Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Deputat Avropa Şurasından aralanmaq çağırışlarının əleyhinə çıxdı:"Münasibətlərin korlanması Rusiyanın maraqlarına cavab verir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İqtisadçı alim Qubad İbadoğlu:"İlin sonunda Azərbaycan valyuta bazarında gərginlik artacaq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN TƏHLİLÇİSİ POL QOBL:"Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək"
  • " width="300" height="266" />
    Britaniyanın Cənubi Qafqazdakı hərbi attaşesi:"Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

17 Sentyabr 2016 - 02:35

Vəkil Yalçın İmanov yazır:"Ən pis şey..."

yalcin-3

Yalçın İMANOV, vəkil

 

Başını anasının köksünə qoyan cocuq səbəbsiz sevinclə gülür, nəşəylə qığıldayır, şıltaq-şıltaq əl-qolunu havada oynadır. Arada başını qaldırıb, zənnlə anasına baxır, sanki sığındığı bu varlığın kimliyini araşdırmaq, fəhm eləmək istəyir, nəyə görə ona sığındığının səbəbini anlamaq istəyir. Sonra cavabını axtardığı sualdan yorulmuş kimi, gözlərini büsbütün qapayır, qeyri-şüuri anasına daha möhkəm, sırılsıklam sarılır, elə bil, bu doğma, isti aurada birdəfəlik itmək, ərimək, yoxa çıxmaq istəyir…

Əgər dünyada xoşbəxtlik deyilən bir şey varsa, o da bu həyat dolu kadr olmalıdır gərək…


*** 

Azərbaycanlını xırda, kiçik şeylərlə, lap elə səbəbsiz sevindirmək çətindir! O, yalnız körpəykən başını anasının köksünə qoyanda, anlamadığı, intuitiv duyduğu ilahi ekstazdan mutlu ola bilər. Qalan vaxtlardasa bu, mümkünsüz kimi görünür. Adamların yanından sürətlə ötüb keçirsən, istər-istəməz, aurası səni vurur, arzulamadığın halda qəlbinin döyüntüsünü eşidirsən, ritmini hiss eləyirsən.

Kiçik, xırda şeylərə sevinə bilməyən, kiçik, xırda şeylərdən xoşbəxt ola bilməyən qəlbləri, böyük şeylərlə təəccübləndirmək olmur! Qəlbin torpağı xırda şeylərə sevinəndə, kiçik şeylərdən həzz alanda yumşalır, dəmyə olur. Belə torpaqda istənilən şeyi əkib-becərmək olar, belə qəlbdən hətta möcüzə də cücərər! Torpağı bərkimiş qəlbi ha kultivasiya elə!

 

***

Payız günəşində qəribə bir enerji var: yandırmır, tərlətmir, üstəlik, təravətli və xoşdu. Həm də nostalgiya dolu. Payız günəşi, üzüm meynələrinin ömrünü başa vurmaqda olan yarpaqları arasında oynayır, şüalar titrəyir, iti, təzə ovxarlanmış ülgüc ağzı kimi qəfil parıldıyıb sürətlə keçir. Sanki, öz dəyərini bilən gözəl qadın kürəklərinə atdığı uzun hörüklərilə oynayır. 

Payız günəşi adama əbədiyyət şərqisi oxuyur, sozalmış, ancaq küt ağrıları qalan böyük ümidləri, böyük arzuların kiçik məğlubiyyətlərini yada salır.

Bax, günəş şüaları, ömrünü başa vurmaqda olan üzüm meynələrinin yapraqları arasında titrəyib, yoxa çıxanda, sozalmış böyük ümidlərin, böyük arzuların kiçik məğlubiyyətlərinin ağrısı qəlbini doğrayanda, ömrünün neçəncisə payızının hənirtisini qapıda hiss eləyirsən.

Hərçənd, mənim üçün sonbaharın müjdəçisi yayın cırhacırında bağlanan pomidor mərasimidir. Təzə, sağlam pomidorlar tərtəmiz yuyulur, ədviyyatlar diqqətlə təmizlənir, sonra səliqəylə birlikdə balonlara doldurulur, daha sonra qaynadılır, böyük şövqlə piştaxtalara düzülür.
Yeri gəlmişkən, azərbaycanlı qadının bütün məişət qayğılarının kökündə əbədiyyət həsrəti gizlənib əslində. 

*** 

Adamların özünə və başqasına münasibəti ikili və anlaşılmazdır. Onlar özünü sevir, başqasını (ətrafı) yox. Başqasını (ətrafı) sayır, özünü yox. Psixiatriya üçün ələdüşməz mövzudu. Başqasının gözü onlar üçün nəzarətçidir, öz gözlərisə sadəcə müşahidəçi. Onlar başqasının yanında hansısa pis bir işi tutmaqdan utanırlar, çəkinirlər, amma öz yanlarında əsla.

Əslindəsə “başqası nə deyər?” yox, “özüm nə deyərəm?” olmalıydı. Əslindəsə, “filankəsin üzünə necə çıxacam?”, “bəhmənkəsin gözlərinin içinə necə baxacam?” yox, “öz üzümə necə çıxacam?”, “öz gözlərimin içinə necə baxacam?” olmalıydı. Adam özü özündən utanmayanda, başqasından utanmağı oyun və reablitasiya xarakteri daşıyır. Adam özünü saymayanda, baqasının onu saymasına ehtiyacı olur, özünə ehtiram eləməyəndə başqasından ehtiram umur. Öz içində kim olduğunu bilməyənlər, başqasının gözündə kim olduğunu arayırlar.

Belədə isə hamının bir-biri qarşısında bəraət axtarışı başlayır. Necə ki, bütün ölkə boyu belədir. Bu ictimai travmanın bütün mümkün səbəbləri sırasında şəxsi travma şifrəsi yoxdur və heç bu qavrayış yaxına da buraxılmır.


*** 

Kimdənsə oxumuşam: ən pis şey həqiqəti anlamaqdır!