Gündəm

  • " width="300" height="266" />
    Bakı şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi:"Bu il 228 nəfərdən ibarət 99 qrup zərərsizləşdirilib, 223  bağlı cinayət açılıb..."
  • " width="300" height="266" />
    İraq Ali Məhkəməsi Bərzaninin müavini haqda həbs qərarı çıxardı –O, görüldüyü yerdə tutulacaq
  • " width="300" height="266" />
    MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları 25 sənəd imzaladı –Bakıda
  • " width="300" height="266" />
    “Gözləmədiyi bir vaxtda ABŞ-a ağlasığmaz zərbə endirəcəyik” –Rəsmi Pxenyandan açıq təhdid
  • " width="300" height="266" />
    Prezidentin köməkçisindən etiraz:"Azərbaycan komandasını bir neçə dəfə açıq-aydın cəzalandırdılar" 
  • " width="300" height="266" />
    Rus şirkəti kürdlərlə yeni saziş imzaladı –Bərzani hökumətinə 400 milyon dollar ödəniləcək
  • " width="300" height="266" />
    Heydər əl İbadidən “Haşdi Şabi”yə sərt mesaj:"Bütün etnik və dini qruparın ev və digər mülkləri qorunacaq"
  • " width="300" height="266" />
    “İndependent” qəzeti Kərkük əməliyyatı haqda:"Bu, kürdlərin tarixində ən böyük fəlakəti idi"
  • " width="300" height="266" />
    Bərzani məğlubiyyətin səbəbini açıqladı:"Qazandıqlarımızı qoruyacağıq"
  • " width="300" height="266" />
    “Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarıldı –Sərəncam

Müsahibə

  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  
  • " width="300" height="266" />
    Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov:"İctimaiyyətə "Lavrov planı"nın mahiyyəti tam açıqlanmalıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    KOREYA LİDERİ: “MƏN TERRORA İNANIRAM, İNTİHARA YOX” –"Washington Post"da xəyali müsahibə
  • " width="300" height="266" />
    Rusiya eksperti Qırğızıstanda hərbi bazanın nəyə gərək olduğunu açıqladı:"Fərqanə vadisi Orta Asiyanın barıt çəlləyidir” – Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sərdar Cəlaloğludan skandal yaradacaq sözlər:"Cəfər Cabbarlının “Od gəlini” pyesi qadağan olunmalıdır"-VİİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

19 Oktyabr 2017
18 Oktyabr 2017

13 Oktyabr 2016 - 17:01

Vətənpərvərin kədəri

img_7835

Milli Məclisdə Aqil Abbasla söhbətdən sonra vətən və vətənpərvərlik barədə bəzi məqamlar üzərində baş sındırmağı vacib saydım. Parlamentin foyesində Qarabağdan və futboldan danışarkən söhbətin bir notu vətəndaşların passivliyi və vətənpərvərlik üçün ideoloji tezislərin kəsərsizliyi üzərində dayandı. Aqil bəy psevdovətənpərvərliyi özünəməxsus şəkildə lağa qoyaraq “yazırlar  Füzuli (işğal olunmuş rayonumuz) Dədə Süleyman üçün darıxıb” deyib, ardınca ironiya ilə əlavə etdi ki, “darıxıbsa, dədə Süleyman getsin Fizuliyə də… Füzuli ha bura gəlməyəcək?”… Dalınca da özünəməxsus jestlə söylədi: “Şuşada bizsiz də xarı bülbül bitir və torpaq göyərir… Torpaq bura gəlməyəcək, biz ora getməliyik, qardaş…”.

Sərt və acı ittihamlardı…

Vətəni sevməyin vacibliyi barədə oxunan uzun-uzadı mühazirələri dinləməyi xoşlamıram. 

Fikrimcə, vətən barədə deklorativ bəyanatlar verməzdən öncə kamil insan və ədalətli cəmiyyət barədə bəzi prinsipləri xırdalamaq lazımdır. Bu yaxınlarda Facebook-da qurbətdə yaşayan bir tanışımın vətən barədə ağlamalı qeydlərini oxuduqdan və hörmətli deputatımızın acı sarkazmını dinlədikdən sonra torpaq və onun üstündə yaşayan Allah bəndələrini bir-birinə bağlayan “vətən” adlı məfhumun altyapısını düşündüm. 

