XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

14 Noyabr 2017 - 18:13

Prezident İlham Əliyev Mahmud Abbasa məktub göndərdi –Mətn

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Fələstin Dövlətinin Elan Edilməsi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Fələstin əlaqələrinin genişlənməsi və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi arzulayıram".