Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Məmurları haqq-nahaqq çox tənqid edirlər, amma o insanlar bu cür işləyirlər…” –Akif Əlidən müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov:“Türkiyənin çökdürülməsindən sonra növbə digər  müsəlman dövlətlərə çatacaq” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “AZƏRBAYCAN ABŞ VƏ İSRAİLİN YANINDA YER ALACAQ” –Sülhəddin Əkbərdən maraqlı analiz
  • " width="300" height="266" />
    ADP SƏDRİ SƏRDAR CƏLALOĞLU:"Tramp Türkiyə ilə uzun müddət düşmənçilik apara bilməyəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:"Ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq..."
  • " width="300" height="266" />
    “YAXIN 6 AYDA AZƏRBAYCANDA DEVALVASİYA GÖZLƏNİLMİR”Ekspert Rövşən Ağayev manatın yalnız bir halda ucuzlaşacağını deyir (Müsahibə)
  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO
  • " width="300" height="266" />
    Əbülfəz Elçibəyin 80 illik yubileyi-TAM VİDEO
  • " width="300" height="266" />
    “Elçibəyin kor bağırsağı partladı, həkimlər dedilər ki…”-Qardaşı oğlundan Elçibəy haqda xatirələr - VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin qardaşı oğlu meydan oxudu:“Hünərləri var çıxıb “rədd olsun fars və rus şovinizmi!” desinlər”-VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

21 Avqust 2018
20 Avqust 2018

Digər Xəbərlər

20 May 2018 - 11:30

Şəmsəddin Əliyev yazır:"Mənəvi dəyərlərimizi cəmiyyətə zidd davranışlardan necə qoruyaq?"

Şəmsəddin ƏLİYEV,

hüquqşünas

“İnsanın zinəti  geyimində yox, davranışındadır”.

Hz. Əli (ə.s.)

Qanunların  keyfiyyəti  bütün  ictimai  formasiyalarda  insanları  düşündürmüş, onun hansı məqsədlə müzakirəyə çıxarılmasından çox, qəbul olunan dildə necə anlaşılması maraq doğurmuşdur. Müəyyən sahədə qanunların çoxluğu həm icraçılar, həm də vətəndaşlar üçün çaşqınlığa və  mübahisələrə yol açdığından, son nəticədə  əziyyət çəkən  yenə vətəndaşlar olur.

“Cəmiyyətə zidd davranışlar” anlayışı  özündə inzibati və cinayət məsuliyyəti yaratmayan bir şəxsin, digər şəxsin qanuni maraqlarına və hüquqlarına, hamılıqla tanınan  davranış qaydalarına və mənəvi normaların pozulmasına yönələn hərəkətləri ehtiva edir.

Bəs, cəmiyyətə zidd davranışlara hansı hərəkətlər və hərəkətsizliklər daxildir?

Bir haşiyə çıxıram: Son zamanlar nikahların pozulmasına təsir edən səbəblər sırasında bəzi ekspertlər ər-arvad arasındakı xəyanəti daha çox vurğulayırlar. Lakin ər-arvad  arasında xəyanət faktları  inzibati və ya cinayət məsuliyyəti yaratmır. İslam hüququna və şəriət qaydalarına görə  isə cəzalandırılmalı əməl sayılır. Onda sual yaranır: qeyd olunan hal mənəviyyata və davranış normalarına zidd sayıla bilərmi? Sözsüz! Belə hallarda  başqa  şəxslərin qanuni maraqları və hüquqları pozulurmu? Əlbəttə, pozulur!

“Bəs ərin (arvadın) xəyanəti hansı hallarda cəmiyyətə zidd davranış  halı kimi qəbul etmək olar?” – sualına isə qanunvericilikdə cavab yoxdur.

Bəs, xəyanətlərin qarşısını almaq üçün hansı addımlar  atılmalıdır ki, sevgi və xeyir-dua ilə qurulan ailə ittifaqı dağılmasın!? Axı, cəzasızlıq mühiti mənəvi dəyərləri dəyərdən salır.

