Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    İqtisadçı alim Qubad İbadoğlu:"İlin sonunda Azərbaycan valyuta bazarında gərginlik artacaq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN TƏHLİLÇİSİ POL QOBL:"Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək"
  • " width="300" height="266" />
    Britaniyanın Cənubi Qafqazdakı hərbi attaşesi:"Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

06 Oktyabr 2017 - 11:00

Vəkil İlhamə Həsənova:"Azərbaycanda elə hakimlər var ki, rüşvət almayıb və almayacaq da" - MÜSAHİBƏ

Strateq.az-ın "Vəkil Bürosu"nun qonağı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü İlhamə Həsənovadır.

Xatırladaq ki, İlhamə Həsənova 1995-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib, elə həmin ildən də vəkillik fəaliyyəti ilə məşğuldur. 2005-ci ildənsə Vəkillər Kollegiyasının üzvüdür. Fəxri hüquq doktorudur, bir neçə elmi məqalələrin müəllifidir. Hazırda “Cinayət prosesində müdafiə tərəfin sübut təqdim etmək imkanları” mövzusunda elmi iş üzərində çalışır. İnsan hüquqları ilə bağlı mötəbər beynəlxalq tədbirlərdə dəfələrlə Azərbaycan vəkillərini uğurla təmsil edib.

 

– İlhamə xanım, Azərbaycanda, adətən, BDU-nun hüquq fakültəsini bitirənlər daha çox hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində işləməyə can atırlar. Ancaq Siz elə universiteti bitirən kimi də vəkilliyə gəlmisiniz. Nə əcəb məhz vəkillik?

– Mən bu peşəni uşaqlıqdan xoşlamışam. Təbii ki, daim haqq-ədalətin qələbəsinə nail olmaq kimi gənclik romantikasının yaratdığı emosiyaların da seçim qərarıma təsiri olub… Və nəticədə, bu peşəni seçmişəm.

– Demək olar ki, indi siz vəkillik fəaliyyətinizin "uçuş”  dövründəsiniz və yəqin ki, icraatınıza götürdüyünüz işləri "seçmək" haqqı özünüzdədir. Bilmək maraqlıdır: hansı işlərə üstünlük verirsiniz, hətta karyeranızın əvvəlində olsaydınız, hansı işləri icraatınıza qəbul etməzdiniz?

– Nəzərə alsaq ki, əslində mən vəkillik fəaliyyəti ilə 1995-ci ildən məşğul oluram, onda hazırki dövrü "uçuş” dövrü adlandırmaq olmaz. Mən "uçuş"a 1995-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib, hüquqşünasın öz qərarlarının qəbulunda müstəqil olmalı olduğunu dərk edəndə başladım. İndi isə vəkillik səmasının bir nöqtəsində durub çalışıram və bu aləmi görə bilirəm. 90-cı illərin axırında çətin idi. İndi, demək olar, mən artıq öz işimin fanatıyam və güman edirəm ki, bu hiss heç zaman məni tərk etməyəcək. Yəqin, bilirsiniz – vəkillər təqaüdə çıxmırlar…

“İşi seçməyə" gəlincə isə, hesab edirəm ki, bu, faktiki olaraq hüquqi yardım və müdafiə üçün sənə müraciət edən insanları "başdan etmək"dir. Mən çalışıram ki, heç kəsi "başdan etməyəm". Ən minimumu, heç olmasa, bu insanları dinləyirəm, anlamağa çalışıram, məsləhət verirəm və yaxud işi başqa bir bacarıqlı vəkilə yönəldirəm.

İcraatıma götürməyəcəyim işlərə gəldikdə isə, bu, uşaqlara qarşı zorakılıqla bağlı işlərdir.

Hər bir cinayət  törətmiş insana müəyyən mənada haqq qazandırmaq olur, əgər o, manyak-qatil deyilsə. Bir çox hallarda vəkil törədilən hərəkətlərə haqq qazandıra bilmir, yalnız şəxsiyyətin müsbət tərəflərini axtarır və çalışır ki, insana öz həyatında müəyyən şeyləri dəyişmək, səhvlərini düzəltmək şansı versin. Axı həbsxana insanı həmişə islah etmir, bir çox hallarda sındırır, qəddarlaşdırır, ona görə də bəzən insana sadəcə olaraq inanmaq lazımdır.

