Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Elçin Şıxlı:“Hansısa ölü qəzetlərə milyonlarla pul paylanıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ƏLİ KƏRİMLİ HAKİMİYYƏTLƏ DİALOQ İMKANLARINDAN DANIŞDI:"...İndi dayanmaq zamanıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Qərbin Moskvaya qarşı “Anakonda planı”:"Rusiyaya daha 3-4 sanksiya tətbiq ediləcək"
  • " width="300" height="266" />
    Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini “Mehri əməliyyatı”nın sirrini açdı:"Məqsəd Naxçıvan üzərindən Qarabağa girmək idi..."
  • " width="300" height="266" />
    Mehman Əliyev:“Prezident İlham Əliyevin yeni komandası olacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Prezidentliyə namizəd Zahid Oruc:"Nazirlər nədən narahatdırlar, hansı sirlərinin açılmasından qorxurlar?"
  • " width="300" height="266" />
    ABŞ dövlət katibinin sabiq müşaviri Pol Qobl:“Putin beynəlxalq qanunlar çərçivəsində fəaliyyət göstərməyə hazır deyil” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Heydər Əliyevin sabiq mühafizəçisi:“Həyat özü elə yaşamaq uğrunda mübarizədir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransa Geosiyasət İnstitutunun analitiki:“Qərbin Ərdoğan üçün etmədiyini Rusiya etdi” - MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    GENERAL BƏRXUDAROV ERMƏNİSTANI HƏDƏLƏDİ:"İrəvanın mərkəzini vurmaq iqtidarındayıq" MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Aprel 2018
BE ÇA Ç CA C Ş B
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  



XƏBƏR LENTİ

21 Aprel 2018

13 Yanvar 2018 - 15:41

Təşkilat Komitəsi:"Dünya çempionatı ilə əlaqədar Bakıya gələcək insanların təhlükəsizliklərinin təmin olunması üçün tədbirlər görülür"

Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamına əsasən yaradılan Təşkilat Komitəsinin İşçi Qrupunun iclası keçirilib.

“Report” xəbər verir ki, tədbirdə aidiyyəti nazirliklərin, digər dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (AVB) Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov ölkə başçısının sərəncamı barədə məlumat verərək vurğulayıb ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycanın idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir.

O, dünya çempionatının Azərbaycanın idman həyatında növbəti mühüm bir hadisə olacağını qeyd edib. S.Ələkbərov bildirib ki, Prezident İlham Əliyevin olimpiya idman növü olan BMX üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək üçün geniş tərkibli Təşkilat Komitəsi yaratması ölkə başçısının bütövlükdə idmanın, o cümlədən velosiped idmanının inkişafına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir.

S.Ələkbərov geniş təqdimatla çıxış edərək, dünya çempionatına hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib və bu işləri əks etdirən videoçarxı iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, dünya çempionatında iştirakla bağlı müraciət edən ölkələrin sayı gündən-günə artmaqdadır. Mötəbər yarışın keçiriləcəyi BMX Stadionunda aparılmış yenidənqurma işlərindən sonra ötən ilin oktyabr ayında təşkil olunan Dünya Sınaq Yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və arenanın dünya çempionatının qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.

Daha sonra dünya çempionatının keçirilməsi ilə bağlı tədbirlər planı bənd-bənd müzakirə olunub və ortaya çıxan suallar cavanlandırılıb. Məlumat verilib ki, artıq iştirakçı ölkə nümayəndələri tərəfindən Bakı şəhərində yerləşən otellərin çoxuna sifarişlər daxil olub. Yarışa gələcək iştirakçıların və qonaqların təhlükəsizliklərinin təmin olunması üçün lazımi tədbirlər görülür. Bundan başqa, xarici qonaqları Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxi ilə tanış etmək üçün konkret tədbirlər də hazırlanıb.