Gündəm

  • " width="300" height="266" />
    “Qüds gedərsə, Məkkə, Mədinə, İstanbul, İslamabad, Şam da gedər…” –  Ərdoğandan dünyaya xəbərdarlıq
  • " width="300" height="266" />
    ELDAR MAHMUDOV YENİDƏN İSTİNTAQDA! –Çovdarov sabiq nazirin əleyhinə ifadə verib! FOTOLAR
  • " width="300" height="266" />
    Bakıda Qətərin Milli Günü qeyd edilib –Kəmaləddin Heydərov tədbirdə çıxış edib - FOTO
  • " width="300" height="266" />
    Rəsmi Vaşinqton hədəfə kilidlənir:“İranın qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”
  • " width="300" height="266" />
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni səlahiyyət verildi –Detallar
  • " width="300" height="266" />
    Rəsmi Ankara Ermənistana sərt bəyanatla cavab verdi:"Əvvəlcə işğal etdiyiniz torpaqların, Xocalının hesabını verin..."
  • " width="300" height="266" />
    Ərdoğanın baş müşaviri istefa verdi –Yazılı şəkildə səbəbi açıqladı
  • " width="300" height="266" />
    Putinlə Sobçak mətbuat konfransında “atışdı”:"Küçələrdə "saakaşvililərin" qaçmasına imkan verməyəcəyik!"
  • " width="300" height="266" />
    TÜRKİYƏ HƏR AN “AFRİN ƏMƏLİYYATI”NA BAŞLAYA BİLƏR –- Müxalifət də bu əməliyyat üçün hazır vəziyyətdə gözləyir
  • " width="300" height="266" />
    Putin 1700 jurnalistin qabağına çıxdı: “Mənə səs-küy salmaq yox, nəsə təklif etmək vacibdir” –CANLI YAYIM

Müsahibə

  • " width="300" height="266" />
    İLYAS İSMAYILOVDAN QÜDSLƏ BAĞLI MARAQLI AÇIQLAMALAR:"ABŞ dünyanı qlobal dini müharibəyə sürükləyir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    FAZİL MUSTAFADAN ELÇİBƏY HAQDA MARAQLI XATİRƏLƏR:"Heydər Əliyev Elçibəylə müttəfiqlikdən imtina etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səyavuş Aslanın oğlu:"Atamdan sonra ocağımız söndü, bir qab yeməyə möhtacam..."
  • " width="300" height="266" />
    Politoloq Armen Badalyan:“Ermənistanın Moskvanın təsirindən çıxması sürətlənir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elçin Şıxlıdan maraqlı açıqlamalar:"Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan ağıllı şəxsləri seçir" – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məşhur fransız kəşfiyyatçısı Alen Rodye:“Qərbdə kim özünü dəyərə mindirmək istəyirsə, rus kəşfiyyatının onu izlədiyini deyir” – Müsahibə
  • " width="300" height="266" />
    70-ə ÇATMIŞ RƏSUL QULİYEV:"Unudulmadığımı və camaatın məndən hələ də nəsə gözlədiyini gördüm" - (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Heydər Əliyevin 27 il çap olunmayan müsahibəsi:"Ziyalıların gözləmə, yaxud tam bitərəf mövqeyi məni çox narahat edir..."
  • " width="300" height="266" />
    “VERGİ VƏ GÖMRÜK BİRLƏŞDİRİLİR, YENİ NAZİRLİK YARADILIR…” –İqtisadçıdan sensasion açıqlamalar
  • " width="300" height="266" />
    SÜLHƏDDİN ƏKBƏRDƏN MARAQLI PROQNOZLAR:“Hakimiyyət daxilində böyük müxalifət formalaşır” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

15 Dekabr 2017

22 Noyabr 2017 - 18:29

Şəmsəddin Əliyev yazır:"İslam hüququ: sosial tənzimləmənin universal sistemi"

Şəmsəddin ƏLİYEV,

"Polisə dəstək" İctimai Birliyinin sədri

"İnsanlarla onların ağlı səviyyəsində danışın"

Məhəmməd (s.ə.s.) Peyğəmbər

 

“İslam (müsəlman) hüququ”  anlayışı altında VII əsrdə Məhəmməd Peyğəmbərin adı ilə bağlı olan islam dininin hüquqi aspektləri başa düşülür. Bu baxımdan İslam hüququna şəriətin sinonimi  kimi də baxılır.

