XƏBƏR LENTİ

16 Oktyabr 2018
15 Oktyabr 2018

Digər Xəbərlər

01 İyun 2018 - 22:19

Uşaq hüquqlarının fəlsəfəsi –Nəzəri əsasları, eləcə də uşaq və onun fəlsəfi mənası

Elşən Nəsibov

Siyasətşünas alim

 

Uşaq hüquqlarının nəzəri əsasları ilə bağlı  bəzi tezislər:

-universal hüquqlar içərisində uşaq hüquqlarının nəzəri əsasları;

-uşaq hüquqlarının strateji-konseptual əsasları-proqram, plan (hüquqların yerinə yetirilməsi planı)  əsaslı hüquqlar məcmusunun meydana gəlməsi;

-uşaqların baza hüquq və azadlıqları-konstitusion və bəşəri (beynəlxalq) hüquqları;

-uşaq hüquqlarının əsas ideya və prinsipləri;

-uşaqların universal və məxsusi hüquqları;

-uşaqların müəyyən  (aktiv) və qeyri-müəyyən (passiv) hüquqları;

-ananın hamiləlik hüquqları-uşaq hüquqlarının ilk fazası;

-analıq hüquqları və uşaqların ilkin yaşlarda bəstələnmək və onlara  qayğı göstərilmək hüquqları;

-uşaqların ailədə yaşamaq hüquqları, ailə hüquqlarının genişləndirilməsi, uşağa görə valideyn hüquqlarının yaranması. Böyüklərin artan (genişlənən)  hüquqları;

-uşaqlara qayğı ( valideyin qayğısı və  cəmiyyətin, dövlətin qayğısı) hüquqları-qayğı hüququnun tərkibi olaraq uşaqlar üçün psixi inkişaf və fiziki bərpa mərkəzlərinin yaradılması; uşaqların dinamik inkişafı-davranışlarının idarə edilməsi;

-uşaqların himayəçilikdə və qəyyumluqda yaşamaq hüquqları;

-uşaqların məktəbəqədər təlim-tərbiyə  müəssisələrində tərbiyə olunmaq və qayğı ilə əhatə olunmaq hüquqları;

-təsil almaq və ailədə, uşaq himayəçilik mərkəzlərində (uşaq internat evlərində)  tərbiyə olunmaq hüquqları;

-uşaq bağçalarında iştirak   etmək və uşaqlarla kollektv yaşamaq, həyatlarını şən keçirmək  hüquqları-uşaqların erkən yaşlarında sosiallaşması hüquqları ;

-hər yaş dövrünə uyğun uşaq tədbirlərində (idman, mədəniyyət, incəsənət və s.) iştirak hüquqları;

-bilik  və zəka (məntiq, şahmat oyunları və s.) yarışmalarında iştirak hüquqları. Sağlamlığı məhdud olan uşaqların da bu kimi tədbirlərdə iştirakının hüquqi əsasları;

-sağlamlığı məhdud olan uşaqların təhsil almaq hüquqları;

-yüksək şəraitli, ekoloji sağlam və gigiyenik sağlam  mənzillərdə yaşamaq hüquqları (uşaqların sosial hüquqlarının tərkibi kimi);

-onların istedad və  qabiliyyətinə, bilik, səriştə və bacarıqlarına uyğun tədbirlərdə iştirak hüququ;

-əyləncə hüquqları, həyatdan, ətraf mühitdən zövq almaq hüquqları;

-cəmiyyətə adaptsiya hüquqları;

-uşaqların psixi vəziyyətlərinin idarə olunması və yüksək stressli şəraitlərdən kənarda saxlanılmaq hüquqları;

-ailənin, cəmiyyətin, dövlətin, xalqın və bəşəriyyətin mənafeyinə uyğun, təbii şəraitin tələblərindən, mədəni gerçəkliklərdən irəli gələrək  dil öyrənmək, müxtəlif dillərdə danışmaq və yazmaq hüquqları. Dünya uşaqları ilə əlaqə saxlamaq hüquqları;

-uşaqların bəşəriyyət, dünya və beynəlxalq hüquqları;