– İcraatınızda olan işlərdən hansı daha çox yadınızda qalıb?

– Bu günədək icraatımda olan işlərin sayı kifayət qədər çox olsa da, mən onların hamısını xatırlayıram. Ancaq mənim üçün ən vacibləri – Zaqatalada günahsız olaraq adam öldürməkdə təqsirləndirilən və həbs edilən bir şəxsin, Bərdədə qərəzli şəkildə cinayət törətməkdə təqsirləndirilən polis nəfərinin, 2015-ci ilin may ayında Bakının Azadlıq prospektində baş vermiş yanğınla bağlı cinayət işində təqsirləndirilənlərin müdafiəsi olub… Çünki bu işlərdə müdafiə etdiyim şəxslərin tamamilə təqsirsizliyinə inanmışam və hesab edirəm ki, bunu sübuta yetirmişəm. İlk iki iş bəraətlə nəticələnib, sonuncu işin icraatı isə hələ də davam edir. Respublikamızda bəraət institutu işləyir, qanunlarımız və onların işləmə mexanizmi təkmilləşir. Artıq hakimlər prokurorluqdan "qorxmurlar". Hesab edirəm ki, bu müsbət dəyişikliklərdə vəkilliyin öz töhfəsi var. Lakin iş davam edir. Bəzi qanunlarımızda hələ də "ağ ləkələr", necə deyərlər, "qara yırtıqlar" var.

– Sizin zəngin təcrübəniz var və artıq vəkillik sahəsində nüfuza maliksiniz. Bu, işləri udmaqda köməyinizə gəlir?

– Vəkillik sahəsində nüfuza malik olmaq mübahisənin məhkəməyəqədərki həllində həmkarlarımla anlaşmaqda daha çox kömək edir. Mən hüquq-mühafizə orqanlarından asılı olmayan işləri nəzərdə tuturam. Səni dinləyəcək və eşidəcək olan məhkəmə sektorunda də nüfuza malik olmağın əhəmiyyəti böyükdür. Peşəkar nüfuz vəkil peşəsi üçün çox vacibdir. Hakimlər məni diqqətlə dinləyəndə, çıxışımdan qeydlər edəndə mən həzz alıram, deməli, onlar məni eşidirlər.

– Sizcə, vəkilin əsas uğuru nədədir? Nə üçün eyni qanuna söykənən bir vəkil işi udur, digəri isə uduzur?

– Vəkilin uğuru, hər şeydən əvvəl, peşəkarlığa və əməksevərliyə söykənən səbrli, keyfiyyətli işindədir. Doğrudan da elə hallar olur ki, eyni qanuna söykənən bir vəkil işi udur, digəri isə uduzur. Lakin bu, bir çox hallarda vəkil fəaliyyətinin keyfiyyəti ilə bağlı olmur. Mən bu sualın cavabını sualla verim: niyə görə eyni qanuna isinad edən bir hakim bir cür qərar çıxarır, başqa hakimsə başqa cür? Məhkəmə təcrübəsində eyni məsələlər üzrə formalaşmış vahid mövqe azdır, qanuni qüvvəsini almış məhkəmə aktının presedent təcrübəsi mövcud deyil. Bu isə korrupsiyaya yol açır: “Hakiməm – necə istərəm, elə də qərar çıxararam.”

– Heç olubmu ki, icraatınızda olan işlərlə bağlı əks tərəfin təzyiqi ilə rastlaşasınız?

– Əlbəttə. Məni maşınla vurmaqla da hədələyiblər, dəmir parçası atmaqla xəsarət yetirmək istəyiblər, avtomobilimə hücum ediblər… Digər formada, yəni, satın almaq kimi cəhdlər də olub. Lakin "satın almaq" cəhdi az olub və bu çoxdan olub. Artıq belə təkliflər olmur, çünki vəkil belə təkliflərə öz reaksiyasını göstərirsə, bu, hüquqi dairədə çox tez yayılır və artıq hamı səni tanıyır, belə iyrənc təkliflər də edilmir.

