Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    GENERAL MƏHƏRRƏM ƏLİYEV İSLAHATLARDAN DANIŞDI:"Önəmli işlər görülür" - Müsahibə
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“Pulları yeyib, özlərinə villa, yaxta alıblar, indi dövlət onların borcunu ödəyir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Britaniyalı jurnalist Edvard Lukas:"Putin rejimi xaricdən sabit görünür, daxildə ciddi qayğıları var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “PLAN MƏLUMDUR…” –Nazirdən Qarabağ danışıqları ilə bağlı mühüm açıqlamalar
  • " width="300" height="266" />
    Deputat Fəzail Ağamalı prezident seçkilərindən danışdı:"...Mehriban xanım prezidentlik marafonuna qoşulmayacaq" - Müsahibə
  • " width="300" height="266" />
    Keçmiş prezident Kərzai:“Əfqanıstandakı İŞİD-i ölkəmizi qurban vermək istəyən xarici qüvvələr yaradıb” – Müsahibə
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTUNDAN SENSASİON QARABAĞ AÇIQLAMASI:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Bakı Metropolitenində yeniliklər:liftlər, yeni stansiyalar, yeni qatarlar... (Müsahibə)
  • " width="300" height="266" />
    PUTİNİN BAŞ STRATEQİNDƏN SENSASİON AÇIQLAMALAR:"MKİ o gecə Putinin ətrafıyla danışmışdı ki, Ərdoğana qarşı mövqe tutsun" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov yeni qurum yaradır:“Eldar Namazovla görüşəcəyik...” MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Tomrid Hatəmi yaxın tarixin yaralarından danışır:“Elçibəylə Hatəmini kimlər ayırdı?!”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı:“Meydan”dakı döyüşkən ruh, Məhəmməd Hatəminin ruhu idi...-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı Tomrid Hatəmi:“NKVD Pişvərini oğurlayıb Bakıya gətirdi”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı gizlinlərdən danışdı:“Tamara söhbəti 100 faiz yalandır”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı qiyamın səbəblərini açdı:“Sürət Hüseynovla hakimiyyəti üz-üzə qoyan üçüncü qüvvə var idi...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş başçıdan tarixi açıqlamalar:“Elçibəy Nizami məqrəbəsində məni yanına çağırdı ki...”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Əminin silahdaşı danışdı:“Məhəmməd Əmini prezident kimi dəfn etdilər”-VİDEO
  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO

Qapalı Mövzu





Vəkil Bürosu

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

24 Noyabr 2017
23 Noyabr 2017

13 Sentyabr 2017 - 14:48

Rusiyanın böyük şəhərlərində görünməmiş terror həyəcanı –Vağzal, ticarət mərkəzləri və məktəblər təxliyə olunur

Son günlər Rusiyanın böyük şəhərlərində partlayıcı qurğuların qoyulmasıyla bağlı edilən anonim zənglər nəticəsində məktəblər, institutlar, vağzallar və ticarət mərkəzləri təxliyə edilməyə başlayıb.

Hələki heç bir yerdə partlayıcı qurğu aşkar edilməyib.

BBC-nin Rus Xidməti sentyabrın 10-u, 11-i və 12-də insanların təxliyə edildiyi şəhərlərin siyahısını tərtib edib.

Perm: Partlayıcı qurğunun yerləşdirilməsi barədə edilən zənglər nəticəsində bütün məktəblərdə dərslər ləğv edilib, 9 məktəb, dəmiryol vağzalı, avtovağzal, iki ticarət mərkəzi, şəhər inzibati idarəsi və Perm Dövlət Universitetinin yataqxanası təxliyə edilib.

Permdə anonim zənglər nəticəsində QİÇS mərkəzinin gündüz stasionar müalicəsində olan xəstələr də evə buraxılıb.

"Biz QİÇS mərkəzini çəkməyə və dəhlizlərin demək olar ki niyə boş olmasını öyrənmək üçün gəlmişik. Tibb bacısı dedi ki, anonim zənglər ucbatından şəhərdə təhlükəsizlik tədbirləri görülüb və hətta gündüz stasionar müalicədə olan xəstələr imkan daxilində evə buraxılıb", – deyə BBC müxbiri bildirib.

Yekatirinburq: Cənub avtovağzalı, "Qrinviç" ticarət mərkəzi, "Marşal" biznes mərkəzi.

Çelyabinsk: 6 ticarət-əyləncə mərkəzi: "Rodnik", "Almaz", "Qorki", "Fokus", "Fiesta", "Koltso".

