Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məhəmməd Əmin Rəsulzadənin qız nəvəsi:“Birinci dəfə babamın adına Səməd Vurğunun şeirində rast gəlmişəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov:“ABŞ və Rusiyanın geopolitik savaşı Azərbaycanın sərhədlərinə yaxınlaşır” - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

21 İyun 2018

Digər Xəbərlər

14 İyun 2018 - 13:36

DÇ-2018:Azərbaycan millisinin sabiq baş məşqçiləri favoritlərini açıqlayıblar

Azərbaycan millisinin sabiq baş məşqçiləri – almaniyalı Berti Foqts və xorvatiyalı Robert Prosineçki 2018-ci il dünya çempionatındakı favoritlərini açıqlayıblar.

“Report” xəbər verir ki, B.Foqts “RP Online”də mundialla bağlı yazısında favorit qismində 4 ölkənin adını çəkib. 72 yaşlı mütəxəssis həmyerlilərini xüsusilə fərqəndirib: “Braziliya, Fransa, Argentina və biz – favoritlərik. Belçika millisini də bu sıraya qoyurlar. Lakin onlar böyük turnirlərdə zəif çıxış edirlər. Fərdi şəkildə böyük oyunçuların olması işə yaramır. Bu, bizim üstünlüyümüzdür – Almaniya millisi hər zaman turnirlərdə komanda şəklində çıxış edir və böyüyür. Bunu təkrarlaya bilsək, titulu qorumaq üçün işə yarıyacaq”.

R.Prosineçki də klix.ba saytına açıqlamasında 4 favortinin olduğunu qeyd edib: “Dünya çempionu 3-4 komandadan biri olacaq. Əsas favorit Braziliyadır. Almanlar hər zaman bu siyahıdadırlar. Onların ardınca fransızlar və ispanlar gəlir. Çoxları Argentinanı da favorit sayır, amma mən belə düşünmürəm”.

49 yaşlı mütəxəssis Xorvatiya millisin şanslarına da toxunub. O, deyib ki, yığmanın heyətində dünyanın ən yaxşı klublarında çıxış edən futbolçular var: “Onlar artıq püxtələşiblər. Düşünürəm ki, qrupdan çıxacağıq. Əgər Xorvatiya qrupda 1-ci yeri tutsa, uzağa gedə bilər”.

Qeyd edək ki, Berti Foqts 2008 – 2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edib. O, 1996-cı ildə Almaniyanın baş məşqçisi kimi Avropa çempionu olub. Robert Prosineçki isə 2014 – 2017-ci illərdə millinin baş məşqçisi vəzifəsində çalışıb. O, dünya çempionatları tarixində iki fərqli yığmanın – Yuqoslaviya və Xorvatiyanın heyətində qol vuran yeganə futbolçudur.