Əslində mən hesab edirəm ki, vəkilə təzyiq etmək lazım deyil, vəkil öz müştərisinin iradəsinin bələdçisidir, onun məsləhətçisi və köməkçisidir. Danışıqlar masasına oturmaq daha sadə və düzgün yoldur. Ancaq təəssüf ki, bu, həmişə belə olmur. Ələlxüsus da sənin opponentin güclü və zəngindirsə. Bax bu güclülər danışıqlara getməkdənsə əzməyi, alçaltmağı, məhkəməni satın almağı daha üstün tuturlar.

– Bugünlərdə Cinayət Məcəlləsinə dəyişiklik eidlməsi təşəbbüsyülə çıxış etmişdiniz. Ümumiyyətlə, bgünkü qanunvericilik barədə nə deyə bilərsiniz? Bir hüquqşünas kimi, Siz nəyin dəyişməsini istərdiniz?

– Çox şeyin. Jan-Jak Russonun belə bir fikri var: "Müdrik qanunverici qanunların dərcindən yox, onların cəmiyyət üçün yararlılığının öyrənilməsindən başlamalıdır".

Birinci, qanun aktual olmalıdır, günün reallıqlarını əks etdirməlidir və o qədər yığcam və aydın dildə olmalıdır ki, təkcə hüquqşünaslar deyil, hüquqşünas olmayanlar da onu başa düşə və yadda saxlaya bilsin.

Bizdə Cinayət Prosessual Məcəllə istintaq orqanlarının sübutların əldə edilməsi, yoxlanması və möhkəmləndirilməsində işini asanlaşdırmaqdan başqa heç nəyi nəzərdə tutmur. Tərəflərin bərabərhüquqlu çəkişməsinin təşkili bu Məcəllədə əks olunmayıb. Biz vəkilləri  ittihamla qeyri-bərabər vəziyyətdə çəkişmə masasına otuzdururlar, bu isə ona bənzəyir ki, sən əllərin, gözlərin bağlı, ağzın tikilmiş vəziyyətdə qaranlıq otaqda qara pişik axtarırsan.

İstintaq sübutetmənin ən asan yolu ilə gedir –  təqsirləndirilənin etirafını alır. Bunu etmək isə o qədər də çətin deyil. Ələlxüsus da təqsirləndirilən şəxs qismində cəlbetmə vaxtı, müstəntiqin dəvət edib təsirləndirilənə "sırıdığı" vəkilin iştirakı ilə. "Təqsirin etirafı – sübutların şahıdır" prinsipi bizim istintaq orqanlarımızın işini xeyli yüngülləşdirir.

– Ölkəmizdə də, ölkədən kənarda da Azərbaycan məhkəmə sistemi ən çox korrupsiyalaşmış sahələrdən biri kimi qəbul edilir. Fəaliyyət göstərdiyiniz illər ərzində, yəqin ki, məhkəmələrdə korrupsiya halları ilə çox rastlaşmısınız. Son vaxtlar dövlətin korrupsiya ilə aktiv mübarizəyə başladığı deyilir, hətta müxtəlif hesabatlar dərc edilir, rəqəmlər səslənir. Bu mübarizənin ədalət mühakiməsinin işində bir dəyişiklik yaratdığını müşahidə edirsinizmi?

– Əvvəl olduğu kimi, indi də elə hakimlər var ki, rüşvət almayıb, almır və almayacaq. Dövlət var gücü ilə çalışır ki, hakimlərin müstəqilliyini, həm də maliyyə müstəqilliyini təmin etsin ki, onlar rüşvət almasınlar, qanunla mühakimə etsinlər. Ancaq bu işin öhdəsindən gəlmək çətindir. Kim ki alıb, rüşvətin dadını bilir, o, həmişə alacaq. İnsanı dəyişmək çətindir…

– Sizcə, ölkəmizdə korrupsiya və rüşvətxorluqla necə mübarizə aparılmalıdır ki, bu, səmərə versin?

