Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

22 İyul 2018
21 İyul 2018

Digər Xəbərlər

12 İyul 2018 - 18:13

“Azərişıq” işıqların sönməsinə görə xalqdan üzr istədi:"Dövlət əhəmiyyətli obyektlərdə enerji tam təmin olunub"

““Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub”.

Strateq.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, ”Azərişiq” ASC öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı Metrosu, Heydər Əliyev hava limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar: “Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC istehlakçılarından üzr istəyir”.