Şəriət islamı qoruyan, onun qaydalarına əməl edən insanlar tərəfindən ərsəyə gətirilən ilahi-dini qanundur. Daha doğrusu, müsəlmanların “nəyi etmək olar, nəyi etmək olmaz” normalarının məcmusudur.

Burada dini və hüquqi başlanğıc normalar bir-birinin ayrılmaz tərkib hissələridir. Amma bəzi alimlər İslam hüququnun hüquqi xarakterini qəbul etmirlər. Başqa normativ, dini sistemlərdə olduğu kimi (indus hüququ, Uzaq Şərq ölkələrinin hüququ) şəriət hüququnun əsasında hüquqlar yox, insanların dini vəzifələrinin icrası, yerinə yetirilməsi ideyası durur.

Zənnimcə, İslam hüququ fenomeni ilə müasir hüquq elminin mövqeyinə münasibətdə şəriətlə ciddi fərqlər var. Bunun üçün ilk növbədə "Şəriət və fiqh nədir?" – suallarına cavab vermək lazımdır.  Amma əvvəlcə İslam hüququn mənbəyinə nəzər yetirək;

1. İslam hüququnun əsasını təşkil edən müqəddəs kitab – Qurani Kərim;

2. Sünnə – Hüquqi əhəmiyyət daşıyan İslam Peyğəmbəri Məhəmmədin (s.ə.s) söylədiklərinə sədaqətin məcmusu;

3. İctimai-dini nüfuza malik, görkəmli islam hüquqşunaslarının mülahizələri;

4. Qiyas – Hüquqi məsələlərin analogiya  üzrə  tətbiqinə dair mülahizələr və  nəzəri fikirlər daxildir.

Fiqh də şəriətin ayrılmaz hissəsidir. "Fiqh" kəlməsinin lüğəti mənası "anlama", "başa düşmə" deməkdir. Digər tərəfdən, fiqh, ibadət və s. şəriət hökmləri haqqında bəhs edən elmdir. Fiqh hər bir müsəlmana ibadətləri düzgün yerinə yetirməyə, dünya və axirətdə səadətə qovuşmağa kömək edən və şəriət hökmlərinə bağlı olan elmdir.

Fiqhin şəriətlə bağlı mənası (istilahi) Quran və Peyğəmbərin (s.ə.s) sünnəsindəki (hədislərindəki) dəlillər və şəriət hökmlərində ifadə olunmasıdır.

Şəriətin isə ərəb dilindəki lüğəti mənası – "su içilən yerə (su mənbəyi) gedən yol", yaxud "gedilməli olan açıq yol" deməkdir. Şəriət sözü Quranda təkcə bir surədə – "Casiyə" surəsinin 18-ci ayəsində var. Müxtəlif versiyaları "Maidə" (süfrə) və "Şura" surəsinin 48.13 və 21-ci ayələrində var.

Şəriət "Allah tərəfindən Peyğəmbərin vasitəsi ilə insanlara çatdırılan və hökmlərin məcmusunu ehtiva edən ilahi qanundur" deyə bilərik.

Yuxarıda qeyd etdiyim kimi, şəriət sözü eyni zamanda din sözünün sinonimi kimi də qəbul edilir. Yəni, vəhylə sabit olan əqidə, əxlaq və əməllərlə əlaqədar bütün hökmləri əhatə edən elm, islam hüququnun mənbəyi!

Müsəlman hüququnun əsas tarixi mənbəyi bilavasitə  Məhəmməd Peyğəmbərin (s.ə.s) adı ilə bağlı olan Quran və Sünnədən ibarətdir. Məhəmməd Peyğəmbərin (s.ə.s) (632-ci ildə) ölümündən sonra XII əsrdə onun davamçıları müsəlman hüququnun məzmununda bir sıra yeni əlavələr, Quranın və Sünnənin tələblərindən irəli gələn dəyişikliklər etdilər. Lakin ictimai həyat şəriətin gələcək inkişafında dəyişikliklərə – islahatlara  ehtiyac duyurdu, şəriətin norma və prinsiplərinin sistemləşdirilməsinə tələb artırdı. VIII-X əsrlərdə qarşıda duran vəzifələrin həllində tanınmış islam hüquqşunaslarının və müxtəlif hüquq məktəblərinin nəzəri fikirləri də böyük rol oynadı.