Zənnimcə, xəyanət  bütün  hallarda forma və məzmununa görə elə xəyanətdir. Ailənin  müqəddəsliyini dərk etməməklə həm də ailəyə xəyanət edilir. Belələri tərəddüd etmədən kollektivə, etimad və etibar edilən vəzifəsinə, hətta vətənə də xəyanət edə bilər…

Azərbaycan Respublikası CM-nin XXVll fəsli ictimai mənəviyyat əleyhinə olan cinayətləri əhatə edir. Məcəllənin 244-cü maddəsi – “Əxlaqsız yuvaları saxlama” – tərkibinə görə fahişəliklə (çirkin işlə) məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsini nəzərdə tutur. Əksər hallarda ailə xəyanəti həmin yuvalarda  baş verdiyindən məsuliyyət əxlaqsız yuvaları təşkil edən, saxlayan, bu məqsədlərlə mənzil sahələrini icarə edənlər üçün yaranır. İstifadəçilər – “qonaq” kimi gələnlər üçün məsuliyyət nəzərdə tutulmur.

Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlərə ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllər aid edilir. Bu kateqoriyadan olan cinayətlərin predmeti qismində fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları saxlamaq, obyekti isə ictimai mənəviyyat çıxış etdiyindən istifadəçilər – qonaqlar da cinayətin subyekti kimi məsuliyyət daşımalıdırlar.

Başqa cür mənəvi dəyərləri qorumaq çətindir. Məsələnin ağırlaşdırıcı halı onunla bağlıdır ki, fahişəlik insanların sutka ərzində istismarına  və transmilli mütəşəkkil cinayətkarlığın spesifik növü – insan alveri cinayətlərinin tərkibi üçün imkan yaradır.

 Bəs, cəmiyyətə  zidd davranan  şəxslərə hansı vasitələrlə təsir etmək olar?

İlk növbədə:

– Belə şəxslərlə profilaktik söhbətlər etmək;

– Gələcəkdə hüquqpozmaları doğuracaq hərəkətlərə  bir daha yol verməmək və yaxud cəmiyyətə zidd davranışları bir daha təkrar etməmək məqsədilə rəsmi  xəbərdarlıq  etmək və nəzərinə çatdırmaq;

-Hərəkətlərini  qəlibə  sala  bilməyənləri  profilaktik  qeydiyyata və nəzarətə götürmək və s.

Belə çıxır ki, əxlaqa və ictimai mənəviyyata zidd davranan şəxsi çağırıb ona yuxarıda  qeyd olunan  kriteriyalar daxilində  xəbərdarlıq etmək və yaxud onu profilaktik qeydiyyata almaqla mənəvi dəyərləri qorumaq mümkündür… Amma bir az dərindən düşünəndə,  davranışı  mənəvi  qəlibə  sığmayan  şəxslə profilaktik söhbət etdikdən sonra  o, sərbəst  buraxılmaqla ona  şirnikləndirici imkanlar veririk. Belə hallarda bəzən ağır cinayətlərin  törədilməsinə şərait yarana bilər. Anlaşılmazlıq və boşluq burda yaranır…

Əgər cinayətlər aysberqin  görünən hissəsidirsə, səbəblər  və doğuracaq şərait, digər faktorlar  aysberqin dərinliyində  kök  salır, onu görüb aradan qaldırmaq  və müəyyən vasitələrlə qarşısını almaq mürəkkəb və vaxt tələb edən məsələdir.

İctimai münasibətlərin növü və ictimai şüurun (düşüncənin) xüsusi forması kimi insan davranışlarının   tənzimlənməsinin  mühüm üsullarından biri kimi mənəviyyat bütün cəmiyyətlərdə diqqət çəkmişdir. Mənəviyyatın özünəxas, spesifik cəhətləri var. Gənc nəslin milli, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mənəvi dəyərlərin rolu böyükdür. Mənəviyyat özündə insanlar arasında münasibətlərin xarakterini müəyyən edən normalar və prinsiplər sistemini birləşdirir. Xeyir və şər, ədalət və ədalətsizlik, ləyaqət və ləyaqətsizlik anlayışlarının dəyərləndirilməsinə imkan verir. Bu mənada mənəvi dəyərlər qorunmaqla  mənəvi  tələblərə riayət olunur, daxili aləmin – ruhun gücü və hər bir şəxsin vicdanının təsiri ilə dəyər qazanır.

