XƏBƏR LENTİ

19 İyun 2019

Digər Xəbərlər

11 Aprel 2019 - 21:48

“Peşəkar vəkillik fəaliyyətimi bərpa edirəm” –Adəm Məmmədov

“Prezidentimiz son fərman və sərancamları ilə, həqiqətən, Azərbaycanda yeni bir dönəmin başladığını elan edib ortaya siyasi iradə qoydu. Əsasən də, 03.04.2019-cu il tarixli məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqındakı son fərman məni bir neçə ay bundan əvvəl peşəkar vəkillik fəaliyyətimi dayandırmaq barədə qəbul etdiyim qərara yenidən baxmağa vadar etdi”.

Strateq.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl vəkillik fəaliyyətini dayandırmış Adəm Məmmədov deyib.

O qeyd edib ki, artıq peşəkar vəkillik fəaliyyətimə aktiv olaraq qayıdır: “Gələcəkdə, onsuz da, mükəmməl olan bu fərmandakı müddəalara öz peşəkar münasibətimi bildirəcəyəm. 5 illik peşəkar fəaliyyətimdə 42 bəarət qərarının qəbul edilməsinə nail olmuş bir vəkil kimi, qarşınızda söz verirəm: bu yeni prinsipial dönəmdə yuxarıdakı göstəricilərimi artırmaqla bərabər, həm də vətandaşlarımızın ağrılı yeri olan bəzi hakimlər tərəfindən ədalətsizcəsinə pozulmuş mülki hüquqlarının bərpasında yaxından iştirak edəcəyəm”.

A.Məmmədov deyib ki, vəkillikl yanaşı, layihə rəhbəri və aparıcısı olduğu “Hüquq və Ədalət” verilişi də bərpa edəcək.