Hüquqşunasların fəaliyyəti ilə yeni şəriət normaları, kazual xarakterə malik hallar müsəlman hüququnun əsas prinsipləri və konkret normalar formalaşdırılmağa başlanıldı.

Müsəlman hüquqşunasları və müxtəlif hüquq məktəblərinin iştirakçıları səmavi kitabı və sünnəni irəli sürərək Məhəmməd Peyğəmbərin (s.ə.s) dəyərləndirdiyi, hakimlərin (qazilərin) “müstəqil baxışı” prinsipinə və mövcud mənbələrə əsasən faktiki olaraq şəriətin yeni normalara uyğun müəyyən edilməsi və inkişafını zəruri sayırdılar.

İstənilən dövlətin hüquq sahələrinə ölkənin hüquq mədəniyyətinin, hüquq düşüncəsinin, hüquqi ideologiya və psixologiyanın səviyyəsi təsirsiz ötüşmür. Bütün bu cəhətlər müsəlman hüququnun fəaliyyətinin psixoloji mexanizmində ciddi iz buraxmış, geniş kütlənin təfəkküründə onun normaları vahid davranış qaydaları kimi əhəmiyyət kəsb etmişdir.

İslam adətlərinə görə, şəriətin müəyyən edilməsi üçün ona hansı şərtlərin – qaydaların aid olmasını müəyyən etmək lazım gəlir.

İslam mütəfəkkirləri şəriəti üç hissədən – dini doğmatikadan, islam etikasından və insanların (diqqət yetirin, müsəlmanların yox) davranışlarını tənzimləyən praktik normalardan ibarət olduğunu irəli sürürdülər (Burada “müsəlmanlar” sözünü ifadə etməməklə bütün dinlərdən olanların davranışları diqqətə çatdırılır. İslamın dünyəvi din olması önə çəkilir).

Şəriət normaları islam doğmatikasının və etikasının əlavə məhsulu yox, onun mühüm  tərkib hissəsidir. Bəzən şəriət qaydaları insanın davranışı ilə məhdudlaşdırılır. Nəzərə almaq lazımdır ki, şəriət qaydaları müsəlmanlar arasında qarşılıqlı, dinc münasibətlərin tənzimlənməsini, gündəlik həyatda dinə – vicdanına uyğun həddini aşmamaq, xeyirxahlıqla davranmaq, ətrafına, hətta başqa dinin nümayəndələrinə də hörmətlə yanaşılmasını təlqin edir. Şəriət, əlbəttə, hər müsəlmanın xətalarını da tənzimləyir. İstənilən şəraitdə şəriət qaydalarının təsiri müəyyən edilir.    

Müsəlman hüquqşünasları hamılıqla qəbul olunmuş şəriət qaydalarını, hüquq haqqında analogiya üzrə mülahizələri – qiyası tanımışlar. Qiyasın mühüm əhəmiyyəti (şəriətin metodu və mənbəyi kimi) ümumiləşdirilməyən, sistemsiz müsəlman hüququnda mövcud boşluqları aradan qaldırmaqdan, şəriətin özündə istənilən məsələni analogiya üzrə “normalar” tapmaqdan, şəriətdə mövcud özbaşınalıqların qarşısını almaqdan, müsəlman hüquq doktrinalarına və funksiyalarına xələl gətirmədən, gələcəyə istiqamətlənən çatışmazlıqlara aydınlıq gətirməkdən ibarət idi. 

XI əsrə qədər Quran və sünnənin müsəlman hüququnun inkişafı ilə bağlı “mütləq cihad” dövrü bitir (şəriətin və müsəlman hüquqşünaslarının doqmatik (ehkamçılıq) mülahizələri). XI əsrdən başlayaraq yeni “təqid” dövrü – icmanın ənənələrinə uyğun şəriətin yeni inkişaf dövrü başlanır. Bu dövrdən başlayaraq yalnız icma tərəfindən qəbul edilən və bəyənilən normalar  hüquqi  status alırdı. Lakin müsəlman hüquq doktrinasının və şəriət normalarının inkişafı sonrakı dövrlərdə də  davam etdi. Bu inkişafa şəriət məsələlərinin zamana görə (şəriətə, yerə və vaxta uyğun) tətbiqi təsir etdi. Belə yanaşma inzibati reqlamentlərə, islam adətlərinə, tərəflərin razılığına zidd olmamalıydı.