Mənəvi dəyərlərin əsas, diqqətçəkən cəhətləri onunla ölçülür ki, həmin dəyərlər sayəsində  insanların düşüncələri  və  davranışları həyatın bütün sahələri üzrə tənzimlənir (İstehsalat fəaliyyətindən tutmuş ailə, məişət, şəxsiyyətlərarası və s. münasibətlərin tənzimlənməsinə qədər).

Mənəviyyat  həmçinin qruplararası  münasibətləri  də  əhatə edir.

Ümumiyyətlə, “mənəviyyat” sözü latın dilində “mos”, “mores” sözündəndir, “davranış”, “davranışlar”, “adətlər” mənasını verir. Ona görə də mənəviyyatla davranış arasında hər hansı bir fərq axtarmaq düzgün olmazdı. Bu sözlər sinonimdirlər.

Mənəvi dəyərlərə xeyirxahlığı, vicdanlılığı, şərəf, borc (vəzifə), məsuliyyət və ədalətliliyi aid etmək olar. Mənəvi dəyərlərin  önəm daşıyan bazası şəxsiyyətin inkişafından və tərbiyəsindən, onun həyatda mövqeyini və müvazinətini  qoruyub saxlamasından, fəaliyyətini  anlamasından,  ictimai orqanizm və ədalətli cəmiyyət üçün zəruri,  mühüm  funksiyaları yerinə yetirməkdən ibarətdir.

Xeyirlə Şərin  ziddiyət təşkil etməsi mənəvi dəyərlərə  xas haldır. Bir qayda olaraq  mənəvi dəyərlər insan davranışları ilə bağlı olur. Mənəviyyat bir növ insanlığa xas  dəyərləri  istehsal edir, xarici aləmlə proseslərdə insanlığın həddini aşkara çıxardır (aşkar edir) və  bir-birilərinə  alternativ olan  xeyirlə-şərə  nisbətdə  müəyyən  bir qəlibdə – ölçüdə hərəkət edir.

Cəmiyyət daim inkişafda olduğu üçün fərdlər bir-birilərinə olan münasibətdə istənilən istiqamətə, gözlənilmədən dəyişilə bilərlər. Fərdlər özlərində müxtəlif mənəvi keyfiyyətləri təxəyyül edə və yarada bilər, istənilən prinsiplə hərəkətini planlaşdıra və reallaşdıra bilər. Lakin cəmiyyətin həqiqi, obyektiv, ədalətli və hamı üçün məqbul sayılan prinsipi ondan ibarətdir ki, doğru yolla hərəkət etsin və davranışları ilə ictimai münasibətlərə zidd hərəkətlərə yol verməsin, hər hansı bir sosial, dini qrupa zərər yetirməsin. Mən deyərdim ki, məhz elə sosial-mənəvi davranışların  özünə xas formalarına uyğun cinayətlərin dinamikasında keyfiyyət və kəmiyyət göstəriciləri  baş verir …

