Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

16 Dekabr 2017 - 14:03

Vəkil Yalçın İmanov yazır:"ZAMAN HİSSİ"

Yalçın İMANOV, vəkil

 

Əslində, “hər şeyin zamana, vaxta ehtiyacı var” fikri daha çox iki gizli mətləbə eyham vurur: ya məğlubluğunu zamanın üstünə atırsan, ya da zamanı, vaxtı yola verirsən. Halbuki, maddi mənada obrazlaşdırsaq, zaman yola vermək yox, yoldan çıxarılmaq üçündür. Gözəl, yaraşıqlı bir qızı tovlayıb, necə yoldan çıxarırsan, bax elə bir şey!

Zaman yola veriləndə yox, yoldan çıxarılanda əhəmiyyət kəsb edir, maraqlı olur, faydalılıq və vaciblik keyfiyyətini alır. Bəşəriyyətin qazandığı bütün sivil və mütərəqqi dəyərlər zamanın yola verilməsi ilə yox, yoldan çıxarılması ilə əldə edilib. Zamanın böyük sükunəti tarixin daxılına bir qara qəpik də atmayıb, dəyərlər boğçasına fərli, diqqətəlayiq hər hansı bir töhfə verməyib.

Məğlubluğu zamanın üstünə atmaq mənasız məşğuliyyətdir, çünki bəlkə də “hər şeyin zamana ehtiyacı var” (zamana ehtiyacı olan xeyli məsələlər var, amma indi mövzu bu deyil), amma zamanın sənin bu etirafına, özünə haqq qazandırmağına, bəlkə heç özünə də ehtiyacı yoxdur. Üstəlik, zaman da su kimidir, o da yad heç nə götürmür, atacaqsan, kinsiz yaddaşında əridəcək, sonra təmizlənib durulacaq, axırda da öz real, təbii vəziyyətini alacaq. Yəni, zamanda da özünütəmizləmə və tənzimləmə xüsusiyyəti, xassəsi var. Dənizlər, okeanlar kimi, içindəki, bətnindəki yad şeyi vurub öz əbədi sahillərinə atacaq, aydan arı, sudan duru olacaq!

Zamanı, vaxtı yola vermək daha gülməli və faciəvidir, çünki əzəliylə ötərinin münasibətində bu, faktiki qeyri-mümkündür, bu mənada vaxtı, zamanı “öldürmək” mümkün deyil, sən zamanı yola verə bilməzsən, zaman səni şirin-şirin yola verir, yola verə-verə də hədəfinə – ölümə doğru qovur, ömrün, taleyin dolanbaclarında, azdırıb, sonra da arxasına baxmadan çıxıb gedir. Odur ki, zamanla oynamaq, onu yola vermək ağır nəticəli məşğuliyyətdir, təxminən odla oynamaq kimi bir şey, bəlkə də ondan da pis!

Sən heç zamanla əylənə də bilməzsən, sənlə əylənən, zövqlə məzələnib, əyləncə quran da elə o özüdür. Zamanla əylənmək fikri belə təhlükəlidir, zaman vaxtaşırı xəbərdarlıq edir, öldürür və bəzən bundan da pis – zəlil edir. Sən zamanını kimə, nəyə, hansı dəyərlərə həsr etdiyini bilməyəndə, anlamayanda, bütün məsuliyyətlərini zamanın boynuna qoyanda, yükləyəndə zaman səni nəyə, kimə, hansı dəyərə həsr etdiyini özü bilir, özü seçir, məsuliyyətlərin sərhəddini özü cızır! Zamanın ağayana, ləngərli əbədi hərəkətliliyində bu nədir ki?!

Zaman hissi olmayanda, sən zamanı hiss etməyəndə, zaman səni hiss edir (pis mənada). Zamanı ram eləməyəndə, o səni ram eləyir, bitib-tükənməz iradəsinə tabe etdirir! Zaman ram edilməyəndə, zaman fürsətləri fövtə veriləndə, “zamanın alleqoriyası” yaranır! Uzaq və yaxın 1993 və 2003-cü illəri xatırlayın. Zaman (ya tərkib hissəsi olduğu Tanrı) hər bir adama, xalqa, millətə növbəti (ikinci) şans verir. Azərbaycanlılar zamanın verdiyi şansları sağa-sola xərcləməklə günləri yelə verdilər! Necə bədxərc, harın oğullar atalarının mirasını sağa-sola xərcləyib, səpələyir, bax belə bir şey. Nəticə ürəkaçan olmadı: o yerdə ki zamanın şahidi biz olmalıydıq, orda şahidliyi zamana verdik; o yerdə ki zamanın fəal iştirakçısı, tərəfi biz olmalıydıq, orda passiv müşahidəçi olduq; o yerdə ki tarix yazmalıydıq, orda “qeydiyyatdan keçdik”; o yerdə ki bir balaca mərdlik və dəyanət tələb olunurdu, orda namərdlik və ipiqırıqlıq meydan suladı; o yerdə ki xeyirlə-şərin əbədi duelində zamanın köməkçisi olmalıydıq, orda heç sekundant da olmadıq!

Toplum cəhənnəm olsun, fərdlərin qiyamını zamanın qiyamətinə dəyiş-düşük elədik.

***

İndi zaman bizə fürsət yox, ağır problem kimi gəlir, onun ezoterik çağırışlarına hay verə bilmirik, belə bir imkandan məhrumuq! Bu, nədir: zamanın transformasiyası, tarixin ironiyası, ya böyük bir toplumun deqradasiyası?! Bəlkə, zamana şər atmağın, zamanı yola verməyin, zamanla oynamağın, əylənməyin, fərdi məsuliyyətləri tarixə yükləməyin, qiyamları qiyamətlə əvəzləməyin təbii yekunu?!

Bilmirəm, bircə bildiyim budur ki, zamanın, vaxtın da preyudisiallığı olur! Yadasalma kimi…