Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

23 İyul 2018
22 İyul 2018

Digər Xəbərlər

08 İyul 2018 - 22:58

Adəm Məmmədov vəkillik fəaliyyətini dayandırdı:"Bu barədə mənə müraciət etməyin"

“Praktiki-peşəkar vəkillik fəaliyyətimdən tam kənarlaşıb, sırf hüquq sahəsində elmi fəaliyyətə başlamağı vacib bildim. Düşünürəm ki, təcrübəm, araşdırmalarım və dunyagörüşüm, eləcə də dəyərli çevrəm bu sahədə mənim uğur qazanacağıma daha da inam verir”.

Strateq.az xəbər verir ki, bu sözləri tanınmış vəkil Adəm Məmmədov sosial şəbəkədəki səhifəsində yazıb.

O,  vəkillik fəaliyyəti dövründə qazandığı uğurlar zamanı həmişə yanında olanlara təşəkkür edib: “Sizlərə təşəkkürümü bildirirəm, çox vaxt ən azı sadəcə sözlə göstərdiyiniz münasibəti yaxından hiss etmişəm, bəzən gərgin dövrlərdə həssas və duyarlı davranışınızla yanımda olduğunuzu hiss etdirmisiniz. Sizdən razıyam və minnətdaram.

Məncə, hər bir insan qarşısına kiçik məqsədlər yox, böyük hədəflər qoymalıdır ki, o, hədəfin zirvəsinə çatanda, yorğunluğun dadını belə çıxara bilsin. Təvazökarlıqdan kənar da olsa, düşünürəm ki, hüquq sahəsində həm sözümü demişəm, həm də eşidilmişəm. Çalışmışam, boşuna, havaya söz danışmayam. Tək altı il ərzində aldığım qırxadək bəraət hökmü dediklərimin sübutu üçün yetər”.

Adəm Məmmədov bildirib ki, hüquq sahəsində həmvətənlərini maarifləndirmək üçün “Lider” TV – də rəhbəri, müəllifi və aparıcısı olduğu “Hüquq və Ədalət” adlı layihəni həyata keçirib, eyni zamanda ictimai fəaliyyəti kimi Qanunla.az və Fakttv.com saytlarını yaradıb: Bütün bunları sadalamaqda məqsədim odur ki, gəldiyim qərar düzgün anlaşılsın. Yəni bu sahədə qarşıma qoyduğum hədəf dəf edilmişdir. Bu gündən sonra hədəfim hüquq sahəsinin elmi araşdırması olacaq. Sözün düzü, bu sahəni də sizin üçün maraqlı etmək məqsədi ilə dedektiv-kriminal janrda başladığım maraqlı əsərimi tamamlayıb, sizlərə təqdim etmək fikrim var”.

Sonda vəkil xatırladıb ki, daha vəkil kimi icraatına heç bir iş qəbul etmir: “Bu barədə mənə müraciət etməyin. Hazırda sırf icraatımda olan işlərin tamamlanması ilə məşğulam”.