Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Məmurları haqq-nahaqq çox tənqid edirlər, amma o insanlar bu cür işləyirlər…” –Akif Əlidən müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov:“Türkiyənin çökdürülməsindən sonra növbə digər  müsəlman dövlətlərə çatacaq” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “AZƏRBAYCAN ABŞ VƏ İSRAİLİN YANINDA YER ALACAQ” –Sülhəddin Əkbərdən maraqlı analiz
  • " width="300" height="266" />
    ADP SƏDRİ SƏRDAR CƏLALOĞLU:"Tramp Türkiyə ilə uzun müddət düşmənçilik apara bilməyəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:"Ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq..."
  • " width="300" height="266" />
    “YAXIN 6 AYDA AZƏRBAYCANDA DEVALVASİYA GÖZLƏNİLMİR”Ekspert Rövşən Ağayev manatın yalnız bir halda ucuzlaşacağını deyir (Müsahibə)
  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO
  • " width="300" height="266" />
    Əbülfəz Elçibəyin 80 illik yubileyi-TAM VİDEO
  • " width="300" height="266" />
    “Elçibəyin kor bağırsağı partladı, həkimlər dedilər ki…”-Qardaşı oğlundan Elçibəy haqda xatirələr - VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin qardaşı oğlu meydan oxudu:“Hünərləri var çıxıb “rədd olsun fars və rus şovinizmi!” desinlər”-VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

21 Avqust 2018
20 Avqust 2018

Digər Xəbərlər

07 İyun 2018 - 08:30

Yalçın İmanov yazır:"HƏYATIN SONU ÖLÜMDÜRSƏ, ŞƏRƏ TƏZİM ETMƏYİN NƏ MƏNASI?!"

Yalçın İMANOV

Hüquqşünas

 

Bugünlərdə daha bir hakim ömrünü bizə bağışladı. Gündəlik nəzər saldığım saytların birində getmiş bu xəbər hər dəqiqə yenilənən xəbər lentində gözdən-könüldən iraq bir yerdə yerləşdirilmişdi. O xəbər lenti ki, xəbər bolluğu ilə gün ərzində sürətlə aşağı sürüşür, az sonra heç axtardığın məlumatı da rahatlıqla tapa bilmirsən.

Bu hakimin sədrliyi ilə çoxlu məhkəmə proseslərim olmuşdu. Bu proseslərin mühüm hissəsi məhkəmə nəzarəti qaydasında verilən şikayətləriydi. Bilməyənlər üçün deyim: məhkəmə nəzarəti qaydasında verilən şikayətlər işə mahiyyəti üzrə baxılması ilə bağlı deyil, ibtidai istintaqda, məhkəməyə qədərəki dövrdə baş vermis qanun pozuntularıyla əlaqəli müraciətlərdir.

Çalışıram dəqiq xatırlayam, yaddaşım məni aldatmırsa, onun sədrliyi ilə keçən bütün proseslərdə verdiyim saysız-hesabsız şikayətlərin, biri də olsun, təmin edilməmişdi. İşə bax ey, heç bir dənəsi də! Baxmayaraq ki, ortalıqda çox ciddi, əsaslı hüquq pozuntuları varıydı.

İndi söhbətin heç mövzusu da bu deyil.

Kiminsə çoxdan oxuduğum fikridir, məzmunu təxminən belədir: bir halda ki, bu dünyada ölüm var, onda bu dünyanın heç bir zülmünə, zillətinə, şərinə (bu kontekstdə, qanunsuz sifarişinə) baş əyməyin mənası yoxdur. Əgər bunun tərsi olsaydı, yəni, həyat əbədi, daimi olsaydı, onda bu baş əyməyin, barışmağın, reverans etməyin bir mənası, məntiqi, anlamı olardı.

Yəni, həyatın ötəriliyi dəyərlərə tapınmağın və ondan sonsuz ilham almağın yeganə stimulu, qaynağıdı! Yəni, belə bir həyata meydan oxuya-oxuya, onda əbədi qalmağa ümid eləmək olar. Belə bir tərsmütənasiblik!