-müstəqil düşüncə  və sərbəst fikir hüquqları;

-yardım almaq (ailədən, dövlətdən, cəmiyyətdən və dünyadan) hüquqları-uşaqların humanitar hüquqları;

-fövqəladə hallarda uşaqların idarə olunması hüquqları (dövlətin, cəmiyyətin və ailənin vəzifələri ilə birləşir);

-dinc şəraitdə yaşamaq hüquqları, depressiyalardan kənarda saxlanılması hüquqları;

-müharibələrdən və təbii fəlakətlərdən qorunmaq hüquqları;

-şəxsiyyətlərinin, şərəf və ləyaqətlərinin  qorunması hüquqları;

-şəxsiyyətlərinin təmin olunması hüquqları;

-onlara imtiyaz və immunitet verən hüquqlar-beynəlxalq hüquqi müdafiədən istifadə hüquqları;

-uşaqların köləlikdən, cinsi istismardan, muzdlu əməyə cəlb etməkdən, təqiblərdən, məişət zorakılıqlarından, zorakı qaydada üzərlərində tibbi eksperiment aparmaq və sterilizasiyaya məruz qalmaqdan müdafiə hüquqları;

-uşaqların ana bətnində öldürülməsinin qadağan edilməsi (abortun qadağan edilməsi) və uşaqların yaşamaq, həyata qədəm basmaq hüquqları-passiv hüquqlarının aktiv insan hüquqlarına keçirilməsi;

-uşaq bədən orqanlarının cərrahi üsulla çıxarılıb satılmasının qadağan edilməsi və uşağın sağlam, fiziki  qüsursuz yaşamaq hüquqları;

-uşaqların öldürülməsinin və ölü ikən cərrahi üsulla orqanlarının parçalanmasının qadağan edilməsi;

-uşaqlara  qarşı qeyri-humanist hərəkətlərdən, zorakı aktlardan, o cümlədən cinsi zorakılıqlardan müdafiə olunmaq hüquqları;

-turizm və istirahət hüquqları, onlar üçün yaradılmış istirahət mərkəzlərində-pansionatlarda, düşərgələrdə qalmaq, yaşamaq hüquqları;

-mədəni obyektləri görmək, dünya mədəniyyət irsi ilə tanış olmaq hüquqları;

-ictimai nəqliyyatdan pulsuz  və güzəştli qaydada istifadə hüquqları:

-pulsuz və güzəştli müalicə və istirahət hüquqları;

-institutlaşma və  deinsititutlaşma hüquqları;

-bütün təcavüzlərdən və soyqırımlardan, müharibə, münaqişə  fəlakətlərindən, müharibənin dağıdıcı nəticələrindən, soyqırım faciələrindən  qorunmaq hüquqları;

-dil, din,  inanc və mədəniyyət hüquqları;

-dini, irqi, milli, mədəni, cinsi ayrıseçkilikdən müdafiə olunmaq hüquqları;

-sərbəst peşə  və ixtisas seçim hüquqları;

-uşaqların onlarla vicdanlı və ədalətli rəftar olunmaları hüquqları;

-kateqorial (məxsusi-yaşa və seçdiyi ixtisas üzrə aldığı biliklərə dair  hüquqlar, əlilliklə bağlı hüquqlar, hansı cinsə mənsubiyyəti ilə bağlı hüquqlar, hansı dövlətə və xalqa məxsusluğunu əks etdirən hüquqlar, vətəndaşlıq, ata və ya da ananın himayəsini müəyyən etmək ixtiyarı-boşanmanın nəticəsində yaranmış zərurətlə əlaqədar meydana gələn hüquqlar ) hüquqlar;

-ailəyə və cəmiyyətə  qarşı etiraz hüquqları;

-uşaqların ailədə, cəmiyyətdə, dövlətdə sərbəst və azad yaşamaq, azad məkan seçmək  hüquqları;

-uşaq azadlıqları və azadlıqların ifadə olunduğu hüquqlar;