– Rüşvətxorluqla mübarizəni hər kəs özündən başlamalıdır. Sadəcə olaraq rüşvət verməmək lazımdır. Əgər rüşvət verən olmasa, rüşvət alan da olmayacaq. Və hər şeydən əvvəl ədalət və prinsipiallıq olmalıdır. Koppupsionerləri, rüşvətxorları həqiqətən ciddi cəzalandırmaq lazımdır. Korrupsionerdən rüşvət alıb güzəştə getmək dövlətimizin korrupsiya ilə mübarizə siyasətinə ən böyük xəyanətdir.

– Bu gün Azərbaycan vəkilliyinin qarşısında duran aktual problemlərlə də bağlı fikirlərinizi bilmək istərdik. Hansı problemlər var və onların həlli yolunu necə görürsünüz?

– Hazırda vəkillərin sosial təminatı ən vacib məsələlərdən biridir. Təqaüdə gedən vəkilin sosial təminatı zəifdir. Hamı bilir ki, vəkillərin təqaüdü aşağıdır. Bu da sirr deyil ki, müştəri vəkili seçir. İndi hüquq məsləhətxanasında oturub "müştəri" gözləməklə müştəri gəlmir. Bir çox vəkillər "təyinatla" yəni, iş haqqı dövlət tərəfindən ödənilməklə fəaliyyət göstərirlər. Bu ödəniş çox azdır, vəkillərin yolpulunu belə ödəmir. Belə vəkillərə onları dəvət edən müstəntiq "hörmət edir". Belə halda hansı vəkil prinsipiallığından, keyfiyyətli müdafiədən söhbət gedə bilər? Ona görə də bu gün müştərilərlə işləməyin yeni imkanları və yolları axtarılmalıdır. Axı bütün vəkillər müştəri bolluğunda deyil. Bir çox insanlar problemlərini vəkilsiz həll etməyə üstünlük verirlər. Bu məqsədlə böyük işlər görülməlidir. Vəkillər Kollegiyası vəkillərin müxtəlif əmək kollektivləri və tədris müəssisələrində mühazirələrini təşkil etməli, ən məşhur saytlarda aktual hüquqi mövzularla bağlı onlayn konfranslar keçirilməli, vəkillərin televiziya verilişləri yaradılmalı və bu tədbirlər istisnasız olaraq bütün vəkilləri əhatə etməlidir. Vəkillər kiçik və orta biznesin inkişafı ilə bağlı dövlət proqramlarında hüquqi maaarifləndirmə işinə cəlb edilməlidirlər. Sözsüz ki, vəkillər siyasətdən kənardırlar. Lakin biz bilirik ki, Azərbaycan vətəndaşları nəinki ölkəmizdə, ölkəmizdən kənarda da hüquqi müdafiəyə ehtiyac duyurlar.

Vəkillər ölkəmizə investisiyaların cəlb olunmasında da hüquqi iş aparmalıdırlar, ona görə də  başqa ölkələrin vəkilləri ilə sıx əməkdaşlığa ehtiyac var ki, bu da ölkəmizin çoxvektorlu siyasət tələblərinə cavab verir. Bu məqsədlə xarici həmkarlarımızın iştirakı ilə forumların, seminarların keçirilməsi və digər ölkələrdə keçirilən belə tədbirlərə qatılmaq zəruridir.

Vəkillərin özfəaliyyət qruplarının, idman komandalarının yaradılması həm vəkillərin öz arasında, həm də digər ölkələrdəki həmkarları ilə dostluq və insani əlaqələrin gücləndirilməsinə kömək edər. Bir sıra MDB ölkələrinin vəkillərinin idman komandaları vəkil komandaları arasındakı beynəlxalq yarışmalarda uğurla iştirak edirlər.

