Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

23 İyul 2018
22 İyul 2018

Digər Xəbərlər

10 İyul 2018 - 17:45

Fuad Ağayevə töhmət verildi, 11 vəkil haqqında isə intizam icraatı başlayıb –Vəkillər Kollegiyasından qərar

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin son iclasında vəkil Fuad Ağayevə töhmət elan olunub.

Bu barədə Vəkillər Kollegiyasından Strateq.az-a verilən məlumata görə, iclasda üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikləri üçün “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, 11 vəkil haqqında Vəkillərin İntizam Komissiyasında intizam icraatının başlanması barədə qərar qəbul edilib.

İclasda vəkillər barəsində başlanılmış 15 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Həmçinin peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə vəkil Ağayev Fuad Arif oğluna töhmət verilib.

Məlumatda bildirilib ki, Rəyasət Heyətinin dünən keçirilən iclasından dərhal sonra vəkil Fuad Ağayev tərəfindən mətbuata barəsində aparılan intizam icraatı ilə bağlı təhrif olunmuş məlumatlar verilib: “Bununla əlaqədar Rəyasət Heyəti bildirir ki, Vəkillərin İntizam Komissiyası tərəfindən vəkil Fuad Ağayevin öz iştirakı ilə aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, vəkil Fuad Ağayev öz müvəkkili ilə görüş zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrindən birinin əməkdaşlarının qanuni fəaliyyətinə maneçilik törədib, həmin müəssisənin rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlədib. Həmçinin, Cəzaların İcrası Məcəlləsinin müəyyən etdiyi müddətləri gözləməməklə vəkil Fuad Ağayev öz müvəkkilinə göndərdiyi məktubun və sənədlərin cəzaçəkmə müəssisəsi tərəfindən çatdırılmaması ilə bağlı sosial şəbəkədə, internet resurslarda əsası olmayan məlumatlar yaymaqla ictimaiyyəti çaşdırıb”.

Bununla da vəkil Fuad Ağayev tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 3-cü hissəsinin, 16-cı maddənin 1-ci hissəsinin, 18-ci maddəsinin və vəkillərin davranış qaydaları haqqında Əsasnamənin 1.2, 2.5, 2.7 və 2.13-cü maddələrinin tələblərinin pozuntusuna yol verildiyi müəyyən olunub.