-müxtəlif səbəblərdən  (ağır xəstəliklər, kütləvi aclıq,  qəza şəraiti, epidemik xəstəliklər, müharibə, silahlı münaqişə, soyqırım,  hərbi əsirlik, mülki girovluq, təbii fəlakətlər zamanı həyatlarını itirmə, yaxud da itkin düşmə səbəbindən, eləcə də  ailə-məişət zəminində cinayət yolu ilə həyatlarını itirmə səbəbindən) valideynlərini itirmiş və kimsəsiz qalmış uşaqların hüquqları;

-məhkəmənin qərarı ilə valideynlərini itirmiş  və başqa şəxslərə  himayəçiliyə verilmiş uşaqların hüquqları;

-müharibə, digər hərbi əməliyyatlar  şəraitində, eləcə də təbii fəlakətlər ucbatından  məktəb və  bağçaları (tərbiyə müəssiələri) dağıdılmış uşaqların  digər məkanlarda və obyektlərdə təhsil almaq və tərbiyə olunmaq hüquqları;

-müharibələrin gedişində müharibə qaydalarının pozulması şəraitində uşaqların qorunması hüquqları;

-müharibələrdə uşaqların geyim və ərzaqla, lazımi dərman preparatları və ləvazimatları ilə təmin olunmaq hüquqları;

-qaçqına və məcburi köçkünə  çevrilmiş uşaqların beynəlxalq humanitar hüquqları;

-əcnəbi və vətəndaşlığı olmayan ailələrin uşaqlarının hüquqları;

-müavinət, təqaüd, mükafat almaq hüquqları;

-müxtəlif adlar, diplomlar, şəhadətnamələr, attestatlar, sertifikatlar almaq hüquqları;

-ərzaq və geyimlə təminat hüquqları;

-islah olunmaq hüquqları;

-məhkəmədə müdafiə hüquqları;

-yaradıcılıq hüquqları;

-kütləvi iğtişaşlardan kənarda saxlanmaq və toxunulmazlıq hüquqları:

-uşaqların girov götürülməsinin qadağan olunması;

-girovluqda uşaqlarla humanist prinsiplərlə  davranmaq qaydaları və onların  hüquqlarının toxunulmazlığı;

-uşaq əməyinin  istismarının qadağan olunması;

-uşaq bədən orqanların ticarətinin qadağan olunması;

-uşaqların silahlı münaqişələrə, kütləvi iğtişaşlara  cəlb olunmasının, onların silahlandırılmasının  qadağan edilməsi;

-müharibə cinayətlərində uşaqların maddi obyektə çevrilməsinin qadağan olunması;

-cinayət hadisələrinin törənməsində uşaqların məsuliyyətə cəlb olunması zamanı onların hüquqi yardımla, vəkillərlə müdafiə olunmasının təmin edilməsi;

-uşaqların təqsirsizlik və ədalətli mühakimə hüquqları;

-uşaqların bağışlanmaq və əfv olunmaq hüquqları;

-cinayət hadisələrinin təhqiqat və istintaqı zamanı uşaq hüquqlarının toxunulmazlığına əməl edilməsi, əsas azadlıqlarının təmin olunması;

-uşaqların koloniyalarda saxlanılması zamanı onların baza hüquq və azadlıqlarının qorunması;

-uşaqların azad məkanlarda və lazımi şəraitlərdə oynamaq, əlaqə və ünsiyyət qurmaq, əyləncə təşkil etmək hüquqları;

-uşaqların valideynlərini  görmək, ünsiyyət qurmaq və onlarla birgə  yaşamaq  hüquqları;

-uşaqların mənəvi aşınmalarının qarşısının alınması, uşaqların psixi və fiziki vəziyyətlərinin nəzarətə götürülməsi;

-uşaqların əxlaqını korlayan foto, audio, video materialların, eləcə də bu kimi vasitələrin  nəşr və çap olunmalarının və    yayılmasının qadağan olunması;

-uşaqların yüksək mənəvi-əxlaqi məkanlarda yaşamaq hüquqları;

-uşaqların dini fanatizmdən, dini məzhəb və cərəyanlardan, təriqətlərdən kənarda saxlanılması hüquqları;

-uşaqların dünyəvi təhsil almaq hüquqları;