İslam hüququna görə, dövlət hakimiyyəti hüququn (şəriətin) xidmətçisi olmalıdır. Dövlətin qanunvericiliyi ilə şəriəti dəyişmək və yaxud yeni hüquq yaradıla bilməzdi. Amma dövlət şəriətin tələblərinin yerinə yetirilməsinə (riayət etməyə) nəzarət edə və ictimai qaydaların mühafizəsi məqsədilə müvafiq qərarlar və aktlar qəbul edə bilərdi.

İslam ölkələrinin milli pozitiv hüquq sisteminin şəriətə keçid dövrü əsasında bir-birindən fərqlənən (XIX-XX əsrlərdə) milli islam hüquq sistemi şəriət qaydaları üçün, ilk növbədə siyasi, sosial, iqtisadi və mənəvi həyatın faktorları, habelə Avropa hüquq sisteminin müəyyən reseptləri mühüm rol oynadı. Bəzi yerlərdə şəriət tərəfindən qəbul olunmuş ixtisaslaşdırılmış məhkəmələrin ləğvini və dövlətlərin qanunvericiliyində ciddi dəyişiklikləri bu sıraya  aid etmək olar.

İslam hüquqşünaslarının sübyektiv mülahizələrinə görə, Allahın xəlq etdiyi bəndələrinin hüquqları Yaradanın hüquqlarına nisbətdə prioritet təşkil edir (?). Uca Allahın hüququ rəhmə və mərhəmətə – əfvə, adamların hüququ isə icraya əsaslanır. Ona görə, "əgər Həcc ziyarəti hər bir müsəlman üçün borcdursa, borcu ödəmək də bəndənin vəzifəsidir" – deyə diqqətə çatdırılırdı. Burada borcun ödənilməsi prioritet təşkil edir. Müsəlmanın  borcunu ödəmədən Həccə getmək hüququ yoxdur. Əgər borc verən, borcu ödəmək üçün şans verməzsə, borclunun Həcc ziyarəti qəbul olunmazdı.

Qeyd etdiklərim bir hədislə təsdiqini tapır: Allah yolunda ölmək  belə, borcu bağışlamır, silmir (Əgər borclu özü onu bağışlamazsa).

Allahın Elçisi bu mənada demişdir: "Şəhidə, borcundan başqa, bütün günahları bağışlanır".

Məhəmməd (s.ə.s) Peyğəmbərdən daha sonra nəql edirlər: "Allaha and olsun ki, Allah yolunda öldürülən, yenidən dirilib sonra yenidən öldürülüb dirilərsə, sonra yenə öldürülüb və yenə  dirilərsə bütün günahları bağışlanır, amma ödəməmiş borcu 2 dirhəm olsa belə, onu ödəməzsə, cənnətə daxil olmaz.”

Rəvayət edirlər ki, Xeybər döyüşündə şəhid olmuş bir şəxs  barədə Peyğəmbərə məlumat verəndə O, belə deyir: "Yoldaşınızın cənazə namazını qılın”. Hamı təəccüblənir. Nəticədə məlum olur ki, mərhumun o qədər də çox olmayan borcu var imiş. (Amma borcun sələmlə verilməsi Allah qarşısında böyük günah sayılardı.) Bir sözlə,  Peyğəmbər (s.ə.s.) həmin borca görə döyüşdə şəhid olmuş dindaşının cənazə namazında iştirak etməmişdir. Bu, ibrət dərsi kimi özgənin (ictimaiyətin) əmlakına əl uzatmaq istəyənlərə görk olmuşdur. Bu cür hədislər bizə əyani şəkildə sübut edir ki, insanların hüquqları (Allah tərəfindən verilmiş hüquqlar) prioritet təşkil edir.

