XƏBƏR LENTİ

19 Oktyabr 2018

Digər Xəbərlər

13 İyun 2018 - 16:37

Azərbaycanda idxala gömrük tarifləri artırıla bilər- Şöbə rəisi

Dövlət Gömrük Komitəsi (DGK) məhsul idxalına tariflərin artırılması imkanını istisna etmir.

Trend-in məlumatına görə, bunu “Azərbaycan gömrüyü – bu gün və sabahın çağırışları” adlı jurnalistlər üçün seminar zamanı DGK-nin Maliyyə, tariflər və valyuta nəzarət Baş İdarəsinin Gömrük tariflərinin nizamlanması Şöbəsinin rəisi Əzizağa Hüseynov deyib.

Ə.Hüseynovun sözlərinə görə, tariflərin mümkün artırılması ilk növbədə daxili istehsalın müdafiəsinə yönələcək:

“İlk növbədə bu, kənd təsərrüfatı, maşınqayırma və digər sənaye sahələrinə şamil olunur”.