-uşaqların psixoloji yardım almaq hüquqları;

-uşaqların pis vərdişlərdən, zərərli və zəhərləyici  maddələrdən (alkoqollu içkilərin qəbulundan, tütün məmulatlarının  və narkotik vasitələrin qəbulundan) kənarda saxlanılmaq hüquqları;

-uşaqların ağır və kimyəvi istehsalat şəraitindən kənarda saxlanılması hüquqları;

-uşaqların minalanmış və digər hərbi təhlükəli ərazilərdən kənarda saxlanılması hüquqları;

-uşaqların onlar üçün qadağan olunmuş zonalardan, sahələrdən (məsələn, çimərliklərdəki dərinliklərdən, təhlükəli yerlərdən) kənarda saxlanılması hüquqları-dövlət bu məqsədlə müvafiq zonalara və sahələrə  qadağanedici nişanlar qoyur, xüsusi fərqləndirici zolaqlar, xətlər müəyyən edir, cızıqlar çəkir;

-uşaqlar üçün “yaşıl keçid”  xətlərinin və zolaqlarının müəyyən edilməsi və uşaqların bu kimi imtiyazlardan sərbəst və azad istifadə hüquqları;

-uşaqların sağlam qida ilə təminat hüquqları-dövlət bu məqsədlə “sağlam uşaq üçün sağlam qida” strategiyasını qəbul edir.

 

Qeyd: Tezislər və predmetlər analogiya təşkil edir.  Həmçinin bir-birini tamamlayır.  Uşaq hüquqları sahəsində mövcud olan tezislər əsas prinsip və vəzifələri meydana gətirir.

 

Uşaq və onun fəlsəfi mənası

 

Məlumdur ki, insan başlanğıcı olan uşaq (ana bətnində olan döl, doğuşdan sonra çağa) öz tərkib kriteriyalarına görə mənalar kəsb edir. Mənaları uşaq davranışının elementləri arasında olan tamamlayıcı xassələr yaradır. Bu xassələr uşağı tam halda, bütöv şəkildə mənalı obyektə çevirir.  Uşaq xarakterində olan elementlər cəmi onun ümumi  fəlsəfi kompleksiyasını yaradır. Böyüklər uşaqları analiz etmək zərurəti ilə üzləşirlər. Həm də ona görə ki, özlərinin tərkibini təşkil edirlər. Analizin nəticəsi olaraq, böyüklər uşaqlara öz üzvləri kimi yanaşırlar və öz davranışları ilə uşaqların davranışlarını əlaqələndirirlər. Uşaq fəlsəfəsində böyüklərin, yaşlıların onlarla münasibətdə  uşaq kimi davranmaları amili özünə yer tutur. Bu, uşağı fiziki kiçik ünsürə çevirsə də, əslində fəlsəfi mənanı böyütmüş olur. Uşaqlar fiziki kiçik obyektlər olsalar da, əslində predmetləri dərindir, böyükdür.

Uşaq valideyn xarakterinə təsirlər edir. Valideyni özündən asılı edir.  Valideyn psixikasını formalaşdırır. Onu daha da məsuliyyətli edir. Uşaq valideyn ruhunu təkmilləşdirir və zənginləşdirir. Ruha enerji verir. Uşaqlar böyüklərdə humanizmi yaradırlar. Belə ki, uşaqlı valideynlər, babalar, nənələr hər bir addımda uşaqları nəzərə alımaq, onları diqqətdə saxlamaq  zərurəti ilə üzləşirlər. Onlar öz qəlblərini uşaqlarına, nəvələrinə  bağlayırlar. Uşaq tərkib olduğundan cəmiyyətdə müsbət addımlara yol açır. Mənfiliklərə qarşı isə mübariz ruh yaradır. Valideyndə olan mühafizəkarlıq, qoruyuculuq cəmiyyətin, ailənin, dövlətin yaşanmasını təmin edir. Deməli, uşaq ailə, cəmiyyət və dövlət ənənəsinin əsaslarını yaratmış olur. Uşaq böyüklər üçün dayaq, istinad rolunu oynayır. Valideynlər pis əməllərdən, destruktiv fikirlərdən çəkinmək zərurəti ilə üzləşirlər. Öz uşaqları naminə dəyərlər sisteminin mövcudluğuna çalışırlar. Xarakterləində mühafizəkarlıq formalaşdırırlar. Uşaqların mövcudluğu ailədə qənaətcil təsərrüfatın yaraanmasına xidmət edir.  Uşaqlar böyüklərin həyatını şaxələndirir, yeni çalarlar qatır və birgə fəlsəfi mənalar yaradırlar.  Uşaqlar həmçinin böyüklərin müzakirə obyektinə çevrilirlər. Böyüklər arasında uyğun xassələrin formalaşmasında uşaq mərkəzi rolu oynayır.

