Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Neft Araşdırmaları Mərkəzinin rəhbəri:"Azərbaycan neft layihələrindən 155 milyard dollardan çox qazanıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

21 Sentyabr 2018
20 Sentyabr 2018

Digər Xəbərlər

07 May 2018 - 15:42

“Hüquq fəlsəfəsi” seriyasından:İnsan hüquqlarının əsasları (Üçüncü yazı)

 

Elşən NƏSİBOV

 Siyasətşünas alim

Üçüncü yazı

 

Hüququn bir anlayış kimi fəlsəfi mahiyyətində diaxroniya, yəni tarixi inkişaf mərhələləri, təkmilləşmə mərhələləri,  əvəzlənmələr (xüsusilə üst hüquqlarla bağlı dəyişmələr)  və bunların dəyərli əsas kimi dərk olunması amili dayana bilir.  Hüquq anlayışı tarixin inkişaf zərurətləri ilə tərkibinə yeni-yeni düşüncələri qəbul edə bilir. Bu düşüncələr radikallıqdan liberallığa doğru keçidlər edə bilər.  İnsanların qlobal və regional, lokal inkişaf tendensiyaları hüquqda da özünü büruzə verir. Hüququn daxili islah olunması, yeni düşüncələr və baxışlar hesabına təzələnməsi elə onun renovasiyasını-üst hüquqlarda dəyişikliyini meydana gətirir. Üst hüquqlarda olan dəyişiklik təkamül –inkişaf  proseslərini baza hüquqları təkmilləşdirməsinə yönləndirir.   Hüquq dəyişən postulatlarla (tələblərlə) həmahəngliyini yaradır. Hüququn təkamülü elə insanların sosial təkamülünə bağlı olur. İnsanlar öz yeni tələbatlarını hüquqlarının tərkibi kimi görürlər və bunların tənzimlənməsi üçün yeni sistemli normalara əl atırlar.

Hüquq anlayışının fəlsəfi konsepsiyasında həm də sinxronluq var. Yəni, tətbiqdə (subyektlərə və obyektlərə)  və aidiyyatı məsələdə  paralellik və zaman eyniliyi mövcuddur. Məsələn, baza hüquq və azadlıqlar hər bir şəxs üçün universal prinsip olaraq eynidır. Paralel şəkildə  eyni zamanda hər kəs üçün mövcuddur. Konstitusiyaya salınmış baza hüquq və normaların müəyyənliyi sistemi konstitusiyanın əhatə olunduğu şəxslər üçün eyni zamana malikdir.  Proses zaman axarında hər bir şəxs üçün davamedicidir. Daimi fəaliyyət göstərir və hüququn baza mövcudluğunu isbat edir, təsdiqləyir.   Hüquq sərhədlənir. Hər bir şəxsin məkanda öz hüququ olur. Təbii ki, bu, ehtiyac, iştirak potensialı meyarlarına bağlı olur. Qanunvericilik sisteminin mövcudluğu, onun diaxroniya ilə təkamülə uğraması subyektlər və obyektlər üçün sinxronik məzmunu və formanı yaradır. Bu da özlüyündə “hər kəs hüquq normalarına tabedir” prinsipini formalaşdırır, düşüncələrdə mütləqləşdirir, hakim edir.

Hüquq təbiidir, düşüncələrdə insanın özünü özünə  haqq qazandırması ilə müəyyən olunur. Dedik ki, hüquq insan üçün həm də bir “örtükdür”, qoruyucu müstəvi və qurşaqdır.  İnsan hərəkət etdikcə onun statusunu müəyyən edən bu bütövləşdirici anlayış insanlarda özünü sübutu və özünü təsdiqi yaradır. İnsan öz hüquqlarına güvənir və hər məsələdə arxayınçılıq hissini daşıyır. İnsan özünün təbii hüquqları və bu hüquqların tanınmasına olan  (dövlət və cəmiyyət tanıyır. Buradan da hüquqların hamılıqla tanınması, bölgü və qəbuledilənlik meydana gəlir)  arxayınçılıq hissləri ilə dəyərlər sisteminə qoşulur və dəyərlər mənbəyindən, müstəvisindən də yararlanır.  Hüququn normalara çevrilməsi və ölçülərlə  tənzim olunması (tətbiq olunan ölçü normaları elə hüququn özüdür), şərtləndirici olması və tarixi xronoloji əsasları, baza prinsiplərdən zaman-zaman şaxələnməsi və əhatələnməsi onun anaxronizminin, yəni xronoloji uyğunsuzluğunun qarşısını alır. Fəlsəfi mahiyyət hüququn tarixi inkişaf zərurətlərini şərtləndirir. Bu baxımdan da keçmiş, mövcud zaman və gələcək arasında xronoloji-futurist trayektoriya və müstəvi yaradır. Müəyyən olunmuş hüquq normaları universal və məxsusi əsaslarla fərdi və kollektivi təmin edir. Fərd və kollektiv üçün vahid, ümumi qəbul edilmiş normalar və qaydaları tətbiq edir.

