Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    UKRAYNA XARİCİ KƏŞFİYYAT XİDMƏTİNİN SABİQ RƏHBƏRİ:"Ən başlıcası Putinin ətrafıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Abid Şərifov:“Kimsə övladımın yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidib?”
  • " width="300" height="266" />
    “Azad demokratlar”ın lideri Sülhəddin Əkbər:"2004-cü ildən Rusiya kəşfiyyatı Azərbaycanda sistemli və aktiv iş aparır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Avropa İttifaqının Bakıdakı nümayəndəsi:“Azərbaycanlıların 51 faizi bizə etibar edir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov Rusiyadakı seçkilərdən danışdı:“Bu perspektiv Kremli çox qorxudur” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əvəz Temirxan “20 Yanvar” hadisələrinin gizli məqamlarını açdı:"Zayçevlə mübahisəmiz düşdü, o, tələb etdi ki, bunları protokoldan çıxarım..."
  • " width="300" height="266" />
    Sabiq YAP-çı deputatdan maraqlı açıqlamalar:"Dövlət şəxsi hisslərin idarəçiliyə daşınmasından əziyyət çəkir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ayaz Mütəllibov:“20 Yanvarın araşdırılması üçün məhkəmə qurulmasını istəyirəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ATƏT nümayəndəsi Azərbaycanda medianın durumunu sərt tənqid etdi:"Rəsmilər söz versələr də, bunu yerinə yetirmirlər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əliməmməd Nuriyev:“BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı”

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018

14 Yanvar 2018 - 14:05

Bakı və rayonlara qar yağacaq, yollar buz bağlayacaq –Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Hava axşam əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2° isti, gündüz 2-5° isti təşkil edəcək.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Yanvarın 14-ü axşamdan 15-i axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 1-6° isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 3-6° isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 0-5° isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şimal-şərq küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 3-6° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti təşkil edəcək. Yollar buz bağlayacaq.