Uşaq ümumi insan fəlsəfi obyektinin tərkibidir. Belə ki, insanın özü-özünə düşüncə obyektidir. İnsan bütün keyfiyyətləri ilə özünü maraq obyektinə çevirir. Uşaq  düşüncə obyekti üçün (erkən yaşlarından yeniyetməlik yaşına qədər) daha maraqlı olur. Bu yaş xəttində uşaqların hüquqları həm artır, həm də məhdudlaşır. Qeyri-müəyyən hüquqların daşıyıcısına çevrilirlər. Yaş artımı ilə əlaqədar müəyyənlik aşkarlanır. Uşaqlar zərif davranışın, incə münasibətlərin obyektinə çevrilirlər ki, bu da valideynlərdə kobud insani rəftarın qarşısını alır. Uşaqların fəlsəfəsində onlar humanizm dayaqları rolunu oynayırlar. Ali insan, yumşaq və iradəli insan, ümumiyyətlə, yüksək mənəviyyatlı insan  obrazının yaranmasında uşaqlar əvəzsiz rola malik olurlar.

Uşaq fiziki və mənəvi aləmi ilə böyüklərin davamlı, ardıcıl düşüncə obyektinin tərkibini təşkil edir. Ardıcıl düşüncə də öz növbəsində sistemli həaytın formalaşmasına səbəb olur.   Uşaqlarla bağlı fəlsəfi məna həm də ondan ibarətdir ki, böyüklər uşaq düşüncələrinə paralel və həmçinin bitişik  şəkildə düşünürlər. Yəni, öz düşüncələrini uşaqların düşüncələri ilə üzvü şəkildə bağlayırlar. Eləcə də uşaq düşüncələrindən çıxış edərək, öz davranışlarını eynu və oxşar prinsiplərlə  formalaşdırırlar. Uşaq düşüncələri özlərinin (onların)  həyatlarını ifadə edir. Eləcə də həyatın tərkibi olaraq böyüklərlə davranışlarını, münasibətlərini əks etdirir.  Böyüklərdə ailə həyatı və uşaqların mövcudluğu digər böyüklər (uşaqları olmayanlar üçün) fərqli münasibətlərdə formalaşır.

Böyüklər uşaqların təbii hüquqlarını adət normaları və hüquq normaları ilə qəbul edir və müəyyənləşdirirlər.  Uşağa qayğı bir növ adət və vəzifə, vərdiş və davamlı davranış meydana gətirir. Bunun da sayəsində mədəni insan formalaşır. Burada dövlət (böyüklər qismində dövlət də çıxış edir) uşaq fəlsəfəsini təmin etmək və qorumaq kimi hadisələrlə əhatə edirlər. Dövlətlərin bütün aktları uşaqları böyüyənədək mühafizə etməkdən ibarət olur. Dövlət uşaqların timsalında öz gələcək mənbəyini və sosial-rifah halını görür. Dövlət üçün uşaq liberal və incə siyasət obyekti mənasını verir. Dövlət böyüklərə uşaqlarına görə ali davranış metodları müəyyən edir. Uşaqlar da valideynlər üçün dövlətə qarşı səmimi və xoş münasibətlərin yaranmasını əsaslandırır.  Bu baxımdan da uşaq dövlət üçün fəlsəfi məna kəsb edir.

