Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    SOCAR-ın trest müdiri ittihamlara cavab verdi:"Qarayaxanlara yalnız gördüyümüz işlərlə cavab verəcəyik..."
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycan üzrə xüsusi nümayəndəsi:“Tərəflərin razılığı olmadan Qarabağ münaqişəsinin həlli mümkün deyil” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İrandan yenicə dönən VİP sədri seçkilər haqda:"Opponentliyimiz onları narahat edir" - Müsahibə
  • " width="300" height="266" />
    Rövnəq Abdullayev:“Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    General İvaşov:“2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə
  • " width="300" height="266" />
    İsrail politoloqundan qalmaqallı açıqlamalar:“Azərbaycan İrana hücum üçün ən əlverişli yerdir" – Müsahibə
  • " width="300" height="266" />
    PƏNAH HÜSEYN SEÇKİLƏRDƏN DANIŞDI:"İsa Qəmbər iştirak etsəydi, bu, başqa bir situasiya olardı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni siyasətçisi Aram Manukyan:“Ermənistan Qarabağa görə Qafqaz iqtisadiyyatında sıfırıncı yerdə durur” – Müsahibə
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycandakı səfiri:“Bizim üçün söz azadlığı çox vacibdir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Müvəqqəti azadlığa buraxılmış dustaq jurnalist:"Əsas anamdan narahat idim..." - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018
20 Fevral 2018

19 İyun 2017 - 12:40

Azərbaycandan İrana yeddi kilo qızıl külçə aparan şəxs saxlanıldı  –FOTO

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl külçənin ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, İdarənin "Qoşa Təpə" gömrük postunda Azərbaycandan İrana gedən Azərbaycan vətəndaşı Cəfərov Vidadi Feyzulla oğlunun idarə etdiyi "Toyoto Prado" markalı, 85-CE-076 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük nəzarətini həyata keçirmək məqsədilə "Heimann Cargo Vision" rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı avtomobilin motorxanasında – avtomobilin akkumulyator olan hissəsində fərqli görünüşdə, şübhəli predmetlərin olması analiz monitorunda əks olunub. Bundan sonra avtomobilə əsaslı baxış keçirilib və V.Cəfərovdan onun idarə etdiyi minik avtomobilində gömrük nəzarətindən gizlədilən hər hansı bir predmetin olub-olmaması soruşulub. O isə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən heç bir predmetin olmadığını bildirib.

Minik avtomobilinin yoxlanması zamanı isə avtomobilin motorxanasında – avtomobilin işlək akkumulyatorunun altından, akkumulyatorun metal altlığının boşluqlarında gömrük nəzarətindən gizlədilən, ayrı-ayrılıqda yapışqanlı lentlə sarınmış 11 ədəd bağlamada müxtəlif formalı və ölçülü (yumru, külçə, kiçik ölçülü qırıntılar formasında) sarı rəngli, qızıla oxşar metal kütlələr aşkar edilib.

Müvafiq ekspert rəyinə əsasən, aşkar edilən metal kütlələr xalis çəkisi 7 kiloqram 058,28 qram təşkil edən müxtəlif formalı və ölçülü qızıl ərintisindən olan külçələrdir.

Faktla bağlı araşdırma aparılır.