2015, 2016 və 2017-ci illər ərzində ölkə ərazisində ictimai münasibətlərə zidd davranışlar nəticəsində  cinayət qanunvericiliyi  ilə qadağan edilən (hər il) 26 mindən çox, bəzən az ictimai təhlükəli əməllər (ictimai münasibətlərə zidd davranışlar) qeydə alınır. Bu dövrlər ərzində həyata keçirilmiş əməliyyat-axtarış, profilaktik və xəbərdarlıq  xarakterli  tədbirlərin  təzahürü  olaraq 2015-ci il ilə müqayisədə 2016-cı ildə 1,1%, (-305 fakt) az cinayətlər qeydə alınmışdır. Qeydə alınmış cinayətlərin (2016-cı il ərzində)  12798-i şəxsiyyət əleyhinə olan faktlar olmuş, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə isə 6835 cinayətlər dinamikada diqqət çəkmişdir. 2017-ci ildə də baş verən cinayətlərin ümumi sayı 2016-cı il ilə müqayisədə 2,7%, cinayətlərin ağır və xüsusilə ağır növləri 9; qəsdən adam öldürmələr 9,5; quldurluqlar 23,6; qarətlər 16,6; dələduzluqlar 11,8; odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı 12,5 faiz müvafiq olaraq azalmışdır. Həyata keçirilmiş prosessual hərəkətlər, çevik əməliyyat-axtarış tədbirləri, qətiyyəti  ilə seçilən və peşəkarlığın nəticəsi olaraq  26 mindən artıq (bəzən az) baş verən cinayətlərin 86%-nin açılması təmin edilmişdir.

Polis orqanlarının fəaliyyətini rəğbətləndirən digər diqqət çəkən müsbət hal Dünya İqtisadi Forumunun “2017-2018 illər üzrə qlobal rəqabətlilik” hesabatına əsasən “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə Azərbaycan polisinin (ötən illərlə müqayisədə) 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü yerdə qərarlaşmasıdır. Bu,çox diqqətəlayiq faktdır.

Göründüyü kimi, real  mənəvi  həyatda tərbiyəvi şüur – düşüncə hər şəxsin  müstəqil davranışlarına  sahib çıxır, onun hərəkətlərinə hakimlik edir. Bu dəyərlərə hörmət edib, onu qoruya  bilən şəxslər davranışlarını tənzimləyə bilir, xeyirlə şəri, ədalətli mövqeyi ilə ədalətsizliyi üstələyə bilir, ləyaqəti ilə ləyaqətsizliyə qalib gəlir, ictimai münasibətlərə, vətəndaşların hüquq və azadlıqlarına qarşı hörmətsizlik, qanunlara münasibətdə isə itaətsizlik hallarına yol vermir.

Hərəkətlərinə  hakimlik  edə  bilənlər xeyirxah  düşüncələrinin  lokomotivinə çevrilirlər. Amma təəssüflə qeyd edim ki, hamı bu sayaq davrana bilmir. Mən bunu ictimai həyatın  çox sahələrinə  aid edə bilərəm. Bu  gün ictimai mənəviyyata təsir edən, bəzən ona rəvac verən, mənəviyyatsızlığı ictimai şüurda təsdiq edəcək addımlar atılır, əxlaq  prinsipləri pozulur. Daha çox televiziya  verilişlərində, seriallarda, aparıcıların efirdə qəlibə sığmayan,  qayçılanmayan  davranışları ikrah doğurur. Tanınmış, ictimai nüfuza malik, eyni zamanda mənəvi dəyərlərin  qorunması  üçün çalışan  fərdlərin  çıxışlarına, filoloqlara, təcrübəli  psixoloq-həkimlərə, hüquqşünaslara, tanınmış  yazıçılara ya az yer verilir, ya da ümumiyyətlə heç verilmir. Tele-şoular çox vaxt mənəvi dəyərlərlə üst-üstə düşmür, müsbət əxlaqi nəticə doğurmur.

Vətənpərvərlik hissinin, vətənə sədaqət ruhunun yüksəldilməsi  istiqamətində, Cumhuriyyətimizin  100 illiyi  ərəfəsində debatların və verilişlərin  keçirilməsi daha məqsədəuyğun olardı. Efirdə səslənən  bayağı, şit, mənasız, poetik ruhdan və lirikadan uzaq, “standartlara” cavab verməyən subyektiv təxəyyülün zay məhsulu olan sözlərə bəstələnmiş mahnıların ifası və yaxud geyiminə  sahib çıxa bilməyən bəzi xanımların telesəhnədəki hərəkətləri mənəviyyatdan uzaqdır. Aparıcılar, dəvət olunanlar istədiyi geyimdə, istədiyi kimi danışırlar. Belələri, inciməyin, “Onlara baxırlar” sözünün mənasını anlamırlar! Qız kimi əzilib büzülən kişilərin mənəviyyatdan dərs deməyə mənəvi haqları yoxdur. Bir də axı, nə qədər çalıb-oxumaq olar?! Başqa dərdimiz-sərimiz yoxdur?!