Bakı şəhərində MMC təsisçiləri hündürmərtəbəli yaşayış binaları tikib istifadəyə verərkən, vətəndaşlara qarşı dələduzluq yolu ilə milyonlarla manat maddi ziyan vurur, bir mənzili 3-4 adama  satır, etibardan sui-istifadə etməklə hər birindən orta hesabla 50-60-100 min manat  alırlar. Alqı-satqı saxta sənədlər ilə həyata keçirilir, vətəndaşların bəzilərinə xarici valyuta ilə mənzillər satılır. Belə dələduzlar nə Allahdan, nə də ölkənin qanunlarından həya etmirlər. Məlum olur ki, mənzil tikib satanların əksəriyyəti əvvəllər “makler” işləmişlər. Ümid qalır Allaha, bir də işə baxan hakimlərin prosessual düşüncələrinə.

Dələduzların həbs olunması vətəndaşlara dəyən ziyanın ödənilməsinə təsir etmir. İslama görə belələrinin cənazə namazı qılınmaz… Boğazından kəsib yeni mənzilə köç edəcəkləri günləri səbrsizliklə gözləyənlər “ip də getdi, it də” biədəb misalı xatırlamalı olurlar.

Əslində  borc qaytarılmırsa, onların azadlıqdan məhrum olması vəziyyəti zərərçəkənlərin xeyrinə dəyişmir. Ziyanın ödənilməsi ilə bağlı  ciddi işlər görülməli, belə cinayətlərə görə cəza ziyan ödənilən müddətə qədər uzadılmalıdır. Şəriətə və fiqh elminə görə, müsəlmanlar arasında alqı-satqı qarşılıqlı razılıq əsasında və yazılı surətdə həyata keçirilən zaman pul da, mal da əldən-ələ verilməlidir.

İslam hüququ belə hallara qarşıdır. Özgənin əmlakını talamaq, etibardan sui-istifadə edərək ətrafın pulunu mənimsəyən dələduzlar Allah yolunda şəhid olsalar belə, günahları bağışlanmaz. Mənimsədikləri məbləğ az əhəmiyyətli, az miqdarda olsa da. Bunun fəlsəfi anlamı onunla izah olunur ki, insan birinci dəfə az götürürsə, ikinci dəfə daha çox götürməyə şirniklənir. Necə deyərlər, “böyük yanğınlar kiçik qığılcımlardan alovlanır”.

Cəmiyyətdə bu cür  zidd hadisələr sosial səbəblərdən baş verdiyindən, sosial hadisələrdir. Belə hallar dərindən təhlil olunmalıdır.

Aləmlərin Rəbbinin müəyyən etdiyi həddə hüquqların prioritetliyindən danışdıqda, cəmiyyətin hüquqlarını şəxsi hüquqlardan üstünlüyünü qeyd etməmək olmur. İnsan sosial təbiətə malik olduğundan, təbiətcə də sosial varlıqdır. O, heç vaxt tam təminatla yaşaya bilməz təklikdə çox zəif, lakin kollektivin əhatəsində daha güclüdür. Ona görə də kollektivin hüquqları və marağı şəxsin hüquq və maraqlarından üstün və mühümdür.

İslam hüququna görə, cəmiyyəti və dövləti müdafiə etmək  ümumi vəzifəyə çevrilməlidir. Valideynlər övladlarını dövlətin və cəmiyyətin  müdafiə missiyasından imtinaya  məcbur edə bilməzlər. Çünki vətəni qorumaqla, dövlət də, valideynlər də qorunur. Dövlət və cəmiyyət zəbt olunarsa, insanların normal həyat fəaliyyəti təhlükə altında qalır. Vətəni qorumaq  isə imandandır, hər bir fərdin borcudur.

İslam hüququ bu mənada şəriətə, onun qaydalarına və normalarına əsaslanan "sosial tənzimləmənin universal sistemidir" – desək, səhv etmərik. 

Beləliklə, müsəlman hüququnun tarixi rolu ilk növbədə ölkədə hakim sinfin (hakim komandanın) xarakteri, gücü ilə müəyyən edilir. İlk islam dövlətinin – Mədinə şəhər-dövlətinin yaradıcısı və bəşəriyyət tarixində ilk yazılı konsitutsiyanın banisi Məhəmməd Peyğəmbər (s.ə.s) istər müsəlmanların, istərsə də digər dinlərin sahiblərinə xas hüquqları dövlətin 54 maddədən ibarət konsitutsiyasında ehtiva etmişdi, vətəni müdafiə, vergi məsələləri, əcnəbi vətəndaşlarının hüquqları da həmin aktla qorunurdu.

