XƏBƏR LENTİ

16 Oktyabr 2018

Digər Xəbərlər

19 İyul 2018 - 10:42

“Məhkəmə orqanlarında fəaliyyət göstərən xeyli sayda hüquqşünas vəkilliyə üz tutub” –Anar Bağırov

“Məhkəmə orqanlarında fəaliyyət göstərən xeyli sayda hüquqşünas vəkilliyə üz tutub”.

“Report”un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, bu gün 535 nəfər imtahanlardan uğurla keçən namizədlərin 134-u məhkəmə işçisidir.

Qeyd edək ki, bu gün peşəyə buraxılan 266 nəfər vəkilliyə namizəd qanunvericiliklə nəzərdə tutulmuş qaydada and içir. Bununla da ölkədə vəkillərin sayı 1500 nəfəri ötəcək.