Gündəm

  • " width="300" height="266" />
    “Qüds gedərsə, Məkkə, Mədinə, İstanbul, İslamabad, Şam da gedər…” –  Ərdoğandan dünyaya xəbərdarlıq
  • " width="300" height="266" />
    ELDAR MAHMUDOV YENİDƏN İSTİNTAQDA! –Çovdarov sabiq nazirin əleyhinə ifadə verib! FOTOLAR
  • " width="300" height="266" />
    Bakıda Qətərin Milli Günü qeyd edilib –Kəmaləddin Heydərov tədbirdə çıxış edib - FOTO
  • " width="300" height="266" />
    Rəsmi Vaşinqton hədəfə kilidlənir:“İranın qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”
  • " width="300" height="266" />
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni səlahiyyət verildi –Detallar
  • " width="300" height="266" />
    Rəsmi Ankara Ermənistana sərt bəyanatla cavab verdi:"Əvvəlcə işğal etdiyiniz torpaqların, Xocalının hesabını verin..."
  • " width="300" height="266" />
    Ərdoğanın baş müşaviri istefa verdi –Yazılı şəkildə səbəbi açıqladı
  • " width="300" height="266" />
    Putinlə Sobçak mətbuat konfransında “atışdı”:"Küçələrdə "saakaşvililərin" qaçmasına imkan verməyəcəyik!"
  • " width="300" height="266" />
    TÜRKİYƏ HƏR AN “AFRİN ƏMƏLİYYATI”NA BAŞLAYA BİLƏR –- Müxalifət də bu əməliyyat üçün hazır vəziyyətdə gözləyir
  • " width="300" height="266" />
    Putin 1700 jurnalistin qabağına çıxdı: “Mənə səs-küy salmaq yox, nəsə təklif etmək vacibdir” –CANLI YAYIM

Müsahibə

  • " width="300" height="266" />
    İLYAS İSMAYILOVDAN QÜDSLƏ BAĞLI MARAQLI AÇIQLAMALAR:"ABŞ dünyanı qlobal dini müharibəyə sürükləyir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    FAZİL MUSTAFADAN ELÇİBƏY HAQDA MARAQLI XATİRƏLƏR:"Heydər Əliyev Elçibəylə müttəfiqlikdən imtina etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səyavuş Aslanın oğlu:"Atamdan sonra ocağımız söndü, bir qab yeməyə möhtacam..."
  • " width="300" height="266" />
    Politoloq Armen Badalyan:“Ermənistanın Moskvanın təsirindən çıxması sürətlənir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elçin Şıxlıdan maraqlı açıqlamalar:"Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan ağıllı şəxsləri seçir" – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məşhur fransız kəşfiyyatçısı Alen Rodye:“Qərbdə kim özünü dəyərə mindirmək istəyirsə, rus kəşfiyyatının onu izlədiyini deyir” – Müsahibə
  • " width="300" height="266" />
    70-ə ÇATMIŞ RƏSUL QULİYEV:"Unudulmadığımı və camaatın məndən hələ də nəsə gözlədiyini gördüm" - (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Heydər Əliyevin 27 il çap olunmayan müsahibəsi:"Ziyalıların gözləmə, yaxud tam bitərəf mövqeyi məni çox narahat edir..."
  • " width="300" height="266" />
    “VERGİ VƏ GÖMRÜK BİRLƏŞDİRİLİR, YENİ NAZİRLİK YARADILIR…” –İqtisadçıdan sensasion açıqlamalar
  • " width="300" height="266" />
    SÜLHƏDDİN ƏKBƏRDƏN MARAQLI PROQNOZLAR:“Hakimiyyət daxilində böyük müxalifət formalaşır” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

15 Dekabr 2017

21 Noyabr 2017 - 05:40

Yalçın İmanov vəkillikdən niyə uzaqlaşdırılıb? –Kollegiya bir söz deyir, vəkil isə başqa...

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, ilahiyyatçı Taleh Bağırov və başqa ictimai-siyasi fəal məhbusların hüquqlarını müdafiə edən Yalçın İmanov Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında bu barədə qərar çıxarılıb.

Qərara əsasən, Vəkillər Kollegiyası Yalçın İmanovun bu qurumdan xaric olunması üçün məhkəməyə müraciət edəcək. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılır.

Y.İmanov yayda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun şikayəti əsasında cəzalandırılıb. Məmmədov vəkilin hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması haqda açıqlamasına etiraz edib.

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş və Qobustan həbsxanasında saxlanılan A.Hüseynov vəkilinə yazılı izahatında göstərib ki, onu təcridxanadan gətirəndən dərhal sonra işgəncələrə məruz qalıb. Nardaran məhbusunun sözlərinə görə, həbsxananın rəisi və rəis müavini, müxtəlif əməkdaşları əllərini qandallayıb döyüblər, qızmar günün altında dəmir dirəyə bağlayıb saatlarla o vəziyyətdə saxlayıblar, soxulcanlarla dolu cərimə kamerasına atıblar.

Ədliyyə polkovniki O.Məmmədov iddia edir ki, Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla «sabitliyi pozmağa çalışır, ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir».

«Bütün bunlar ölkədə aparılan islahatlara və iqtisadi tərəqqiyə qibtə ilə yanaşan, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə və nüfuzuna kölgə salmağa çalışan, ölkə daxilində və onun hüdudlarından kənarda olan bəzi qüvvələrin fəallaşmasına münbit şərait yaradır», – Penitensiar Xidmətin rəis əvəzinin sözləridir.

Y.İmanov isə şikayət məktubunda haqqında yazılanların böhtan olduğunu deyir: "Məsələn, Kollegiyaya şikayətində yazır, guya, mən Taleh Bağırovun həyatından narahat olan yaxınlarına avqustun 5-də demişəm ki, orderi göndərsəm də, hələ onunla görüşə icazə verilməyib, bununla da müvəkkilimlə görüşməkdən yayınmışam. Guya, mən heç avqustun 8-nə qədər heç görüş üçün müraciət etməmişəm. Ağ yalandır. Mən Taleh Bağırovla görüş üçün iyulun 29-da müraciət eləmişəm. Oqtay Məmmədov isə mənə 6 avqust tarixli məktubla cavab göndərib. Özü də həmin məktubda mənim 29 iyulda müraciət etdiyimi də göstərib. Əgər mən avqustun 8-nə qədər müraciət etməmişdimsə, onun özü mənə 6 avqust tarixli məktubu necə göndərib? Cavab gəlib çıxmırdı deyə, avqustun 7-də dəfələrlə Penitensiar Xidmətə zəng elədim. Həmin gün axşam bildirdilər ki, görüşə icazə verilir. Ertəsi gün də həbsxanaya gedib hüquqlarını müdafiə etdiyim şəxslərlə görüşmüşəm".

A.Hüseynova qarşı işgəncələrin ictimailəşdirilməsi məsələsinə gəlincə, Y.İmanov deyir ki, müvəkkili onunla yanaşı, digər vəkili Fariz Namazlıya, həbsxanada onunla görüşən Penitensiar Xidmətin şöbə rəisinə, Ombudsman Aparatının əməkdaşlarına, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin təmsilçilərinə də işgəncələrdən danışıb, yazılı izahat verib.

İndiyədək bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov və digərləri Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin «siyasi məhbus» kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etməkləri ilə izah edib. Ancaq Kollegiya bunları danıb, hər bir vəkilin qurumdan uzaqlaşdırılmasına fərqli səbəblər göstərib.

Azadlıq Radiosu