə mümkündür. Həbsxanaya salma öz müqəddəratını həll etmək hüququnu əlindən aldığına görə, onsuz da insana əzab verir. Həbsxananın yuxarıda göstərilən qadağaları bu əzabı daha da dərinləşdirir. Təsadüfi deyil ki, istintaq altında olan şəxslər barələrində məhkəmə qərarının tez qəbul olunmasıyla istintaq təcridxanasından qurtarmağa, cəzaçəkmə müəssisəsinə tez köçməyə can atırlar.

Vəkil bildirib ki, əksər hallarda istintaqı aparan orqanların təşəbbüsü ilə təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə ya istintaq müddəti, ya da həbsdə saxlama müddəti bir neçə dəfə uzadılır. Belə olan təqdirdə istintaq təcridxanasında saxlanılan şəxslər və onların ailə üzvləri məhkəmə araşdırmasını uzun müddət gözləməklə də mərhumiyyətlərə məruz qalırlar. Hökm qüvvəyə minənə qədər insanlar aylar, hətta illərlə ağır təcridxana şəraitində qalırlar: Beynəlxalq sənədlərə əsasən, həbs şərtləri məhkəmənin təyin etdiyi cəzanın şərtlərindən daha sərt olmamalıdır. Bir vəkil kimi, hesab edirəm ki, insan hüquqlarının qorunması və ədalətli tarazlığa nail olunması üçün hazırda qüvvədə olan AR CM-nin 69.3-cü maddəsinə “hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan mərhum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində və məntəqə tipli koloniyalarda çəkməli olan məhkumlar üçün həbsdə saxlanmanın bir gününə iki gün hesabı ilə hesablanır” dəyişikliyi edilməlidir”.

Vəkilin fikrincə, bu dəyişikliyin qəbul olunması Azərbaycanda penitensiar sistemə dövlət xərclərini əhəmiyyətli dərəcədə azaldacaq, həbs qətimkan tədbirinin icrası işini beynəlxalq standartlara uyğunlaşdıracaq, istintaq təcridxanalarının işinin normallaşdırılması ilə nəticələnəcək: “Həm də insan hüquqlarının qorunmasında ədalətli tarazlığı təmin edəcək”.