Uşaqlar öz incə davranışları, şıltaqlıqları ilə cəmiyyətə yaraşıq verirlər. Burada uşaqların zahiri görkəmi cəmiyyəti bəzəyir. Uşaq ruhunun bəsitliyi və sadə gözəlliyi böyüklərdə qəddarlığın qarşısını alır. Bu rəngarənglik və zəngin çalar uşaq fəlsəfəsini meydana gətirir.

Uşaqlarda əxlaq, etika və tərbiyənin başlanğıcı da öz mənası ilə fəlsəfidir. Belə ki, onların ilkin addımları, nitqləri ətrafları üçün bağlayıcı amil, enerjiverici kriteriya və mənbə rolunu oynayır. Uşaqlar bu baxımdan da cəmiyyətin, ailənin pozitiv ünsürlərini, mərkəzləyici nüvəsini təşkil edirlər.

Uşaq fəlsəfəsi həm də ondan ibarətdir ki, onlar ilk başlanğıcdan zəif həyat  qabiliyyətli olurlar və özlərinə qarşı yönəlmiş  qayğı hüquqlarını özləri ilə daşıyırlar. Buna görə də ailənin, himayəçinin, dövlətin və cəmiyyətin qayğı obyektini təşkil edirlər. Uşaqlar vəsaitlərin saxlanc və ədalətli bölgü prinsiplərini təşkil edirlər.

Uşaqlar böyüdükcə dəyişən fiziki (burada boyun artması və əzələlərin güclənməsi) keyfiyyət və davranışın tədricən təkmilləşməsi prosesi diqqəti cəlb edir. Uşaq ata, ana, yaxın qohumlar və ətraf tərəfindən müşahidə və nəzarət olunur.

Uşaq öz keyfiyyətləri ilə özündə dərin mənalar yaradır. Uşaq südəmər yaşlarından böyük yaşlara qədər çalarlı  mənalar daşıyır. Bu mənalar uşaq arzularında və arzularına uyğun davranışlarında əks olunur. Uşaqların hissləri və hisslərin dəyişməsi bu mənanı ifadə edir. Uşaq aləminin təsviri, təsəvvürü, xəyali dünyası onun  fəlsəfi mənasında təzahqr  olunur. Gələcək ümidlər, gələcəyə yönəlik  baxışlar uşağın daxili aləminin fəlsəfəsini yaradır.

Uşaq xarakterinin tərkibini əhatə edən şıltaqlıqlar, küsəyənliklər, incikliklər,  hissi-emosional vəziyyətlər, təlqin etmələr, bənzətmələr, oxşatmalar, tez böyümə istəkləri,  bəyənməmələr, nadinc vəziyyətlər, böyükləri eşitməmək xarakteri,   ətrafı özlərinə cəlb etmək üçün şirin danışıqları və digər bu kimi xüsusiyyətlər böyüklərdə  uşaq mənalarını yaradır.

Uşağın fəlsəfi mənası onun ailə və cəmiyyət üçün mövcud və gələcək zamanda yetişmək xüsusiyyətlərini özündə ifadə edir. Uşağın fəlsəfi mənasına bütöv bir uşağın (istənilən bir yaşda)   kimliyi, nə kimi mənalar kəsb etməsi (istedad və qabiliyyət baxımından)  aid olur. Uşağın etik-estetik davranışları və onu tamamlayan daxili və xarici keyfiyyətləri uşağın fəlsəfi mənasını formalaşdırır.

Uşağın fəlsəfi mənası fizioloji-psixoloji bitkinliyində ola bilir. Ətrafa xoş duyğular, görüntülər bəxş edir. Məsələn, hər bir uşaq ailədə və ətrafda öz gözəgəlimliyi, cəzbediciliyi ilə diqqəti cəlb edir. Uşaq gözəlliyindən ailə, ətraf aləm  xoşlanır. Enerji alır. Gələcək ümidlər ruhlanır. Arzular qaynaqlanır.  Uşaqda olan estetik təsiredici keyfiyyətlər, komponentlər ətrafa təsir edir və bu da böyüklərdə uşağa bağlantı yaradır. Uşaq öz genetik amilləri (burada qohumluq xətti ilə) ilə ətrafa bağlanır.

