Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Aprel 2018
BE ÇA Ç CA C Ş B
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  



XƏBƏR LENTİ

25 Aprel 2018
24 Aprel 2018

19 İyun 2017 - 13:13

Dövlət qulluğunda daha çox hansı kadrlara ehtiyac var? –Məleykə Abbaszadə açıqladı

meleyke.jpg

Hazırda dövlət qulluğunda informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

M.Abbaszadə əlavə edib ki, hazırda DİM-də dövlət qulluğu üzrə 1500-dən çox vakant yer var: "Kimsə fikirləşə bilər ki, dövlət qulluğunda yalnız hüquqşünas kimi ixtisaslar üzrə kadrlar tələb olunur. Lakin dövlət qulluğunda müxtəlif sahələr üzrə kadrlara ehtiyac var. İndi informasiya texnologiyaları üzrə vakansiyalara daha çox ehtiyac var. Bu vakansiyalar haqqında məlumatı bizim saytdan əldə etmək mümkün olacaq".

M.Abbaszadənin sözlərinə görə, dövlət qulluğuna qəbul 10 ildən çoxdur ki, müsabiqə yolu ilə aparılır: "Hazırda dövlət qulluğu vəzifəsini tutanların 6 mindən çoxu bu vəzifələri müsabiqə yolu ilə tutub".