Belə olmaz! Cəmiyyət üçün, mənəvi dəyərlərin qorunması və gənc nəslin sözün həqiqi  mənasında inkişafı üçün öyüd, nəsihət verən verilişlər hazırlanmalı, o verilişləri  intellekti ilə  idarə edə bilənlər aparmalıdırlar.

Kanalların bəzilərində spirtli içkilər hədsiz təşviq olunur. Təbliğat gücü ilə müştərilərə “gəlin alın və ləzzətini də dadın” çağırışı edilir, ictimai qaydanın pozulması, gözləmədiyimiz və arzulamadığımız ağır halların baş verməsi üçün təbliğat kampaniyasının coğrafiyası böyüyür…

Bu hərəkətlərlə də cəhalətin meyvəsi olan pis əxlaq və vərdişləri təbliğ edirik. Cəmiyyətə  qarşı törədilə biləcək hər hansı bir kobudluq hallarından çəkindirmək vəzifəsinə  mükəlləf ola bilmirik. Əmin- amanlıqdan  daha  gözəl nemət nə ola bilər?  Bu neməti təmin edənlər və siyasəti formalaşdıranlar var. Onların qədrini bilək. Xalqın  rifahı  ölkədə  təhlükəsizliyin təmin olunmasındadır. Şükür Allaha, bu da var. Hamı vəzifəsini və hüquqlarını  bu sayaq anlasa  və  icra etsə, pis vərdişlərə və davranışlara da yer qalmaz. 

Seriallar daha çox ssenari müəlliflərinin  həyatını əks etdirir (belə düşünmək olar). Aparıcılarda aktyorluq qabiliyyəti, demək olar ki, ya yoxdur, varsa da yalnız  özlərini nümayiş etdirmək təəssüratını yaradır, tamaşaçı  üçün əsla yaşamırlar. Zənnimcə, əsl gözəllik etibar edilən işdən zövq almaqda, ona sədaqət nümayiş etdirməkdə ifadə oluna bilər. Aparıcı “verilişi” özününküləşdirməklə sui-istifadə hallarına yol vermiş olur. Unutmayaq ki, televiziya verilişlərində yayımlanan hər  hansı  xoşagəlməz davranışlar və ifadə tərzləri hər bir tamaşaçının sanki evindən başlayır… 

Digər narahatlıq doğuran hal  psixoloji gərginlik yaradan  iyrənc reklamların tez-tez yayılması ilə bağlıdır. İki  nəfərin ehtiyat edib pıçıltı ilə bir-birilərinə söyləmək istədiklərini bəzi televiziya kanalları reklam edir, car çəkir. Az qala hamıya məsləhət görülür ki “bundan alın, qorunarsız”. Yəqin, bildiniz nədən söhbət gedir. Bəzən ailə ilə süfrə arxasında şam edərkən verilişlərin müəyyən hissəsində həmin o “bezlər” reklam olunur. Uşaq soruşur: O nədir elə? Cavab vermək olmur! Ayıbdır axı…

Məni qınamayın, bir vətəndaş kimi bunları yazmaya bilməzdim. Sırf vətəndaşlıq mövqeyindən çıxış edərək, bir valideyn və pedaqoq kimi fikirlərimi oxucularla bölüşmək istədim. Həyat qanunlarını, mənəviyyatımızı, əxlaqımızı əks etdirən, öyüd, nəsihət və tərbiyə kəsb edən dəyərlərə hörmət etsək, keçmişimizi də qoruyarıq. Allah millətimizi qorusun!