XƏBƏR LENTİ

19 Oktyabr 2018

Digər Xəbərlər

13 İyun 2018 - 18:25

Keçmiş müdafiə naziri istintaqa cəlb edildi –Ohanyan mənimsəmədə və dələduzluqda ittiham olunur

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Dövlət Gəlirlər Komitəsi tərəfindən istintaqa çağırılıb. Strateq.az-ın verdiyi xəbərə görə, məlumatı Komitənin mətbuat xidməti yayıb.

Bildirilir ki, S.Ohanyan 2014-2017-ci illərdə dövlət sifarişləri və hərbi obyektlərin tikilməsi sahəsində baş verən qanun pozuntularına görə istintaqa cəlb edilib.

Məlumata görə, Ermənistan ordusunun istehsalat-texniki idarəsinin keçmiş bölmə rəisi Qriqori Barseqyan iri məbləğdə dələduzluq, xidməti vəzifədən sui-istifadə, saxta sənəd hazırlamaq və rüşvətxorluqda ittiham olunaraq həbs edilib. Həmin idarənin sabiq rəisi Aşot Qriqoryana qarşı da oxşar ittihamlar irəli sürülüb.

Onlar cinayəti törədən illərdə S.Ohanyan müdafiə naziri işləyib. Orduda törədilən qanun pozuntularına görə, keçmiş müdafiə naziri ilə yanaşı, baqşa sabiq məmurlar və hazırda orduda xidmət edən şəxslər də istintaqa cəlb ediliblər.

Qeyd edək ki, Seyran Ohanyan 2008-ci il aprelin 14-dən 2016-cı il oktyabrın 3-dək Ermənistanın müdafiə naziri olub.