Hüquq ictimai münasibətlərin əsasında qərarlaşır. İctimai münasibətlər üçün norma və qayda, meyar  rolunu oynayır, kriteriya kimi bütövləşdirici və paylayıcı amil kimi əhəmiyyət kəsb edir.  Hüquq davranışı tənzim edir. Buna görə də şəxsiyyətin formalaşmasında əvəzsiz rol oynayır. Şəxsiyyətin təsdiqini müəyyənləşdirir. Eləcə də şəxsin (fərdin) imkanlarının reallaşmasını şərtləndirir. Hüquq tənzimləmə meyarıdır. Bu baxımdan da pozitiv əsaslarda (dövlət bu zaman müəyyənedici tərəf rolunu oynayır) tənzimləmə qaydalarının formalaşmasını zəruri edir. İnsan öz hüququndan layiqincə istifadə etdikdə, hüquqlarına rasional baxdıqda şəxsiyyətə çevrilir.  Hüquq müstəvisində hərəkətlər normalara və qaydalara salınır. Buradan da hüququn dispozisiya mahiyyəti aşkar olunur. Hüquq tənzimləmə meyarı olduğundan norma və qaydalarda  həm də imperativliyi (zəruriliyi) yaradır.  Hüquq qadağanediciliyi şərtləndirir. Bu aspektdə normalar yaradır. Qadağanedicilik uyğunluq və uyğunsuzluq prinsiplərinə görə müəyyən olunur, tətbiq edilir.

Hüququn fəlsəfi mahiyyəti həm də onunla müəyyən olunur ki, bu dəyər və kriteriya vasitəsi ilə  insan fərdi qaydada əldə etdiyini özünün sosial-rifah halı üçün istifadə edir.  Eləcə də fərdi və kollektiv qaydada əldə etdiyindən istifadə edir.  İstifadə insan maraqlarını tənzimləyir. Hüquq həm də ona görə fəlsəfidir ki, insan ümumi potensialdan və dəyərdən istifadə etmək haqqı əldə etmiş olur. Hər bir yaş qrupunun təmsil etdiyi şəxsin istifadə  haqqı (ixtiyarı, səlahiyyətləri) formalaşmış olur.  Bununla da hüquq sahibi  ətraf müstəviyə üzv olur, inteqrasiya edir və dəyərlərdən faydalanır. Məsələn, insanın hüququ (hamı tərəfindən qəbul edilmiş haqqı) ona imkan verir ki, dünyada mövcud olan biliklərdən rahat və asan şəkildə faydalansın. Elmin açıq nailiyyətləri ilə tanış olsun.  Özünün biliyini artırsın, dünyagörüşünü formalaşdırsın və zəkasını nurlandırsın. Eləcə də bəşəri nailiyyətlərdən, dəyərlərdən lazımi səviyyədə yararlansın.

Hüququn fəlsəfəsində forma və məzmun bitkin, vəhdət şəkilində iştirak edir. Məsələn, sənəd özü normalar sistemini ehtiva edən bir formadır. Konstitusiya, beynəlxalq konvensiya, digər beynəlxalq və milli sənədlər öz məzmunu etibarilə insanlara, aidiyyatı şəxslərə və şəxlsərin kollektiv mövqeyini əks etdirən qurumlara xidmət edir. Burada forma məzmunla birləşir. Həmçinin isətnilən bir hüquq norması bir şərti əsaslandırır. Norma formadır. Məzmun isə normada əksini tapan nizamlama xüsusiyyətidir. Dərk olunmadır. Hüquq normalarda ifadə olunduqda dəyərlər ifadə olunur, müəyyənliyə çevrilir. Təsdiq olunur, təsbit edilir. Norma forma kimi məzmunu əks etdirir və bitkinləşdirir. Normalar hüquq fərdinin, hüquq subyektinin vəziyyətini müəyyən edir, təsdiqləyir. Ona, aktlarına, addımlarına  tərkib kimi baxır.

 

Hüquq  anlayışının fəlsəfəsini formalaşdıran  əsaslara dair  bunları aid etmək olar:

 

-hüquq fərdi və kollektiv düşüncənin əsasıdır, dərketmə meyarıdır;

-hüquq insanın daxilini tapmaq, kəşf etmək meyarıdır;

-hüquq insanın xarici əlaqələr və təmaslar meyarıdır, ölçüsüdür;

-hüquq bir element kimi status müəyyən edəndir;

-hüquq kompleks anlayış olaraq müşayiət edəndir;

-hüquq əhatə edəndir, bölücüdür, ayırıcı və birləşdiricidir;

-hüquq münasibətlərin və əlaqələrin əsaslarını, əsas meyarlarını müəyyən edəndir;

-hüquq məkanlar və zamanlar arasında uyğunluq yaradandır;

-hüquq özünütəsdiq və özünü sübuta yetirmək elementidir, meyarıdır;

-hüquq etikanı yaradandır, etikaya haqq verəndir;

-hüquq estetikadır, insanın estetik bəzəyidir;

-hüquq ictimai mənafenin  və dəyərlərin əsasıdır;

-hüquq insanların kollektiv mühitdə statusunu müəyyən edən anlayışdır, “pasportdur”;

-hüquq insanı beynəlxalq aləmdə təsdiq edən meyardır, statusdur;

-hüquq münasibətlərdə və əlaqələrdə vəzifədir, səlahiyyətdir və ixtiyardır;

-hüquq ictimai münasibətlərdə davranış modelinin ümumiləşmiş əsasıdır;

-hüquq anlayışı daşıyıcıdır və ona görə də bölücüdür, tərəflərə ayırandır;

-hüquq anlayışı bütövləşdiricidir və hissələri birləşdiricidir;

-hüquq əhatələndiricidir, bölücüdür, tərkibləri çalarlara harmonizasiya edəndir;

-hüquq tərkib etibarilə müxtəliflik yaradandır.

 

Baza hüquq və azadlıqlar-insan hüquqlarının əsası kimi. İnsan haqla dünyaya gəlir. Ona görə ki, əqli və fiziki, psixi qabiliyyətli məxluqdur, yaradandır, qurandır, dəyərlər verəndir. İnsanın dünyaya gəlişi təbii prosesdir, iradələrdən asılıdır. İrsi davamedici məzmun kəsb edir. İnsanın qabiliyyətinin təsdiqi də təbii bir prosesdir. Qabiliyyətin, bacarığın nəticəsi özü maddi və mənəvi hüquqa çevrilir. Hüquq insanın qabiliyyətini, keyfiyyətlərini təsdiq edən dəyərlər məcmusundan ibarət olan kriteriyadır. İnsan hüququ ona görə təbiidir ki, bu hüquqları insan özü ilə gətirir, öz düşüncələri ilə ifadə edir.  Hüquq insana fiziki və bioloji maddi görünüş verir. Belə ki, insanın təzahürü, forma və məzmunu onun hüquqlarını ifadə edir.  İnsan dünyaya gələndə və yaşı artdıqca dünyada, həyatda mövcud olan pozitiv dəyərlər üzərində haqqa malik olur. Haqq yaratmaq üçün addımlayır,  həmçinin haqq müstəvisində müəyyən olunmuş haqla hərəkət edir.  Dünyanın fiziki-maddi mövcudluqları üzərində sahiblik, məxsusluq, aidiyyatlı olmaq  üçün hüquqlar anlayışı və krieriyası əsas bağlayıcı, şərtləndirici əhəmiyyət kəsb edir.

Hüquqlar təbiidir və bu baxımdan da  insanların yaşamalarını, münasibət və əlaqələrinin şərtlərini  təmin edən kompleks dəyərlər sistemidir. Hüquq təbiidir (fərdi təbiidir, kollektiv təbiidir; ona görə ki, sosiallaşma və kollektivləşmə də təbii bir prosesdir), fərdə hər məkanda özünəməxsus qaydada  haqq verir.  Bu sistemlər müəyyən edilərkən normalara və qaydalara salınır. Normalar da özündə qaydaları ehtiva edir.  Baza hüquq və azadlıqlar insanların toxunulmazlığını təmin edən və insanlığı sübuta yetirən, insanlar arasında insanlığı təsdiqləyən  normalar məcmusudur, kompleksidir. İnsanlar daima öz təbii xarakterlərinə görə öz hüquqlarını aralarındakı münasibətlər üçün şərtləndirici əsaslara, ölçü meyarlarına çevirirlər.