Bizim üçün xarici həmkarlarımızın təcrübəsindən faydalanmaq lazımdır, onlar nə əldə ediblər, nədən imtina ediblər, bunları bilmək faydalıdır…

– Məlumat verilib ki, Azərbaycan vəkilləri Vəkillər Kollegiyasının növbəti Konfransına hazırlaşırlar və bu Konfransda Vəkillər Kollegiyasının rəhbərliyinin seçkiləri keçiriləcək. Sizcə, Azərbaycanda vəkil özünüidarəetmə orqanlarına rəhbərlik hansı başlıca kriteriyalarla həyata keçirilməlidir?

– Mənim fikrimcə, vəkillərə rəhbərlik etmək başqa qurum və təşkilatlara rəhbərlik etməkdən daha çətindir. Vəkillər sərbəstdirlər, müstəqildirlər və öz qərarlarının qəbul edilməsində azaddırlar. Ona görə də bu quruma rəhbərlik “Yaxşı heç nəyə mane olmamaq və pisə yol verməməkdən ötrü hər şeyi etmək” prinsipi ilə həyata keçirilməlidir. Rəhbər, hər şeydən əvvəl, özünə qarşı tələbkar olmalıdır, perspektivi görməyi bacarmalıdır və arxadan deyilən heç bir qınaqdan, tənədən qorxmamalıdır. Mütləq ona hazır olmalıdır ki, vəkillik institununu təkmilləşməsində atdığı addımlar dərhal yox, bir müddət sonra qiymətləndirilə bilər.

– Bir vəkil kimi, Siz Vəkillər Kollegiyasının sədrliyinə namizədi necə görürsünüz?

– Məncə, bu namizəd “anadangəlmə”  və “ruhən” vəkil olan biri olmalıdır. Bu nə deməkdir? Yəni, hüquq-mühafizə orqanlarından “atıldığına” görə məcbur qalıb vəkiliyə gələn birisi deyil, vəkilliyi sevərək vəkilliyə gələn biri, adı vəkillik sıralarında gedib, ozü heç bir işə çıxmayan birisi deyil, sırf bu peşə ilə məşğul olan, vəkilliyin problemlərini bilən, insan hüquqlarını aktiv müdafiə edən, analitik və məntiqi düşüncəyə malik, dövlətini, xalqını sevən şəxs vəkil olmalıdır. Belə namizədlərimiz var və mən inanıram ki, vəkillər öz düzgün seçimlərini edəcəklər.

– Azərbaycan vəkilləri elmi-tədris işləri ilə nə dərəcədə aktiv məşğuldurlar?

– Bu sualla bağlı xüsusi statistika mövcud deyil. Lakin Respublikanın bir neçə ali təhsil ocaqları bizim peşəkarlarla işləyirlər. Vəkillərimiz ölkəmizdə və xaricdə elmi dərclər edirlər. Vəkillər Kollegiyası da vəkillərin elmi tədris işini daim dəstəkləyir.

– Vəkillərin müstəqilliyi və vəkil fəaliyyətinə müdaxilənin yolverilməzliyi “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulub. Bu normativ aktın tələblərinə baxmayaraq, statistik göstəricilərin təhlili bunu göstərir ki, vəkillərin peşəkar fəaliyyətinə müdaxilə və bu fəaliyyətə maneə yaradılması hallarına yol verilir. Həqiqətən də belə hallar varmı və vəkillərimiz bu hallarla necə mübarizə aparırlar?

