XƏBƏR LENTİ

16 Oktyabr 2018

Digər Xəbərlər

16 Noyabr 2016 - 11:41

Tanınmış şair Fikrət Sadıq vəfat edib

Noyabrın 16-da tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin poeziya üzrə məsləhətçisi, Əməkdar Mədəniyyət İşçisi, Dövlət mükafatı laureatı, Prezidentin fəxri təqaüdçüsü Fikrət Sadıq 86 yaşında vəfat edib.

Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlayıb.

Poetik yaradıcılığında bədii tərcüməyə də meyl edib. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir.