XƏBƏR LENTİ

19 Oktyabr 2018

Digər Xəbərlər

14 İyun 2018 - 15:33

Sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubu hansıdır?- “KPMG Football Benchmark” açıqladı

Sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubu müəyyənləşib.

“Report” xəbər verir ki, “KPMG Football Benchmark”ın araşdırmasına əsasən, İspaniya təmsilçisi “Real Madrid” ilk sıradadır. “Kral klubu”nun 214,5 milyon izləyicisi var. İkinci sırada 211,3 milyonluq göstərici ilə başqa bir İspaniya klubu – “Barselona” qərarlaşıb.

İngiltərənin “Mançester Yunayted” klubu isə siyahıda üçüncüdür. “Qırmızı şeytanlar”ı 114,9 milyon nəfər izləyir.

“Real Madrid”in hücumçusu Kriştianu Ronaldu sosial şəbəkələrdə ən çox izləyici olan futbolçudur – 318,3 milyon.

Qeyd edək ki, siyahı “Facebook”, “Instagram” və “Twitter” hesabları üzrə izləyici göstəricilərinə əsasən hazırlanıb.