– Hesab edirəm ki, bu cür hallar hər bir ölkədə var. Ancaq demək olmaz ki, bu, dövlət sistemindən irəli gəlir və ya dövlətin mövqeyidir. Burada başlıca problem dövlətin mövqeyində yox, insanların özündədir. Bəzi oponentlərə, o cümlədən də dövlət qulluqçularına, bəzi hallarda vəkilin aktiv işləməsi və məsələlərə öz nəzər nöqtəsindən yanaşması sərf etmir. Onlar öz hərəkətləri və fəaliyyətləri ilə də hər cür çalışırlar ki, vəkilə fəaliyyətində maneələr yaratsınlar. Məsələn, müstəntiq şübhəli və ya təqsirləndirilən şəxsə deyəndə ki, “vəkili neynirsən, vəkil sənin üçün heç nə edə bilməz, boş yerə vəkilə pul sərf etmə”, yaxud əgər vəkili ilə məhkəməyə gələn vətəndaş gəlib görür ki, vəkili məhkəmənin inzibati binasına buraxmırlar, lakin dövlət ittihamçısı hakimlə bir yerdə hakimin otağında “çay icir”, məhkəməyə girəndə vəkilin telefonunu alırlar, dövlət ittihamçısı isə telefonla içəri girir, belə halda vətəndaş nə hiss etməlidir, onun vəkilə inamı, hörməti necə olmalıdır? Hətta bu yaxınlarda mən belə bir halın şahidi oldum: bilirik ki, mülki işlərdə tərəflər – yəni iddiacı və cavabdeh bərabərhüquqludur. Məhkəmələrin birində cavabdeh vergi orqanı idi, iddiaçı adi vətəndaş, mən də onun vəkili. Məhkəməyə daxil olanda mənim müvəkkilimin və hətta vəkil kimi mənim çantamı yoxlayıb telefonlarımızı aldılar. Lakin cavabdeh qismində gələn vergi orqanının əməkdaşını nə yoxladılar, nə də telefonunu aldılar. Mən iradımı bildirəndə mühafizəçi nə desə, yaxşıdır – "Formada olanların telefonunu almırıq, bu, rəhbərliyin şifahi tapşırığıdır". Mən izah etməyə çalışdım ki, bu adam öz iş formasındadır, o, bu məhkəməyə cavabdehin nümayəndəsi kimi gəlib, lakin cəhdlərim səmərəsiz oldu.

Baxın, vətəndaş məhkəmə binasına daxil olanda özünə və vəkilinə bu cür münasibəti görürsə, onun ədalət mühakiməsinə və vəkilinə inamı nə günə düşür? Çox dəhşətli haldır. Əminəm ki, bir çox vəkillərimiz belə hallarla qarşılaşırlar. Vəkillər Kollegiyası vəkilləri hörmətdən salan bu qeyri-bərabər münasibətlərə təpki göstərməlidir, özü də vaxtında. Özümüz öz hüququmuzu qoruya bilməsək, başqalarının hüquqlarını necə qoruya bilərik?

Vəkillərə münasibətdə bu cür “iqnor” halları çoxdur. Hətta vəkil sorğularının cavablandırılmasında belə. Bir sıra orqanlar vəkil sorğularını “saymır”, müxtəlif bəhanələrlə bu sorğulara cavab verməkdən yayınırlar. Bu hallar isə vəkilin işini xeyli çətinləşdirir. Vəkil sübut toplaya bilmir. Necə işləsin, necə sübut etsin, müdafiə etsin?

Biz vəkil olaraq öz müdafiə mövqeyimizi tədricən vuruşmaqla qururuq, çalışırıq ki, cəmiyyətə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına sübut edək ki, insanlar o halda Qanuna inanıb ona riayət edəcəklər ki, biz – müstəntiqlər, polis əməkdaşları, hakimlər, vəkillər qanunnauyğun hərəkət edək.

Azərbaycan vəkilliyinin öz dərin tarixi kökləri, ənənələri var. Biz çox mürəkkəb və uzun inkişaf yolu keçmişik. Hazırda vəkil özünüidarə orqanları insanların Konstitusion hüquqlarının müdafiəsində səmərəli, effektiv yollar axtarmaq üzərində çalışırlar. Dövlətə, cəmiyyətə, şəxsiyyətə yalnız belə vəkillik lazımdır. Ulu Öndərimiz Heydər Əliyevin belə bir müdrik kəlamı var: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik məmləkət belə ən böyük dövlət qədər güclü olar”. Ümummilli Liderimizin bu kəlamı vəkilliyin dövlət və cəmiyyət üçün nə qədər vacib bir institut olmasını bir daha təsdiqləyir. Azərbaycanda vəkilliyin inkişafı məhkəmə hüquq islahatları ilə birlikdə davam edir. Vəkillər müstəqil, dövlət nəzarəti olmadan işləyə bildiklərini nümayiş etdirirlər.

Söhbətləşdi:

Xaqani Səfəroğlu

Strateq.az