Hüquqların təbiiliyi öz başlanğıcını uşaqdan götürür. İnsanın dünyaya gəlişi (hətta  ana bətnində olduqları zaman. Bu zaman uşağı bəsləyən və onun dünyaya gəlişini təmin edən hamilə ananın təbii hüququ mövcud olur. Bu baxımdan da hamiləlik hüququ insanların təbii hüquqlarının tərkibini təşkil edir. Hamiləlik hüququ dünyaya gələcək uşağın təbii hüquqlarının başlanğıcı hesab olunmalıdır. İnsanın törəmə hüququ, nəsil artırma hüququ hamiləlik hüququnun tərkibini təşkil edir) ilə baza hüquqları yaranır. Daha doğrusu passivlikdən aktivliyə keçir. Hamiləlik hüququ ananın təbii hüququ olmaqla bərabər,  uşağın da təbii passiv hüququdur. Uşaq öz zamanında dünyaya gəlir və gəlişi ilə  hüquqlarını aktivləşdirir. Hüquq müstəvisində özünə yer eləməyə başlayır. Uşağın gəlişi ilə hüquqlar canlanır və fərdləşir. Uşaq dünyaya gələndə dövlətin müəyyən etdiyi hüquq normaları sisteminin (pozitiv normaları sistemi) müstəvisinə daxil olur. Bu anda öz təbii hüquqlarının sübutu başlayır. Uşaq öz təbii hüququnu təsdiq edir. İfadə edir.  Uşaqların böyüklərdən fərqləndirici spesifik xüsusuiyyət ondan ibarət olur ki, onların hüquqları həm də passiv olaraq təmin olunur. Bu o deməkdir ki, uşaqlara kənardan qulluq edilir. Buna vasitəli təminat da demək olar. Uşaqların hüquqları vasitəli təminatla (valideynləri tərəfindən, dövlət tərəfindən) həyata keçirilir. Həm də ona görə ki, onların əqli və fiziki qabiliyyətləri hüquqlarının birbaşa (özlərinin öz hüquqlarını təmin etmək uğrunda fəaliyyətləri) təminatına imkan vermir.

İnsanın baza hüquq və azadlıqları iki baza yöndə formalaşır, inkişaf edir. Bu inkişaf prosesi artan trayektoriya, genişlənən müstəvi üzrə formalaşır.  İki istiqamət arasında birinci olaraq insanın özünün böyüməsi, yaşının artması amilini qeyd etmək olar. Bu, fizioloji və bioloji faktorlarla bağlıdır. İnsan böyüdükcə əmək qabiliyyəti sferası genişlənir. Buna münasib olaraq hüquq müstəvisində iştirak imkanları da böyüyür.  İkincisi, hüquqlar cəmiyyətin, bəşəriyyətin inkişafı ilə bağlı olaraq genişlənir. Baza hüquq və azadlıqlar dəyərlərin artmasına, inkişaf tendensiyalarının və meyarlarının artımına  münasib olaraq çoxalır. Baza hüquq və azadlıqları təmin edən əlavə, genişləndirici hüquqların aydınlaşması, gerçəkləşməsi baş verir. Bununla da hüquq müstəvisi genişlənir və təminat sferası böyüyür.