…Vəkillik fəaliyyətimin son işlərindən biriydi, narkotiklə şərlənmiş bir fəalın qanunsuz həbsindən verdiyim apelyasiya şikayətinə baxılırdı. Bütün məhkəmə zallarında proses getdiyindən, boş yer tapa bilməyib, zorən iclası apelyasiya məhkəməsinin birinci mərtəbəsindəki prokurorlar üçün nəzərdə tutulmuş otaqda keçirirdik. Təkcə bu faktın özü kifayət edirdi ki, şikayət təmin edilməyəcək. Ancaq yenə də, dəli inam, hər şeyin dibinə, kökünə çatmaq ehtirası!

Uzunmüddətli həbsin ani şokundan həddən ziyadə gərgin və niyəsə pərt halda prokurorların balaca otağındakı qapı ağzında ayaqüstə, konvoyların əhatəsində dayanmış müdafiə etdiyim şəxs narkotikin cibinə polis idarəsində atıldığını deyirdi, məhkəmə heyətinə danılmaz, inkarı qeyri-mümkün edən ağlabatan sübutlar gətirirdi. Onun narkotik alqı-satqısı ilə məşğul olanlara xas olmayan aydın duruşu və təbii davranışı işdən xəbərsiz olan adamda da günahsız olduğuna qəti və səmimi əminlik yaradırdi. İndi, haqq dünyasında olan qəhrəmanımız, qəfildən, günahsızlıq hissinin hakim kəsildiyi sakit və sirli pauzaya büsbütün aşkar zidd və yersiz ironiyayla “ciblərini tikərdin dəəə!” deyib, anlaşılmaz şəkildə qımışdı, qarşısındakı masanın üstündəki cinayət işinin qovluğunu bir balaca yuxarı qaldırıb, saymazyana ədayla azca kənara, yenə masının üstünə tulladı.

Buna hüquqda “konkludent işarə” deyirlər, Yəni, bitdi, heç nə, çox danışıb, zəhləmi tökməyin, onsuz da heç bir mənası yoxdur…

Bu, o vaxtlarıydı ki, həmin hakim mübtəla olduğu xəstəlikdən davamlı müalicə olunurdu (bunu mən də bilirdim və şikayətin təmin olunacağına ağılsız inamın əsas kökü də elə bundan qaynaqlanırdı), bir az ləng jestlərindən həkim məsləhəti və müayinə prosedurlarına dəqiq riayət etdiyi əlbəəl hiss olunurdu, ancaq buna baxmayaraq, görünən oydu ki, xəstəlik onu tamam zəiflədib, əldən salmışdı.

İlahi məntiq (və tutduğu post) məhz bu anda onun məsələlərə, başqa insanların taleyinə, əzablarına, problemlərinə daha həssas, daha mərhəmətli (qanunauyğun) yanaşmasını diqtə edirdi. Çünki adamın bir balaca canı ağrıyanda, başqasının canının ağrımasını daha kəskin hiss edir, adam özü ədalətsizliyə, şərə uğrayanda, ədalətsizliyin, şərin necə murdar, iyrənc bir şey olduğunun fərqinə daha dərindən varır. Axı, biz canlı varlıqlarıq, ətrafımızda baş verən hər şeyi özümüzdən keçirib, ona ad veririk, özümüzə münasibətdən başqalarına münasibəti müəyyən edirik. Bu, kainatın görünməz metafizik bağlantısıdı, bunsuz heç olmur!

Amma, belə görünür, hər şey bunca sadə, təbii və məntiqli deyilmiş! İnsan qəlbinin gizli guşələrində baş verən mürəkkəb, ziddiyyətli proseslər hər zaman başqa bir formada qarşımıza çıxıb, tərtəzəymiş kimi adami diksindirib, təəccübləndirəcək.

İndi əvvələ qayıdıram: bir halda ki, bu həyatın sonu labüd, qaçılmaz ölümdürsə, onda, bu zülüm-zillətin, şərin qarşısında baş əyib, ona təzim etməyin nə mənası?! Yox, əgər varsa, o, hansı mənadır? Kimsə bunu mənə deyə, izah edə bilərmi? Yoxdursa, bəs onda bu nə parodoks izaholunmazlıqdır? Bir halda ki, ölüm adında cari, amma sərt bir reallıq ortalıqdadır, onda bu nə hay-həşirdir? Əgər ölərilik varsa, əbədiliyə iddialı və bəzən xəstəhal səviyyədə özünüdüşünmə, özünüqoruma instiktini, suyu üfürə-üfürə içmə vərdişini hara, necə yozaq, kimin və nəyin ayağına yazaq?!

…Lənət şeytana, cənab hakim, dəyərdimi bütün bunlara?!