XƏBƏR LENTİ

19 Oktyabr 2018

Digər Xəbərlər

14 İyun 2018 - 20:14

Bakıda məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək- 22 iyunda

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə məcburi köçkünlər üçün əmək yarmarkası keçirəcək.

Komitədən Trend-ə verilən məlumata görə, yarmarka 22 iyunda Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəki məktəbin binasında təşkil ediləcək.

Yarmarkanın keçirilməsində məqsəd məcburi köçkünlərin işlə təmin edilməsinə köməklik göstərməkdir.