İnsanları əhatə edən hüquqları şərti olaraq baza (insanın özünü təsdiq edən)üst (insanın daxilini təmin edən) hüquqlara ayırd etmək olar. Baza hüquqlar insanın yaşaması və ayaqda qalması üçün fundamental sistemdir. Baza hüquq və azadlıqlar insanı təbii olaraq bir fərd kimi ailədə,  yaşayış məskənlərində,  cəmiyyətdə, dövlətdə, beynəlxalq müstəvidə təsdiq edən, təbii haqlarını müəyyən edən dəyərlərdir, kriteriyalardır. Baza hüquq və azadlıqlar insanı maddi və mənəvi aspektlərdə təsbit edən formulalardır, modellərdir. Üst hüquqlar isə baza hüquqları təmin edən vasitələrdir. Baza hüquqlar insanlarla birlikdə gəzir, onların pasportlarını, kimliyini müəyyən edir, təyin edir. Üst hüquqlar isə bu baza hüquqların təminatı mexanizmisini yaradan normaları özündə əks etdirir. Üst hüquqlar dövlət tərəfindən, cəmiyyət və ailə tərəfindən inkişafa müvafiq olaraq genişlənir. Eləcə də sahə və məkanlara münasib olaraq məhdudlaşır. Baza hüquqlar öz sərhədlərini üst hüquqlar hesabına həm genişləndirir, həm də məhdudlaşdırır.  Üst hüquqlar baza hüquqları genişləndirməklə, onu əks etdirir. Məsələn, tələbə hüququ baza hüquq və azadlıqları böyüdür. Tələbə hüququnun özü də insanın öyrənmək, təhsil almaq, bilik qazanmaq kimi fundamental hüquqlarına xidmət edir.  Ancaq məhbus hüquqları azadlıqları məhdudlaşdırır. Çünki burada üst hüquqların sferası məhdudlaşır. Sərbəst fəaliyyət azalır. İnsanlar cəmiyyətə geniş açıla bilmirlər. Baza hüquq və azadlıqlar lazımi səviyyədə təmin oluna bilmir. İxtisas və peşə sahələri baza hüquq və azadlıqların sferasını, hərəkət dairəsini böyüdür. Hüquq böyüyəndə vəzifə və məsuliyyət də böyüyür. Funksiyalar genişləndikcə dəyərlər artır, lakin yük çoxalır. Bu baxımdan da azadlıq məkanları çoxaldıqca üst hüquqlarn da sferası genişlənir. Lakin hüquqların geniş sferalarının yaranması daxildə azadlığı da məhdudlaşdıra bilir. Məsələn, ofis işində işləyən şəxsin hüquqları onun iş yerinə görə genişlənir. Lakin tələb olunan sistem və davranış azadlıqları məhdudlaşdırır. İş saatları insanların cəmiyyətdə geniş iştirakını məhdudlaşdıra bilir. Eləcə də auditoriyada tələbələrin əyləşməsi və mühazirəçiyə qulaq asması hardasa tələbələrin azadlıqlarını məhdudlaşdırmış olur. Lakin bu məhdudlaşdırma da özlüyündə baza azad hüquqları təmin edən üst hüquqların genişlənməsinə görə baş verir. Tələbə öz gələcək baza hüquq və azadlıqlarını təmin edən əlavə hüquqlar əldə etmək məqsədilə özünün azadlıq hüququnu məhdudlaşdırmaq zərurəti ilə üzləşir. Buna pozitiv məhdudlaşdırma demək olar. Lakin cəzaçəkmə müəssisələrində baza hüquq və azadlıqların məhdudlaşdırılması neqativ, passiv məzmun kəsb edir.

Baza hüquq və azadlıqlara aid olur:

-baza maddi-mənəvi  hüquqlar, o cümlədən,

-yaşamaq üçün minimum maddi tələbatların ödənilməsi;

-inkişafın əldə etdiyi resurslar üzrə hüquqların mövcudluğu;

-mülki hüquqlar;

-əqli mülkiyyət hüquqları;

-ali siyasi hüquqlar (bu hüquqlar mənəvi hüquqlara da aid edilə bilir);

-idarəçilik hüquqları;

-demokratiyanın tərkibini təşkil edən digər  hüquqlar (maddi-mənəvi hüquqlar);

-yaradıcılıq və quruculuq hüquqları;

-əmək hüquqları;

-qazanc hüquqları;

-təsərrüfat hüquqları;

-istehsalat, istehlak və ticarət hüquqları;

-elm və təhsil hüquqları;

-ictimai hüquqlar;

-istirahət hüquqları;

-sosial-mədəni hüquqlar;

-ailə-nigah hüquqları;

-ümumiyyətlə, insanın maddi dünyasını təşkil edən vasitələr üzərində hüquqlar və s.

mənəviyyat (etika və estetika)  hüquqları, o cümlədən,

-sərbəst fikir hüquqları;

-şəxsiyyətin  və fərdin ləyaqət hüquqları;

-şərəf, namus və vicdan hüquqları;

-nüfuz və şəxsiyyət hüquqları;

qabiliyyətlə, mərhəmətlə  bağlı olan hüquqlar (xarakterlə bağlı olan hüquqlar), o cümlədən,

-şücaət, hünər hüquqları;

-istedad hüquqları;

-bacarıq hüquqları;

-fədakarlıq hüquqları;

-cəsurluq və qəhrəmanlıq hüquqları;

-əzm, mətin və iradə hüquqları;

-fəzilət və məziyyət hüquqları;

-mərhəmət və bəşəri hüquqlar;

-eşq, məhəbbət və sevgi hüquqları;

-diqqət, qayğı  və sayğı hüquqları;

-hörmət və izzət hüquqları (bunlara dəyər hüquqları da demək olar);

-seçim və seçki hüquqları;

-qiymətləndirmə və dəyərləndirmə  hüquqları;

-sahiblik, məxsusluq, mənsubluq hüquqları;

-ümumiyyətlə, insana  xas olan müsbət etik və estetik keyfiyyətlər,   nəsnələr hüquqları insan hüquqlarının tərkibini təşkil edir.

İnsanın baza və üst hüquqları ümumilikdə insanın bütövlüyünə və ilahi varlığına xidmət edir. Onu təsdiqləyir və təmin edir, qoruyur. İnsanlar öz aralarında öz hüquqlarını münasibət və əlaqə şərtlərinə çevirirlər.