Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    GENERAL MƏHƏRRƏM ƏLİYEV İSLAHATLARDAN DANIŞDI:"Önəmli işlər görülür" - Müsahibə
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“Pulları yeyib, özlərinə villa, yaxta alıblar, indi dövlət onların borcunu ödəyir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Britaniyalı jurnalist Edvard Lukas:"Putin rejimi xaricdən sabit görünür, daxildə ciddi qayğıları var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “PLAN MƏLUMDUR…” –Nazirdən Qarabağ danışıqları ilə bağlı mühüm açıqlamalar
  • " width="300" height="266" />
    Deputat Fəzail Ağamalı prezident seçkilərindən danışdı:"...Mehriban xanım prezidentlik marafonuna qoşulmayacaq" - Müsahibə
  • " width="300" height="266" />
    Keçmiş prezident Kərzai:“Əfqanıstandakı İŞİD-i ölkəmizi qurban vermək istəyən xarici qüvvələr yaradıb” – Müsahibə
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTUNDAN SENSASİON QARABAĞ AÇIQLAMASI:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Bakı Metropolitenində yeniliklər:liftlər, yeni stansiyalar, yeni qatarlar... (Müsahibə)
  • " width="300" height="266" />
    PUTİNİN BAŞ STRATEQİNDƏN SENSASİON AÇIQLAMALAR:"MKİ o gecə Putinin ətrafıyla danışmışdı ki, Ərdoğana qarşı mövqe tutsun" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov yeni qurum yaradır:“Eldar Namazovla görüşəcəyik...” MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Tomrid Hatəmi yaxın tarixin yaralarından danışır:“Elçibəylə Hatəmini kimlər ayırdı?!”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı:“Meydan”dakı döyüşkən ruh, Məhəmməd Hatəminin ruhu idi...-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı Tomrid Hatəmi:“NKVD Pişvərini oğurlayıb Bakıya gətirdi”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı gizlinlərdən danışdı:“Tamara söhbəti 100 faiz yalandır”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı qiyamın səbəblərini açdı:“Sürət Hüseynovla hakimiyyəti üz-üzə qoyan üçüncü qüvvə var idi...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş başçıdan tarixi açıqlamalar:“Elçibəy Nizami məqrəbəsində məni yanına çağırdı ki...”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Əminin silahdaşı danışdı:“Məhəmməd Əmini prezident kimi dəfn etdilər”-VİDEO
  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO

Qapalı Mövzu





Vəkil Bürosu

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

22 Noyabr 2017
21 Noyabr 2017

04 Noyabr 2017 - 16:35

Parlamentin qərarı hüquqşünasları hərəkətə gətirdi –Bakıda mitinq keçirməyə qərar verdilər

Məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edən hüquqşünaslar Milli Məclisin oktyabrın 31-də qanunvericiliyə etdiyi dəyişikliklə əlaqədar etiraz aksiyalarına başlamaq qərarı verib. İlk addım isə Bakıda mitinq keçirmək olacaq.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, bu haqda Praktik Hüquqşünaslar Qrupu noyabrın 3-də qərar verib.

Xatırladaq ki, parlament “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Praktik Hüquqşünasların İşçi Qrupunun üzvü Xalid Bağırov bildirib ki, qanunun təsir etdiyi hüquqşünaslarla yanaşı, faktiki müdafiəsiz vəziyyətdə qoyulan bəzi vətəndaşlar da bundan narazı qalıb.

Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik təşəbbüsü parlamentə Ali Məhkəmənin rəhbərliyindən gəlib. Məqsədlərinin isə vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyirlər. Arqument kimi, bir sıra hallarda hüquqşünas olmayan şəxslərin nümayəndə qismində iştirak edib, keyfiyyətli müdafiə həyata keçirə bilməməsini, vətəndaşların aldadılması hallarını göstərirlər. Bununla belə, yeni qanunda da istisna kimi istənilən peşə sahibinə yaxın qohumunun hüquqi nümayəndəsi olmaq səlahiyyəti verilib.

Parlament bir dəfə layihəni geri qaytarsa da, sonrada bəzi düzəlişlərlə qəbul edib.

Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə Praktik Hüquqşünaslar Qrupu hökumətə bir sıra təkliflər təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti ali təhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali təhsil diplomu və bunun əsasında alınan etibarnamə ilə icra etməlidir. Buna uyğun olaraq, Mülki Prosessual Məcəlləyə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna müvafiq dəyişikliklər edilməlidir.

Təklif olunurdu ki, notariuslar məhkəmə işləri üzrə etibarnamə verərkən, nümayəndənin şəxsiyyət vəsiqəsi ilə yanaşı, diplomunun surətini də tələb etsin.

Azərbaycanda Vəkillər Kollegiyasının təqribən 900-dən bir qədər çox üzvü var. Bəzi ekspertlərin fikrincə, bu dəyişikliklər ölkədə vəkil qıtlığı yarada bilər.