Gündəm

  • " width="300" height="266" />
    “Gördüklərimdən dəhşətə gəldim, hamı bir-birinə borcludur, icra başçıları isə…” –Qubad İbadoğlu
  • " width="300" height="266" />
    “Qeyrətləri varsa, ərəblərin Bakıda elədikləri hərəkətlərə qarşı çıxsınlar” –İcra başçısından şok açıqlamalar
  • " width="300" height="266" />
    İnam Kərimov: “Ya ölkəyə gətirilən dərmanlar keyfiyyətsizdir, ya da…” –Prezident İmişlidəki kütləvi zəhərlənməni nəzarətə götürdü
  • " width="300" height="266" />
    Ukraynada növbəti gərginlik:veteranlar və şaxtaçılar ayağa qalxdı, qarşıdurma böyüyür - VİDEO
  • " width="300" height="266" />
    Tansu Çillər sükutu pozdu:"Bu yola probelm həll olunmaz, çətin bir mərhələdəyik”
  • " width="300" height="266" />
    Azərbaycan ordusu düşmənin kəşfiyyat PUA-sını vurdu –Füzuli-Xocavənd istiqamətində
  • " width="300" height="266" />
    Biləsuvarda şok intihar: 16 yaşlı nişanlı qız ölümündən əvvəl:"Mənə xəyanət etdin..." + VİDEO
  • " width="300" height="266" />
    Cəbrayıl və Füzulinin işğalında mühüm rol oynamış soyğunçu general qandallandı –Təfərrüat + VİDEO
  • " width="300" height="266" />
    Paşinyan Azərbaycanın işğal altındakı bölgəsinə qanunsuz səfər etdi –Kilsə ziyarəti və... + FOTOLAR
  • " width="300" height="266" />
    BAKININ İCRA BAŞÇILARININ İŞTİRAKI İLƏ MÜŞAVİRƏ –Nöqsanları olanlara xəbərdarlıq edildi: "İşdən azad olunacaqsız..."

Müsahibə

  • " width="300" height="266" />
    “Stratford”un direktoru Corc Fridman:“2020-ci ildən sonra Rusiya dağılacaq” – Müsahibə
  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məhəmməd Əmin Rəsulzadənin qız nəvəsi:“Birinci dəfə babamın adına Səməd Vurğunun şeirində rast gəlmişəm” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

20 İyun 2018
19 İyun 2018
18 İyun 2018

Digər Xəbərlər

13 Yanvar 2018 - 21:01

Vəkillər Kollegiyasının Rəyasət Heyəti toplandı –Vəkilliyə qəbul imtahanının vaxtı elan edildi

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclası giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiyanın cari fəaliyyəti ilə bağlı, xüsusilə, hazırda vəkilliyə sənəd qəbulunun yekunları, o cümlədən iki minə yaxın namizədin vəkilliyə sənəd verməsi, qəbul imtahanın 28 yanvar tarixində keçiriləcəyi barədə iclas iştirakçılarına məlumat verib.

Qeyd olunub ki, prezident İlham Əliyevin vəkillərin sayının artırılması ilə bağlı Vəkillər Kollegiyasına tövsiyəsi nəzərə alınmaqla ən qısa vaxt ərzində keçiriləcək.

Həmçinin imtahanın keçirilməsinə qısa müddət qaldığı nəzərə alınaraq, natiq tərəfindən Vəkillərin İxtisas Komissiyasının üzvlərinin təyin olunması təklif olunub, Vəkillər Kollegiyasının üzvləri sırasından Qəmizə Qəhrəmanova, Ramiz İbrahimov, Oktay Məhərrəmov, Mehman Sultanov və Fərid Həsənov Rəyasət Heyətinin qərarı ilə komissiyanın üzvləri təyin olunublar. Həmçinin ən qısa vaxt ərzində İxtisas Komissiyasının hakim və alim üzvlərinin təyin olunması ilə bağlı qanunvericiliyin tələbinə əsasən, Ali Məhkəmə və Ədliyyə Nazirliyinə müraciət olunması qərara alınıb.

İclasda baxılmış digər məsələlərdən biri də Vəkillər Kollegiyası üzvlərinin reyestrinin Ədliyyə Nazirliyinin Notariat və qeydiyyat baş idarəsinə təqdim edilməsi olub. Bildirilib ki, hazırda notariat orqanları müvəkkillər tərəfindən vəkillərə verilən etibarnamələrin təsdiqi ilə bağlı vəkillərin səlahiyyətlərinin müəyyən edilməsi zamanı çətinliklərlə qarşılaşırlar. Çünki bir sıra hallarda vəkillər notariat orqanlarına bu kimi məsələlərlə bağlı müraciət edərkən onların üzərində onların səlahiyyətlərini təsdiq edən vəkil vəsiqələri olmaya bilir və ya hər hansı obyektiv səbəbdən vəkil öz vəsiqəsinin dəyişidirilməsi üçün Rəyasət Heyətinə müraciət etməli olur ki, belə olan halda vəkilin səlahiyyətini müəyyən etmək notariat orqanları üçün çətinlik yaradır. Məsələ ilə bağlı Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin cari reyestrinin notariat elektron sisteminə qoşulması üçün müvafiq məlumatların Ədliyyə Nazirliyinə təqdim olunması qərara alınıb.

Bundan başqa, uzun illərdir istifadə olunan və müasir günün tələblərinə cavab verməyən vəkil qurumları və fərdi vəkillərin statistik hesabatlarının yeni nümunəsi təsdiq olunub, habelə vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin sorğularının göndərilməsinin daha da asanlaşlaşdırılması barədə qərar qəbul olunub.

İclas ərzində Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, uğurlu fəaliyyətinə görə bir sıra vəkillər təltif olunublar. Eyni zamanda hüquq sahəsində uzun illər səmərəli fəaliyyətinə, Vəkillər Kollegiyası ilə əməkdaşlığa verdiyi töhfəyə və 70 illik yubileyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin hakimi, görkəmli hüquqşünas Rafael Qvaladze Rəyasət Heyətinin qərarı ilə “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” adı ilə təltif olunub.

İclasda həmçinin vaxtilə Vəkillər Kollegiyasına qəbulla bağlı imtahanları uğurla keçib, lakin əsas iş yerlərini tərk etmədiklərinə görə üzvlüyünə qəbuldan imtina olunmuş hüquqşünasların Vəkillər Kollegiyasının üzvlüyünə qəbul məsələsi müzakirə olunub və həmin şəxslər kollegiya üzvlüyünə qəbul olunub.

Sonda kollegiya üzvlüyünə yeni qəbul olunmuş vəkillərin andiçməsi keçirilib, əsas etibarilə gənclərdən ibarət olan yeni vəkillərə fəaliyyətlərində uğurlar arzulanıb, vəkil peşəsinin nüfuzunun daim yüksək tutmaları onlara tövsiyə olunub.