Gündəm

  • " width="300" height="266" />
    “Qüds gedərsə, Məkkə, Mədinə, İstanbul, İslamabad, Şam da gedər…” –  Ərdoğandan dünyaya xəbərdarlıq
  • " width="300" height="266" />
    ELDAR MAHMUDOV YENİDƏN İSTİNTAQDA! –Çovdarov sabiq nazirin əleyhinə ifadə verib! FOTOLAR
  • " width="300" height="266" />
    Bakıda Qətərin Milli Günü qeyd edilib –Kəmaləddin Heydərov tədbirdə çıxış edib - FOTO
  • " width="300" height="266" />
    Rəsmi Vaşinqton hədəfə kilidlənir:“İranın qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”
  • " width="300" height="266" />
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni səlahiyyət verildi –Detallar
  • " width="300" height="266" />
    Rəsmi Ankara Ermənistana sərt bəyanatla cavab verdi:"Əvvəlcə işğal etdiyiniz torpaqların, Xocalının hesabını verin..."
  • " width="300" height="266" />
    Ərdoğanın baş müşaviri istefa verdi –Yazılı şəkildə səbəbi açıqladı
  • " width="300" height="266" />
    Putinlə Sobçak mətbuat konfransında “atışdı”:"Küçələrdə "saakaşvililərin" qaçmasına imkan verməyəcəyik!"
  • " width="300" height="266" />
    TÜRKİYƏ HƏR AN “AFRİN ƏMƏLİYYATI”NA BAŞLAYA BİLƏR –- Müxalifət də bu əməliyyat üçün hazır vəziyyətdə gözləyir
  • " width="300" height="266" />
    Putin 1700 jurnalistin qabağına çıxdı: “Mənə səs-küy salmaq yox, nəsə təklif etmək vacibdir” –CANLI YAYIM

Müsahibə

  • " width="300" height="266" />
    İLYAS İSMAYILOVDAN QÜDSLƏ BAĞLI MARAQLI AÇIQLAMALAR:"ABŞ dünyanı qlobal dini müharibəyə sürükləyir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    FAZİL MUSTAFADAN ELÇİBƏY HAQDA MARAQLI XATİRƏLƏR:"Heydər Əliyev Elçibəylə müttəfiqlikdən imtina etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səyavuş Aslanın oğlu:"Atamdan sonra ocağımız söndü, bir qab yeməyə möhtacam..."
  • " width="300" height="266" />
    Politoloq Armen Badalyan:“Ermənistanın Moskvanın təsirindən çıxması sürətlənir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elçin Şıxlıdan maraqlı açıqlamalar:"Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan ağıllı şəxsləri seçir" – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məşhur fransız kəşfiyyatçısı Alen Rodye:“Qərbdə kim özünü dəyərə mindirmək istəyirsə, rus kəşfiyyatının onu izlədiyini deyir” – Müsahibə
  • " width="300" height="266" />
    70-ə ÇATMIŞ RƏSUL QULİYEV:"Unudulmadığımı və camaatın məndən hələ də nəsə gözlədiyini gördüm" - (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Heydər Əliyevin 27 il çap olunmayan müsahibəsi:"Ziyalıların gözləmə, yaxud tam bitərəf mövqeyi məni çox narahat edir..."
  • " width="300" height="266" />
    “VERGİ VƏ GÖMRÜK BİRLƏŞDİRİLİR, YENİ NAZİRLİK YARADILIR…” –İqtisadçıdan sensasion açıqlamalar
  • " width="300" height="266" />
    SÜLHƏDDİN ƏKBƏRDƏN MARAQLI PROQNOZLAR:“Hakimiyyət daxilində böyük müxalifət formalaşır” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

15 Dekabr 2017

07 Dekabr 2017 - 13:52

Rusiyanın keçmiş naziri Ulyukayev məhkəmədə son sözünü deyib:“Bütün ittihamları qəti şəkildə rədd edirəm”

Bu gün Moskvanın Zamoskvoretsk məhkəməsində keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin işi üzrə müzakirələrin ikinci günü keçib. Strateq.az 360 tv.ru-ya istinadən xəbər verir: o, son çıxışında bildirib ki, ona elan edilən ittihamların hamısını rədd edir.

Ulyukayev məhkəmə zalında son sözlə çıxış edib. Keçmiş nazir deyib ki, heç bir dəlil rüşvət qoparmaq sübutunu ehtiva etmir: “Hörmətli hakim, mən lap əvvəldən demişəm ki, elan edilmiş bütün ittihamları qəti şəkildə rədd edirəm. Müstəntiqlər hələ də yetərli sübutlar təqdim etməyiblər. Mənə qarşı dəhşətli və qəddar fitnəkarlıq həyata keçirilib. Baş şahid ziyançəkmiş olmaqdan əl çəkib, sonra isə tamamilə yox olub (Ulyukayev İqor Seçini nəzərdə tutur-red.) havada ancaq kükürd iyi qalıb”.

Keçmiş məmur qeyd edib ki, prokurorun sözlərinə görə, onun günahının “təkzibedilməz” və “mötəbər” sübutları var. “Bu nə sözdür belə? Bir adamın sözü başqasının sözünə qarşı?”

Ulyukayev deyib ki, öz işini düzgün görməyə cəhd edib və onun dəstəkləyənlərin hamısına təşəkkür edib.

Və sonda: “Mən özümü günahkar sayıram, amma bu cəfəngiyyat ittihamlarda deyil. Mən başqa şeydə günahkaram. Mən öz işimi yaxşı görməyə və xeyir verməyə çalışmışam, amma bunu yetərincə etməmişəm. Tez-tez güzəştlərə getmişəm, ikiüzlülük etmişəm, hədiyyə almağı və verməyi sevmişəm”.

“Gazeta.ru”nun məlumatına görə, Ulyukayev özünü əlində karton qılınclı qladiatorla müqayisə edib: “Tamaşaçılar qoca qladiatorun karton qılıncla tamamilə gerçək təhlükələrdən qorunduğu tamaşaya yığışıb. Və barmaqlarını qaldırmağa və ya aşağı salmağa hazırdırlar. Soruşurlar ki, “işlər necədir, özünüzü necə hiss edirsiniz? Kilsə zənginin kimin üçün çalındığını, soruşmayın, sizin üçün səslənir”.

Aleksey Ulyukayevə hökmü dekabrın 15-də səsləndirəcəklər.