Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Neft Araşdırmaları Mərkəzinin rəhbəri:"Azərbaycan neft layihələrindən 155 milyard dollardan çox qazanıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

21 Sentyabr 2018
20 Sentyabr 2018

Digər Xəbərlər

16 May 2018 - 19:15

Avropa Parlamentinin 50 deputatı Azərbaycanla bağlı müracət etdi- Demokratik islahatlar üçün 6 tövsiyə təqdim olundu

Avropa Parlamentinin deputatları çərşənbə günü Avropa İttifaqının rəhbərliyinə Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında gələcək sazişlə bağlı tövsiyələr göndərib.

Xatırladaq ki, Saziş korrupsiyaya, çirkli pulların yuyulmasına və vergilərdən yayınmaya qarşı mübarizəyə və əsas azadlıqların təmin edilməsində irəliləyişə şərait yaratmalıdır.

Strateq.az “Amerikanın səsi”nə sitinadən xəbər verir ki, bu tövsiyələr Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri tərəfindən 56 səs “lehinə”, 2 səs “əleyhinə” və 7 nəfər bitərəf olmaqla qəbul edilib. Tövsiyələrdə deyilir ki, Avropa Parlamentinin deputatları Avropa İttifaqı Şurasını, Avropa Komissiyasını və Xarici Fəaliyyət Xidmətini aşağıdakı addımları atmağa çağırır:

– Aİ və Azərbaycan arasında münasibətlərin dərinləşməsinin demokratiyaya, qanunun aliliyinə, yaxşı idarəçiliyə, insan hüquq və əsas azadlıqlarına riayət və hörmətlə şərtlənməsini təmin etməyə;

– Azərbaycan hakimiyyətinə ölkə Aİ-nin əsas dəyərlərinə və hüquqlarına riayət etməsə heç bir hərtərəfli sazişin ratifikasiya olunmayacağını xatırlatmağa;

– Azərbaycanla gələcək sövdələşmənin hərtərəfli olduğuna və hər iki tərəfə xeyir gətirəcəyinə zəmanət verməyə;

– İqtisadi cinayətlərə, o cümlədən korrupsiyaya, çirkli pulların yuyulmasına və vergi ödənişindən yayınmalara qarşı mübarizədə, habelə çirkli pulların yuyulması sxeminin, xüsusən “Landromat” işinin təkrar araşdırılmasında Azərbaycanı dəstəkləmək məqsədilə konkret müddəalar tətbiq etməyə;

– Danışıqlar başa çatana qədər Azərbaycanın 2017-ci ildə sayı 150 nəfərdən artıq olan siyasi məhbusların və vicdan məhbuslarının azad edilməsi üzrə mühüm addımlar atmasını təmin etməyə;

– Azərbaycanda redaksiya müstəqilliyi və Aİ-nin standartları təmin edilməklə, azad və plüralist kütləvi informasiya vasitələrinin gələcək inkişafına şərait yaratmağa.

Deputatlar hesab edirlər ki, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirakı gücləndirilməlidir. Onlar Aİ və münaqişə tərəflərindən hər biri ilə yeni sövdələşmələrinin mühüm öhdəliklər və münaqişənin sülh yolu ilə həlli istiqamətində əhəmiyyətli irəliləyişlərlə şərtlənməlidir.

Parlamentin məruzəçisi Norika Nikolaya müzakirələr zamanı bildirib ki, Aİ sərhədləri getdikcə daha çox təhlükəli olur, buna görə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, o cümlədən Azərbaycan getdikcə daha çox əhəmiyyət qazanır. Aİ və Azərbaycan arasında ədalətli və etibarlı münasibətlər hər iki tərəfə iqtisadi fayda verəcək, demokratiyanın möhkəmlənməsini təmin etməyə kömək edəcək, deyə o qeyd edib.

Hazırda Aİ və Azərbaycan arasında münasibətlər 1999-cu il tarixli Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənir. Aİ Azərbaycanın əsas ticari tərəfdaşı və ən böyük ixrac-idxal bazarıdır. Ümumi ticarətin 48,6%-i Aİ-nin payına düşür.