XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

12 İyul 2018 - 18:06

“Qatarların hərəkəti bərpa edilib –"Metropoliten"dən son açıqlama

Bakı Metropoliteninin bütün stansiyaları normal şəkildə işləyir və qatarlarında hərəkətində heç bir problem yoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, metronun iki stansiyası – “Memar Əcəmi” və “Avtovağzal” stansiyalarına elektrik enerjisinin verilişində problem yaranmışdı. Lakin həmin vaxt qatarlar tuneldə deyil, platformalarda olub və sərnişinlər üçün heç bir problem yaratmayıb.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, 20 dəqiqən sonra elektriki verilişi bərpa olunub və stansiyaların normal fəaliyyəti təmin edilib.