XƏBƏR LENTİ

18 Oktyabr 2018
17 Oktyabr 2018

Digər Xəbərlər

14 Fevral 2018 - 19:37

Akademik:"Bir neçə ölkənin alimləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmalar aparırlar"

"Hinsdistan, Qırğız Respublikası və Litva alimləri Dağlıq Qarabağ münaqişəsi və Ermənistan tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşları ilə bağlı araşdırmalar aparırlar".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

Bölmənin problemlərindən də danışan N.Axundova əlavə edib ki, gənclərin elmə marağının artması üçün onları stimullaşdırmaq lazımdır: "Bunun üçün gənclər elmi tədqiqatlara daha çox cəlb edilməli, onlarla birgə elmi əsərlər yazılmalıdır".

N.Axundovanın sözlərinə görə, elmi kadrların biliklərinin artırılması da lazımdır.

Akademik-katib qeyd edib ki, bölmənin alimləri elmin aktual problemləri, təkrarlanmayan, yeni mövzular üzrə araşdırmalar aparmalıdırlar: "Bu tədqiqatlar dünya üçün də maraqlı olmalıdır".

Report