…Məncə, kasıbların vətəni hamıdan çox sevmələri barədə məşhur deyim yalançı doqmadan başqa bir şey deyil. İlk olaraq vətəni sevmək üçün onda itirəcəyin nələrinsə olması mütləq və önəmlidir. İnsanı vətənə bağlayan və onun müdafiəsinə qalxmağa məcbur edən amillər təkcə ruhi həyəcanın doğurduğu təmtəraqlı şüarlar deyil, həmçinin bu sloqanları doğuran maddi-mənəvi sərvətlərdir. Tarixin istənilən kəsimində ölkəsində yaşayan varlı insan daim öz var-yoxunun əldən çıxması təhlükəsini göz önünə gətirib və onu qorumaq üçün bütün vasitələrə əl atıb. Orta əsrlərdə bütün məşhur müharibələrin kökündə mal-mülkünü qorumaq cəhdləri durur. Qəribədir ki, maddi nemətlər uğrunda aparılan bu qanlı müharibələr son nəticədə yeni ideoloji şüarları üzə çıxararaq onları “vətən uğrunda aparılan müharibə” müstəvisinə müncər edə bilib. ABŞ-da vətəndaş müharibəsi şimallıların okean sahilinə yiyələnməsi, cənubluların isə pambığın rahat şəkildə İngiltərəyə daşınması üçün limanlar uğrunda apardığı  mübarizənin qanlı səlnaməsidir. Çexiyada “Qusçu müharibələri”ni, yaxud Fransada olan Janna Darkı xatırlayın. Bütün bu xalq üsyanlarına dəstək verən varlı təbəqə onu daha çox özünün var-dövlətinin qorunması üçün edib. Deməli, vətənin qorunması və müdafiəsinin təşkili üçün varlı təbəqənin mövcudluğu əsas şərtlərdən biridir.  Yaşadığı torpaqda malik olduğu mal-mülkünü itirmək təhlükəsi onun üçün  vətəni qorumağı vacib amilə çevirir.

… Məncə, vətənpərvərlik abstrakt ola bilməz: Vətəni sevmək üçün hər kəsin öz kriteriyası olmalıdır: varlının malik olduğu var-dövləti itirəcəyi, cəmiyyətin yaxşı qazanan, yüksək əmək haqqı alan vətəndaşı həmin iş yerinin daha mövcud olmayacağının dəhşətini anlayacağı, kasıbın torpaqsız qalacağı  kriteriyalar kimi… Məhz bu kriteriyalara əsaslanan varlı, ortabab, kasıb vətəndaş yaşadığı ölkədə malik olduğu mülkünü, işini, biznesini, firavan ailəsini, alın təri ilə qazandığı bir tikə çörəyini itirmək təhlükəsindən qorxaraq onun müdafiəsinə hər an hazır olur. Vətənpərvərə çevrilir.  Vətəni düşmənə satan komprodorlar isə bu hesaba daxil deyil, zatən… Satqınlar həmişə olub. Beləliklə, əsl vətənpərvərlik yalnız ədalətli cəmiyyətdə yaşamağa dərin inam, firavan və qanunsevər vətəndaşların mövcud olduğu bir məkanda özünün həqiqi çalarını ala bilər.

Çoxları vətənpərvərlik hissinin dini müstəvidə təbliğatını apararkən məşhur “vətəni sevmək imandandır” kəlməsini işlədir. Amma dinə görə də, imanlı insanın yaşadığı cəmiyyət yalnız sosial ədalətin hakim olduğu bir məmləkət olmaldır. Odur ki, yuxarıda sitat gətirilən kəlamın altqatında ədalətli cəmiyyətin qurulduğu bir vətənə işarə edilir.

…Qatı ateist rejim olan SSRİ-də vətənpərvərlik təbliğatı indi də nümunə kimi göstərilir. Halbuki, sovetsayğı vətənpərvərliyin ideoloji əsasında nə qədər təəccüblü olsa da,  ictimai mülkiyyətin əsas atributu olan kommunist ideologiyasının ustalıqla xüsusi mülkiyyət çaları alması idi.

Xüsusi mülkiyyətin kökünü kəsən Sovet İttifaqı eyni zamanda çox ustalıqla kommunist ideologiyasını sovet vətəndaşlarının xüsusi mülkiyyətinə çevirdi: Sovet adamının bütün uğurlarına səbəb onun xüsusi mülkiyyətinə verilmiş  “kommunist” dünyagörüşü idi. Onunla karyera qurur, çörək qazanır, ev tikir, qanun tələb edirdi. Bir sözlə, kommunist ideolojisini həyat ölçüsünə çevirən sovet adamı bu brendlə əldə etdiyi nemətlərin itirilməsinə yönəlik hər bir təhlükəni özünə qarşı, deməli, vətəninə qarşı təhlükə hesab edirdi. Bu hardan gəlməsindən asılı olmayan təhlükəyə qarşı var gücü ilə döyüşməyə hazır idi. Sovet vətənpərvərliyinin inanılmaz gücü bunda idi…

O ki, qaldı “itirməyə zəncirdən başqa heç nəyi” olmayan porletariata, yəni kasıblara, fikrimcə, burada zənciri tamamlayan halqa  cəmiyyətdə sosial ədalətin təntənəsindən keçir. Yetər ki, yaşadığımız ölkədə bu prinsip hökmran olsun. İnsanlığın daima uğrunda çarpışdığı bu ümumbəşəri amilin hökmranlığı hamının həqiqi vətənpərvər olmasına yetər… Məncə, həmin məqamın yetişdiyi zamanda Aqil Abbasın yanğılı ironiyası sərt vətənpərvərin cəngavər qəhrəmanlığı fonunda öz əhəmiyyətini itirəcək. Həmişəlik undulacaq…