Deməli, müsəlman hüququ, ən xırda detallarına qədər İslam dininin ayrılmaz tərkib hissəsi kimi, ümumi rifaha xidmət edir, cəmiyyətə və insanlığa qarşı hər cürə zidd hərəkət və hərəkətsizlikləri qəbul etmir. İslam bəşəri din, hüququ isə hamıya xidmət edən hüquqdur. “İslamafobiya” əks qütbün – digər dinə mənsub dövlətlərin uydurmasıdır, yalandır, boşboğazlıqdır! İslam hüququnun ipi çox möhkəmdir. Hamımız ondan yapışsaq, qorunarıq.

Necə olur ki, Avropada, ABŞ-da terroristləri ancaq müsəlmanlar sırasında axtarırlar? Bunun bir cavabı var: İslamafobiya yaratmaq üçün! Guya, başqa dinlərin daşıyıcıları bəşəriyyətə qarşı belə hallar törətmirlər. Xocalının, Kəlbəcərin, Şuşanın və  digər ərazilərimizin işğalına,  soydaşlarımızın qətliamına kim imza atdı?

İslam və onun hüququ yeganə saf din və hüquqdur ki, başqalarına qarşı xeyirxah davranmağı və digərlərinin hüquqlarına hörmət bəsləməyi Allahın əmri kimi çatdırır.

Müasir hüquq qanunvericiliyində ehtiva edildiyi qaydada, qanunla qadağan olunmayan hərəkətlərə görə məsuliyyət olmadığı kimi, islam hüququ da Quran və Sünnə ilə qadağan olunmayan şeyləri günah saymır. Buna icazə (verilən) prezumpiyası deyilirdi.

Fərdi azadlıqlar və universal hüquqlar vəzifələrdən üstün tututlurdu.

Şəriətdə müsəlmanlar “bərabər və qardaşdırlar” ideyası "xarici davranışın tənzimləməsində bərabərlik konsepsiyasının təzahürüdür" deyə diqqətə çatdırılırdı. Bu, bir növ, hakimlərin proses iştirakçılarına qarşı, formal da olsa, bərabər münasibətinə, konsepsiyasına uyğun idi. Digər konsepsiyaya görə, insanın bütün xətaları (günahları) dini nöqteyi-nəzərdən və hakimin mövqeyindən dəyərləndirilirdi (dəyərləndirilməliydi).

Müsəlman hakim – qazi öz qərarında insan davranışının zahiri tərəfini nəzərə alır, niyyət, motiv o qədər də rol oynamırdı. “Mən iş üzrə zahiri cəhətlərə görə hökm edirəm, xətaların gizli, qeyri-aşkar olması Allaha məxsusdur” deyiminə əsaslanırdı.

Şəriətin digər mühüm konsepsiyası ondan ibarət idi ki, insanın mükəlləf olduğu işdən – vəzifəsindən “azad olması institutudur”. Əgər həmin vəzifənin icrası onun gücündə – imkanında deyilsə, marağına təhlükə yaradırsa və yaxud şəriətə ziddirsə, bu halda ona günah sayılmaz.

İnsan maraqları ideyası ədalət konsepsiyası ilə sıx bağlıdır. Ədalət islamda dini-etik kateqoriya kimi doktrinal hal (islam doktrinası) kimi qəbul edilir. Məhz ədalət ideyası insan maraqlarının təmininə zərurət, zəmin yaradır və şəriətin əsası hesab edilir. Şəriətin məqsədi də ümumnəzəri bir konsepsiyadır. Bura – din, həyat, düşüncə, fikir, ləyaqət və şərəf, habelə mülkiyyət aiddir.

Qeyd olunan konsepsiya və məqsədlərlə islam hüququ, şəriət və fiqh, Quran və Sünnələrə uyğun dini-etik postulatı (sübutsuz müddəa kimi) apara bilər. Şəriət ümumiyyətlə ziyan vurmağı qadağan edir, zərərə zərərlə cavab verməyi fiqh elmi hüquqdan sui-istifadə konsepsiyasına aid edir, ziyanın vurulmasını isə məsuliyyətə əsas verən hal kimi qiymətləndirir.