Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Məmurları haqq-nahaqq çox tənqid edirlər, amma o insanlar bu cür işləyirlər…” –Akif Əlidən müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov:“Türkiyənin çökdürülməsindən sonra növbə digər  müsəlman dövlətlərə çatacaq” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “AZƏRBAYCAN ABŞ VƏ İSRAİLİN YANINDA YER ALACAQ” –Sülhəddin Əkbərdən maraqlı analiz
  • " width="300" height="266" />
    ADP SƏDRİ SƏRDAR CƏLALOĞLU:"Tramp Türkiyə ilə uzun müddət düşmənçilik apara bilməyəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elmar Məmmədyarov:"Ümid edirik ki, Konvensiyanın ratifikasiyası tezliklə başa çatacaq..."
  • " width="300" height="266" />
    “YAXIN 6 AYDA AZƏRBAYCANDA DEVALVASİYA GÖZLƏNİLMİR”Ekspert Rövşən Ağayev manatın yalnız bir halda ucuzlaşacağını deyir (Müsahibə)
  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO
  • " width="300" height="266" />
    Əbülfəz Elçibəyin 80 illik yubileyi-TAM VİDEO
  • " width="300" height="266" />
    “Elçibəyin kor bağırsağı partladı, həkimlər dedilər ki…”-Qardaşı oğlundan Elçibəy haqda xatirələr - VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin qardaşı oğlu meydan oxudu:“Hünərləri var çıxıb “rədd olsun fars və rus şovinizmi!” desinlər”-VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

21 Avqust 2018
20 Avqust 2018

Digər Xəbərlər

01 İyun 2018 - 12:50

Günəşi uşaqlardan gizlədənlərin bayramı

Viktor Hüqo “Dünyada körpə qığıltısından təntənəli himn yoxdur” deyib. Doğrudan da keçmişlə gələcəyimizi bağlayan uşaqlar bizə dünyanın ən sevincli və bəxtəvər hisslərini yaşadan kəslərdir.

Hər il 1 iyunu Uşaqları Müdafiə günü kimi qeyd edirik.

Pafosu kənara qoysaq, sual edə bilərik- Bu gün biz uşaqları müdafiə edə bilirikmi?

Çətin sualdır… Biz onlar üçün təhlükəli bir dünya qurmuşuq. Son yüz ilin ən böyük problemi uşaqlar və onların təhlükəsizliyi olub desək, yəqin ki yanılmarıq.

“100 illiyin fotosu” müsabiqəsi arasında məşhur bir şəkil var – Vyetnam müharibəsinə həsr olunub. Bomba partlayışı fonunda ağlaya-ağlaya qaçışan bir dəstə yarıçılpaq vyetnamlı uşaq… Qabaqda qaçan qızcığazın dəhşətdən və qorxudan əyilmiş üzü müharibənin apaydın tablosudur. 70-ci illərdə çəkilmiş bu şəklin sərt gerçəkliyi XXI yüzilin əvvəlində də aktuallığını saxlayır. Həmən qızın indi 40-dan yuxarı yaşı var. Amma təhlükəsiz dünya hələ də arzu olaraq qalır.

Qura bilmirik onu!

…Qəribədir – müharibə baiskarlarının, qlobal silah alverçilərinin arxasında gizləndikləri bir təbəssüm var – körpə təbəssümü. Onların siyasi hikkələrinin qurbanına çevrilən bu təbəssüm saxtadır. Bu güclərin saxta sülh arzuları qədər… Çünki vacib olan məsələ sülh arzusunun qondarma “…izmlər” altında qalmamasıdır. Mən həmişə saf uşaq arzularından məqsədli şəkildə istifadə edənlərə nifrət etmişəm. Onların sünilyi həmişə insanları çaşdırıb. Saf körpə təbəssümünün kölgəsi altında idbar əməllərini davam etdirən siyasi dəllalar həmişə ikrah doğurub. Dünyanı həmişə ən böyük təhlükə ocağı kimi saxlayan SSRİ və ABŞ özünü dünyaya “sülh carçısı” kimi sırımaq üçün bir vaxtlar Samanta Smit adlı amerikalı qızcığazın saf niyyətindən geninə -boluna istifadə etdi.

Samanta Smit elə bu riyakarlığın qurbanı oldu. Körpə qızcığazın saf sülh istəyindən SSRİ və ABŞ öz aralarında doyunca siyasi reklam yapdı. Günlərin birində Samanta təyyarə qəzasında həlak oldu. Bütün dünya üçün sülh göyərçininə dönmüş Samanta öz ölümü ilə böyüklər tərəfindən uşaqlar üçün necə təhlükəli bir dünya qurulduğunu açıb ortaya qoydu..

…Dünya köhnə dünya olsa da, uşaqların təmiz təbəssümü ilə süslənmiş dünyaya çevrilə bilmir. Çünki dünyanı qanla çalxalayan böyüklər bir zaman uşaq olduqlarını unudublar. Uşaq mahnılarına fikir vermisiniz? Sözləri necə sadə, təmiz, süd qoxulu olur… “Qoy həmişə günəş olsun, qoy həmişə anam olsun!”…

Günəşi uşaqlardan gizlətməyə çalışanlar həmişə uşaq mahnılarına biganə olublar.. Dünyamız üçün bütün qorxu və təhlükə bu biganələrdən törənir.

“… Uşaqlar bizim gələcəyimizidir” – bu günün ən şablon və yaddaqalan şüarı bəlkə də budur. Amma bu gələcək gəlməyə də bilər. Məqsədli sülh dəllaları, uşaq mahnılarına biganə olan kəslər, günəşi gizlədənlər nə qədər ki, öndədir bu gələcək o qədər dumanlı olacaq.

…Kecmişini arxada qoyan kəslər gələcəklərini bu gün qurmalı və onu qorumağı bacarmalıdır. Yoxsa günlərin birində “təntənli himn” bizim üçün “matəm marşına” çevriləcək!

Bu dünyada isə körpə təbəssümünü itirməkdən böyük ağrı ola bilməz…