XƏBƏR LENTİ

12 Dekabr 2018

Digər Xəbərlər

26 Dekabr 2017 - 16:19

Vəkillər Kollegiyası vəkil adından qanunsuz istifadə edənləri hədələdi:"Bütün lazımi tədbirlər görüləcək"

 

Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıq edib.

Kollegiyanın mətbuat xidmətində verilən məlumata görə, son günlər aparılan müşahidələr nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir:

"Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir. İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən vəkil adından qanunsuz istifadə edilməsi inzibati məsuliyyətin yaranmasına səbəb olur. Vəkillər Kollegiyasının Rəyasət Heyəti həmin şəxslərdən qeyd edilən qanunsuz əməllərə son qoyulmasını tələb edir və onların nəzərlərinə çatdırır ki, belə əməllərə qısa müddət ərzində son qoyulmazsa həmin şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi tədbirlər görüləcək".

Vəkillər Kollegiyasının Rəyasət Heyəti belə qanun pozuntularına qarşı qətiyyətlə mübarizə aparacağını bəyan edib/APA.