Gündəm

  • " width="300" height="266" />
    Ərdoğandan ticarətlə məşğul olanlara xəbərdarlıq:"Bunun əksinə cəhd edənlər əvəzini ödəyərlər"
  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

18 Oktyabr 2017 - 03:32

Qanuna yeni dəyişiklik vəkillik institutuna nə vəd edir? –Vəkil rəyləri

10 milyon əhalisi olan Azərbaycanda 950-yə yaxın vəkil var. Başqa sözlə, hər 11 min 100 nəfərə cəmi bir vəkil düşür.

Müstəqil hüquqşünaslar düşünürlər ki, hələ ölkədə vəkilliklə bağlı durum daha da pisləşə bilər. Belə ki, Mülki və İnzibati Prosessual məcəllələrə, eləcə də vəkillik haqqında Qanunun dəyişdirilməsi təklif olunur.

Ali məhkəmə verdiyi bu təklifləri vəkillik institutunun daha da möhkəmləndirilməsi ilə izah edir.

Dəyişiklikdə nümayəndəlik institutunun ləğvi nəzərdə tutulur. Başqa sözlə, bu dəyişiklik qəbul olunarsa, məhkəməyə yalnız Vəkillər Kollegiyasının üzvü olanlar çıxa bilərlər. İndiki qanuna görə, bu kollegiyaya üzvü olmayan hüquqşünaslar yalnız cinayət işləri ilə bağlı məhkəmələrə çıxa bilmirlər. Onlar mülki və inzibati məsələlərlə bağlı məhkəmələrdə vətəndaşların müdafiə edə bilirdilər.

Xalid Bağırov

Hüquqşünas Xalid Bağırova görə, yeni təklif ölkədə hüquqi müdafiəni iflic vəziyyətə sala, məhkəmələrdə rüşvəti, korrupsiyanı genişləndirə bilər: “Rəsmən müdafiəni aparan şəxslərin sırasını daraltmaq istəyirlər. Bütün məhkəmələrdə işlərə ancaq 934 nəfər vəkillər kollegiyasının üzvünü çıxarmaq istəyirlər. Məqsəd vətəndaşı keyfiyyətli hüquqi yardımdan məhrum etməkdir. Hüquqi yardımsız qalan vətəndaş məhkəmədə gözünü döyəcək. Müəyyən vasitələrlə işini həll etməyə çalışacaq. Bununla da rüşvət, korrupsiya daha da genişlənəcək. Korrupsiyaya qapı açmaq istəyirlər”.

Xalid Bağırov adı insan haqları təşkilatlarının siyasi məhbus siyahısında olan bir çox şəxsin hüquqlarını müdafiə edib. Amma “REAL” Hərəkatının lideri İlqar Məmmədovun işi ilə bağlı Şəki Apelyasiya Məhkəməsində çıxışından sonra Vəkillər Kollegiyasından çıxarılıb.

Azərbaycanın bir çox tanınmış hüquqşünasları – Ənnağı Hacıbəyli, İntiqam Əliyev ümumiyyətlə kollegiyaya qəbul olunmayıb. Aslan İsmayılov, Əlaif Həsənov kimi tanınmış vəkillər isə kollegiyadan çıxarılıblar.

İntiqam Əliyev deyir ki, bu, ölkədə vəkillik institutuna qarşı ümumi təzyiqin tərkib hissəsidir. Məqsəd də siyasi səbəbdən, saxta ittihamlarla həbs olunan şəxsləri müdafiədən kənar qoymaq, bu proseslərin ictimailəşdirilməsinin qarşısını almaqdır: “Çünki vəkillər istintaq təcridxanalarında, polis idarələrində müdafiə etdiklərə şəxslərə qarşı dəhşətli işgəncə hallarını ictimailəşdirirlər. Vəkillərin məlumatları əsasında bu şəxslərə qarşı olan işgəncələr dünyaya yayılır”.

Yalçın İmanov

Elə vəkil Yalçın İmanov da Vəkillər Kollegiyasından çıxarılma təhlükəsi ilə üzləşib. O, ölkədə “sabitliyi pozmaqda” suçlanır. Yalçın İmanovdan Penitensiar Xidmət Nardaran işinə görə həbs olunmuş Abbas Hüseynovun karserə salınması, döyülməsi və ona işgəncələr edilməsi haqda verdiyi məlumatlara görə şikayət verib: “Görünür ki, müdafiə mövqeyim və müdafiə fəaliyyətim kimlərisə narahat edir. Bu narahatlığın da nəticəsi olaraq bu cür şikayətlər ortaya çıxır”.

Cinayət işləri üzrə məhkəmələrdə "Facebook" və digər sosial şəbəkələrdə təcili vəkil axtarılması kimi hallar inzibati və mülki işlərdə də təkrarlana bilər.

Səməd Rəhimli

İnzibati və mülki işlərə nümayəndə kimi çıxan Səməd Rəhimli deyir ki, qərar qəbul olunarsa, onun apardığı onlarla işi yarımçıq qala bilər:“Bu, tək mənim yox, insan hüquqları sahəsində çalışan bir çox hüquqşünasın qarşılaşacağı problemdir. Vəkillər kollegiyasından uzaqlaşdırılan və ya kollegiyaya qəbul olunmayanların apardığı işlər yarımçıq qalasıdır, gələcəkdə onlar kimisə müdafiə edə bilməyəcəklər. Bu da ölkədə insan haqlarının, müdafiə hüququna mənfi təsir edəcək”.

Vəkillər Kollegiyasının sədr əvəzi Fərhad Nəcəfov bu qanunlara dəyişikliklə bağlı hər hansı qərar olmadığından, müsahibəyə razılaşmayıb.

Millət vəkili Rafael Cəbrayılov yerli mediaya müsahibəsində deyib ki, dəyişiklikdə vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Nümayəndəlik institutunun ləğv edilməsindən söhbət getmir. Belə bir şey olsaydı, Azərbaycanın mülki hüququ şikəst olardı.

Sözügedən qanuna dəyişikliklər isə parlamentin 20 oktyabr iclasında müzakirəyə çıxarılacaq.

Azadlıq Radiosu