Uşağın fəlsəfi mənasında onun etik davranışları, ümumiyyətlə,  davranışları xüsusi rol oynayır. Bu davranışlar valideynlərin gələcək ümidlərinin əsaslarını ortaya qoyur. Uşaqların davranışları valideynlərinin müşahidələrini ortaya qoyur. Bu müşahidələr uşaqların gələcək kimliyindən xəbər verə bilir. Uşaqlara verilməsi zəruri olan biliklər sayəsində elm və təhsil inkişaf edir. Uşaqların təhsil almaları onu zəruri edir ki, valideynlər, ümumən böyüklər uşaqlara yeni-yeni bilikləri çatdırsınlar. Bu da böyüklərdə araşdırmağa, yeni  tədqiqata böyük həvəs yaradır.

Uşaqların fəlsəfi mənaları onların inci və zərif duyğulu olmalarındadır.

Uşağın fəlsəfi mənasını bu şəkildə ümumiləşdirmək olar:

-irsin, nəslin, mədəniyyətin, dövlətin, xalqın, bəşəriyyətin davamçılarıdır;

-öz hüquqları baxımından böyüklərin hüquqlarına bağlıdırlar, harmonik vəziyyətlər alırlar;

-ətraf üçün incidirlər, dəyərlidirlər, böyüklərə mənalı həyat bəxş edirlər;

-böyüklərin gələcəyə yönəlik rahat həyatlarını təmin edən amildirlər-sistemli və sağlam həyata rəvac verirlər;

-davamlı həyatın başlanğıcıdırlar;

-pozitiv həyatın avanqard elementləridirlər;

-məsuliyyət yaradan tərəfdirlər-belə ki, böyüklərdə uşaqlar üçün məsuliyyət sistemi formalaşır. Böyüklər ciddi fəaliyyətlə məşğul olmaq zərurəti ilə üzləşirlər;

-uşaqlar inkişaf proseslərini təkanverici, istinad qüvvələridir;

-uşaqlar böyüklərin davranışlarına rənglər və çalarlar qatırlar;

-uşaq hüquqları böyüklərin hüquqlarını sərhədləyir, kəmiyyətini, ölçü və meyarlarını müəyyən edir.  Eyni zamanda böyüdür. Məsələn, atalıq, analıq və valideynlik hüquqlarını bəxş edir, ailə hüquqlarını genişləndirir;

-uşaqlar öz inci mövcudluqları ilə böyüklərdə kövrək hisslər yaradırlar. Böyüklərdə xeyirxahlığı aşılayırlar, humanizmi tərənnüm edirlər, əməllərinə yaxşılıqlar qatırlar;

-uşaqlar bəşəriyyətin xilasında mühüm rol oynayırlar. Onların varlıq ünsürləri olması böyükləri çoxlu  sayda mənfi əməllərdən çəkindirir. Dünyanın sabitlik müstəvisinin əsas mərkəzi elementləridir;

-uşaqlar böyükləri öz uşaqlıq dövrləri ilə xəyali şəkildə bağlayır. Bu da həyata mənalar və çalarlar qatır;

-uşaqlar psixoloji sağlamlıq və şəfaverici ünsürlərdir. Belə ki, böyüklərin məhdudlaşdırıcı xarakterinin qarşısını alırlar. Onları dar düşüncədən xilas edirlər. Valideynlərin tərəqqisi üçün lokomotiv rolunu oynayırlar;

-uşaqlar münasibətlərdə güzəştlərin əsas obyektləridir;

-uşaqlar radikal baxışların, sərt davranışların qarşısını ala bilən varlıqlardır;

-uşaqlar ictimai qınaq yaradan elementlərdir, tərəflərdir. Buna görə də böyüklərin ictimai tərbiyəsində əvəzsiz rol oynayırlar;

-uşaqlar böyükləri öyrədən, onlara özlərinə münasibətdə biliklər qazandıran ünsürlərdir. Uşaqlarla bağlı elmi bilik sahələri formaşaşır;

-uşaqlar böyüklər üçün etika davranış yaradan dəyərli tərəflərdir və s.