Çelyabinsk vilayətinin Daxili İşlər Nazirliyi idarəsindən verilən məlumata görə, minanın qoyulması barədə anonim zənglər növbətçi bölməyə İP telefon vasitəsilə daxil olub.

"74.ru" yerli portalı sentyabrın 11-də Çelyabinsk vilayətindəki böyük ticarət-əyləncə mərkəzlərindən 18 mindən çox insanın təxliyə edilməsi barədə məlumat yayıb.

Omsk: Şəhər inzibati idarəsi, "Mayak-Moll" və "Meqa" ticarət mərkəzləri, bazar, Təqaüd Fondunun bir neçə bölməsi, "Qalaktika", "Mayakovski" və "Slava" kinoteatrları .

Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin başçısı Vladimir Korbutun sözlərinə görə, Omsk vilayətində 56 obyektdən 7500 insan təxliyə edilib.

Obyektlərin böyük əksəriyyətini Təqaüd Fondunun bölmələri təşkil edib. Çünki anonim zəngdə fondun bölmələrindən birinə partlayıcı qurğunun qoyulduğu bildirilib və FHN əməkdaşları da bölmələrdə yoxlamalar keçiriblər.

Ufa: "Başkiriya", "Meqa", "Sentralnıy", "Qostinıy dvor" ticarət mərkəzləri və "Sverdlovskiy" ticarət-xidmət kompleksi.

Sterlitamak: Şəhərin bütün böyük ticarət mərkəzləri, uşaq xəstəxanaları.

Sterlitamak şəhərində 3 gündür ki, təxliyə aparılır.

Sentyabrın 10-u və 11-i şəhərin böyük marketlərindəki ziyarətçilər evakuasiya edilib. 12 sentyabrda uşaq xəstəxanasındakı və "Sberbank" bölməsindəki insanlar təxliyə edilib. DİN regional mətbuat mərkəzindən "Ufa.ru" portalına verilən məlumata görə, bankda təxliyə müştərinin yaddan çıxarıb orda qoyduğu çantaya görə həyata keçirilib.

Stavropol: Şəhər inzibati idarəsi, vilayət duması, universitetlər, yataqxanalar. Vilayət prokurorluğundan verilən məlumata görə, sentyabrın 11-də polisə ticarət mərkəzlərinə, tədris müəssisələrinə və inzibati binalara partlayıcı qurğunun yerləşdirilməsi barədə 42 məlumat daxil olub.

Partlayıcı qurğunun yerləşdiriliməsi barədə yalan məlumatlar barədə bütün faktlar bir yerdə cəmləşib, çünki bütün zənglərin bir telefon nömrəsindən edildiyi müəyyən olunub.

Krasnoyarsk: Bir neçə ticarət mərkəzi, Yemelyanovo hava limanı, şəhər inzibati idarəsi.

DİN-nin yerli idarəsindən verilən məlumatda anonim zənglərin polisə deyil, birbaşa guya partlayıcı qurğunun qoyulduğu təşkilatlara daxil olduğu bildirilib.

Vladivostok: Bir neçə yataqxana, avtovağzal, Primorsk vilayətinin inzibati idarəsi, "Sedanka-Siti" ticarət mərkəzi və bu yaxınlarda "Matilda" filminin premyerasından əvvəlki nümayişi keşirilən "Çeremuşki" ticarət mərkəzi

Maqadan: "Naqayevski" və "Qornyak" kinoteatrı, "Urojay" bazarı, Politexnik İnstitutu

Bryansk: "Aeropark", "BUM-Siti" ticarət mərkəzləri, Timaşkovlar ticarət-əyləncə mərkəzi, həmçinin bir neçə böyük marketlər.

Kalininqrad: Mehmanxalar,ticarət mərkəzi, regional duma, Baltflot idarəsi.

Cənubi Saxalinsk: Meriya, dəmiryol vağzalı, bir neçə ticarət mərkəzi.

Bir sıra bölgə kütləvi informasiya vasitələrinin mənbələrə istinadən verdiyi məlumata görə, kütləvi təxliyə anti-terror təlimləri ilə əlaqədardır. Lakin bir çox polis idarələri bu versiyanı təkzib ediblər.

Omsk vilayətinin informasiya siyasəti üzrə baş idarəsindən bildirilib ki, bu cür təlimlər həqiqətən planlaşdırılıb, lakin anonim zənglərin bununla heç bir əlaqəsi yoxdur: "Necə deyərlər hər şey sadəcə üst-üstə düşüb", – deyə "Omsk Müstəqil Şəhər Saytı" yazıb.