Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məhəmməd Əmin Rəsulzadənin qız nəvəsi:“Birinci dəfə babamın adına Səməd Vurğunun şeirində rast gəlmişəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov:“ABŞ və Rusiyanın geopolitik savaşı Azərbaycanın sərhədlərinə yaxınlaşır” - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

22 İyun 2018
21 İyun 2018

Digər Xəbərlər

13 İyun 2018 - 15:43

Almaniyada miqrantlara qarşı genişmiqyaslı əməliyyat –Azərbaycanlılardan və rumınlardan ibarət dəstənin fəaliyyəti araşdırılır

Almaniyada ölkəyə qanunsuz miqrant keçirənlərə qarşı xüsusi əməliyyat keçirilir. Əməliyyata yüzlərlə alman polisi cəlb olunub. Bu barədə “dpa”-ya Almaniya federal polisinin nümayəndəsi məlumat verib.

Məlumata görə, xüsusi əməliyyat mütəşəkkil cinayətkar şəbəkə üzrə iş çərçivəsində aparılır. Söhbət xüsusən də, Hindistan və Pakistandan gələn qanunsuz miqrantlara yaşayış icazəsi verən və onların Almaniyaya keçidini təmin edən şəbəkə ilə mübarizədən gedir.

İrimiqyaslı xüsusi əməliyyat bir neçə şəhərdə – Saksoniya və Saksoniya-Anxalt əyalətlərinin Leypsiq, Aylenburq, Xetştedt və digər şəhərlərində aparılır. Əməliyyatın digər federal ərazilərdə də davam etdiriləcəyi bildirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Almaniyanın 280 federal polisi və gömrükçüsü Şlezviq-Qolşteyndə, Alt Saksoniyada və Şimali Reyn-Vestfaliidə on bir mənzildə və işgüzar yerdə də axtarış aparıb. Həmin axtarışlar Almaniyaya qeyri-leqal miqrasiyanın təşkili ilə məşğul olmuş Azərbaycan və Rumıniya vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyətinin araşdırılması çərçivəsində həyata keçirilib.

 

Almaniyanın üç regionunda aparılan axtarışların gedişatında polis əməkdaşları və gömrükçülər müxtəlif sənədləri, pulu, saxta şəxsiyyət vəsiqələrini, kompüterləri, mobil telefonları və silahları sübut kimi götürüblər. Flensburq şəhərinin prokurorluğu tərəfindən beş nəfərə qarşı cinayət işi qaldırılıb. İstintaq onları Almaniyaya miqrantların qanunsuz trafikində və sonradan sənədlərin qanuni şəklə salınması işinin təşkilində əsas günahkar hesab edir. Bildirilir ki, cinayətkar qruplaşma əsasən Moldovadan qanunsuz miqrasiyanın təşkili ilə məşğul olub. Cinayətkarlar miqrantları Avropa Birliyinə girişə icazə, ölkədə olma və iş icazəsi kimi saxtalaşdırılmış sənədlərlə təchiz ediblər.

İndi istintaq onlar tərəfindən Almaniyaya nə qədər insanın keçdiyini və federal büdcəyə vurulmuş maddi ziyanın ölçüsünü müəyyən etməyə çalışır. (virtualaz.org)