Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Aprel 2018
BE ÇA Ç CA C Ş B
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  



XƏBƏR LENTİ

22 Aprel 2018
21 Aprel 2018

14 Yanvar 2018 - 15:04

Beynəlxalq Boks Assosiasiyasının yeni prezidenti seçiləcək –Moskvada

Beynəlxalq Boks Assosiasiyasının (AIBA) yeni prezidenti təşkilatın bu il noyabrda Moskvada keçiriləcək konqresində seçiləcək.

Bunu TASS-a açıqlamasında Rusiya Boks Federasiyasının baş katibi Umar Kryemlyev bildirib.

Qeyd edək ki, keçən il noyabrın 20-də AIBA prezidenti Çinq-Kuo Vu postunu tərk edib. Bundan əvvəl, iyulun 13-də isə AIBA İcraiyyə Komitəsi Çinq-Kuo Vuya etimadsızlıq göstərib. Buna səbəb təşkilatda maliyyə problemləri olub. AIBA prezidentinə postunu könüllü tərk etmək təklif edilib, ancaq o, bundan imtina edib. Oktyabrın 10-da AIBA İntizam komissiyası Çinq-Kuo Vunu postundan uzaqlaşdırıb. Hazırda AIBA prezidentinin səlahiyyətlərini təşkilatın vitse-prezidenti Franko Falçinelli icra edir/APA.